Bakı və Nayrobi arasında ilk siyasi məsləhətləşmələr keçirilib

Nayrobidə Azərbaycan və Keniyanın Xarici İşlər nazirlikləri arasında ilk siyasi məsləhətləşmələr keçirilib. SİA xəbər verir ki, bu barədə Keniya tərəfini təmsil edən ölkənin Xarici İşlər Nazirliyinin (XİN) katibi Korir Sinq’Oey məlumat verib. Azərbaycan nümayəndə heyətinə isə XİN başçısının müavini Yalçın Rəfiyev rəhbərlik edib. “Məhsuldar müzakirələrin yekunları üzrə ölkələrimiz ticarət və investisiya, kənd təsərrüfatı, müdafiə, texnologiya, təhsil və digər sahələrdə əməkdaşlığı gücləndirməyi öhdəsinə götürdü. Biz Azərbaycanın Bakıda keçirilən COP29 iqlim konfransına rəhbərliyini yüksək qiymətləndirdik. Həmçinin, Azərbaycanın itki və zərər fondunun reallaşdırılması, 300 milyard dollar həcmində yeni kollektiv kəmiyyət hədəfi vasitəsilə iqlim…

Daha çox

Güclü zəlzələnin vurduğu Çilidə sunami xəbərdarlığı edilib…

Çilinin cənubunda 7,5 bal gücündə zəlzələ baş verib. Hakimiyyət sunami təhlükəsi barədə xəbərdarlıq edib. SİA-nın məlumatına görə, bu barədə “The Sun” yazır. …Zəlzələ Puerto Uilyamsdan 218 km cənubda, Magellan boğazında baş verib. Mənbəinin 10 km dərinlikdə yerləşdiyi iddia edilir. Çili Milli Fəlakətin Qarşısının Alınması və Cavab Xidməti sunami təhlükəsi səbəbindən ölkənin cənubundakı Magallanes bölgəsinin sahilyanı ərazisinin boşaldılacağını bildirib. Bundan əlavə, Argentina sahillərində 7,1 bal gücündə (ABŞ Geoloji Xidmətinin məlumatına görə 7,4) zəlzələ qeydə alınıb. Zəlzələnin episentri təxminən 58 min insanın yaşadığı Uşuayya şəhərindən 285 km cənub-şərqdə, 117 min nəfərə yaxın…

Daha çox

“Kişinin az qazanc əldə etməsi münasibətin bitməsi üçün əsas ola bilməz”

“Cəmiyyətimizdə ailə və münasibətlərin dayanıqlılığı yalnız maddi imkanlarla ölçülməməlidir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq, Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov deyib. O bildirib ki, kişinin az qazanc əldə etməsi münasibətin bitməsi üçün əsas ola bilməz: “Əslində münasibətləri möhkəmləndirən amil qarşılıqlı anlayış, dəstək və ortaq məqsədlərə yönəlmiş birlikdir. Maddi sabitlik münasibətlər üçün vacibdir, lakin bu sabitlik yalnız bir nəfərin qazancı ilə deyil, ailə üzvlərinin bir-birinə dayaq durması ilə formalaşır. Pul qazanmaq əlbəttə önəmlidir, amma ondan necə istifadə olunması daha həlledici məqamlardandır. Gəlir məqsəd deyil, vasitə olmalıdır. Münasibətdə paylaşım, birgə qərarlar…

Daha çox

AZAL sərnişinlərinə xidmət siniflərini daha sərfəli yüksəltmək imkanı təqdim edir

Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni “AZAL Upgrade” proqramını tətbiq edib. SİA AZAL-a istinadən xəbər verir ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər. “AZAL Upgrade” proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər. Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə “AZAL Upgrade” barədə məlumat alacaqlar. Sərnişinlər e-poçtda yer alan linkə…

Daha çox

Azərbaycan-Vyetnam münasibətləri tarixin yeni inkişaf mərhələsində

Vyetnam xalqı aprelin 30-da Vyetnam müharibəsinin başa çatmasının 50 illiyini təntənə ilə qeyd etdi. Söhbət Vyetnamın birləşdirilməsi ilə başa çatan mübarizənin Vyetnam xalqı üçün müsbət tarixi nəticəsindən gedir. Bu mübarizə, müharibə elə də asan olmadı. Vyetnam xalqı XIX və XX əsrlərdə Fransa müstəmləkəçiliyinin, Yaponiya istilasının, ABŞ-ın və digər dövlətlərin hərbi müdaxiləsinin məşəqqətlərini arxada qoyaraq, hazırda inkişaf dövrünü yaşayır. Təbii ki, bu mübarizə və inkişaf yolu asan olmayıb. Bu yolda dost ölkələrin və xalqların hərtərəfli dəstəyi əvəzsiz olub. Qürur hissi ilə demək olar ki, Vyetnamın müharibədən sonrakı bərpasında, xüsusən də neft-qaz…

Daha çox

“Trampın komandası Kremlə təzyiq etmək üçün variant hazırlayır”..?

Bundan əvvəl ABŞ prezidenti Rusiyanı yeni sanksiyalarla hədələyib… ABŞ rəsmiləri Vladimir Putinin Ukraynadakı müharibəni sona çatdırmağa çalışdığı bir vaxtda Donald Trampın Rusiyaya iqtisadi təzyiqi artırmaq üçün bir sıra variantları ortaya qoyub. Adının açıqlanmasını istəməyən insanlar, diplomatik səylərin davam etdiyi üçün Trampın hələ heç bir qərar vermədiyi barədə xəbərdarlıq ediblər. SİA-nın məlumatına görə, Bloomberg xəbər verir ki, onlar masada hansı variantların olduğu barədə təfərrüat verməkdən imtina ediblər və istənilən qərarın yalnız prezidentin səlahiyyətində olduğunu bildiriblər. Ukrayna və onun müttəfiqləri ABŞ-dan Moskvaya təzyiqi artırmağa, o cümlədən enerji…

Daha çox

Zaqatalada qanunsuz ağac kəsənlər barədə tədbirlər görülüb

Zaqatala rayonu ərazisində kütləvi şəkildə qanunsuz ağackəsmə faktlarının aşkarlanması ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işinin bir hissədə ibtidai istintaqı yekunlaşdırılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, istintaq nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin “14 nömrəli Yol İstismarı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Rüstəm Paşayevin bu ilin fevral ayında rəsmi icazə sənədlərinə yalan məlumatlar daxil etməklə Zaqatala rayon sakini Muhuma Qudayev tərəfindən rayonun Maqov kəndi ərazisindən keçən yolun üzərindəki 136 min manat dəyərində olan müxtəlif növ ağacların…

Daha çox

İlin birinci rübündə 8 mindən çox avadanlığın idxalına icazə verilib

Cari ilin yanvar-mart aylarında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) tərəfindən 42 hüquqi və fiziki şəxs tərəfindən ixrac (idxal) nəzarətinə düşən 11 min 626 ədəd müxtəlif markalı və modelli avadanlıqlara xüsusi icazə verilməsi ilə bağlı edilən müraciətlərə baxılıb. SİA xəbər verir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən məlumata görə, qanunauyğun olaraq həmin müraciətlər üzrə 8 085 ədəd avadanlığın idxalı ilə bağlı xüsusi icazə sənədinin verilməsi təmin olunub. Eyni zamanda 6 müraciət üzrə 3 504 ədəd avadanlıq üçün edilən müraciətlərdə təqdim edilən sənədlər düzgün tərtib olunmadığından düzəliş edilərək yenidən müraciət üçün…

Daha çox

“Pakistanlılar Hindistanla müharibə istəmirlər…”

Lakin ölkə hakimiyyəti “qətiyyətli tədbirlər” görməyə hazır olduqlarını bildirir… …SİA-nın məlumatına görə, “The New York Times” yazır ki, Pakistan və Hindistan arasında gərginliyin artması fonunda cəmiyyətdə silahlı münaqişənin həll yolu deyil, problemlərin yeni raundu olduğunu başa düşmək artır. Pakistan hakimiyyət orqanları “kəskin tədbirlər” görməyə hazır olduqlarını bəyan etsələr də, adi vətəndaşlar getdikcə daha çox başqa bir şeydən – bahalaşmadan, işsizlikdən və siyasi qeyri-sabitlikdən danışırlar. Gənclər, sahibkarlar, hətta hərbi veteranlar – hamısı vurğulayır ki, ölkə indi aqressiv ritorikanın artırılmasından daha çox iqtisadiyyatı və xalqın etimadını bərpa…

Daha çox

Bəzi yerlərdə küləkli və yağıntılı hava müşahidə olunur

Ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə edilir. SİA xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Naxçıvan, Şərur, Şahbuz, Daşkəsən, Göygöl, Gəncə, Naftalan, Şəmkir və Biləsuvarda şimşək çaxır, arabir yağış yağır. Bir sıra ərazilərdə qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında, eyni zamanda Kəlbəcər, Altıağac və Daşkəsəndə saniyədə 18 metrədək güclənir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aran rayonlarında 23, Naxçıvanda 28, dağlıq rayonlarda 16 dərəcəyə çatır.

Daha çox