Cari ilin aprel ayında Türkiyənin ixrac həcmi 20,9 milyard dollara çatıb ki, bu da ötən ilin analoji ayı ilə müqayisədə 8,5 faiz çoxdur. İllik hesablama ilə Türkiyənin xaricə məhsul tədarükü 265 milyard dollar təşkil edib ki, bu da ölkə tarixindəki ən yüksək göstəricidir. SİA xəbər verir ki, bu barədə Türkiyənin ticarət naziri Ömər Bolat məlumat verib. Nazirin sözlərinə görə, qlobal bazarda yaşanan mənfi tendensiyalara və bəzi ölkələrin proteksionist yanaşmalarına baxmayaraq, Türkiyədə iqtisadi artım davam edir. ABŞ Prezidentinin administrasiyasının gömrük rüsumlarına yenidən baxması barədə qərarına toxunan nazir deyib: “Amerika rüsumlarının səviyyəsi…
Daha çoxDay: May 3, 2025
“Trump tariflərinə görə ABŞ-da tənəzzül riski yüksəkdir”…
ABŞ-ın keçmiş maliyyə naziri Trampın tarif siyasətinin nəyə gətirib çıxara biləcəyini açıqlayıb… …Beləliklə, Canet Yellen narahatlığını ifadə edərək, ABŞ iqtisadiyyatında tənəzzül ehtimalının nəzərəçarpacaq dərəcədə artdığını qeyd edib. Onun fikrincə, buna maliyyə bazarlarını sabitsizləşdirən, istehlakçı və biznes əhval-ruhiyyəsinə mənfi təsir göstərən Donald Trampın proteksionist siyasəti səbəb olur. SİA-nın əldə etdiyi məlumata görə, “Financial Times” qəzetinə müsahibəsində ABŞ-ın keçmiş maliyyə naziri vurğulayıb ki, əsas ticarət tərəfdaşlarına tariflərin tətbiqi Amerika istehlakçıları və biznesləri üçün “son dərəcə mənfi nəticələrə” səbəb ola bilər. …Mən tənəzzülün qaçılmaz olduğunu söyləməyə hələ hazır…
Daha çoxÇernobılda yetişdirilən kartof sağlamlıq üçün təhlükəsizdir…
…Ukraynada Çernobıl faciəsindən sonra tərk edilmiş kənd təsərrüfatı torpaqları potensial olaraq kənd təsərrüfatı istifadəsinə qaytarıla bilər. SİA-nın məlumatına görə, bu qənaətə Portsmut Universitetinin alimləri Kənd Təsərrüfatı Radiologiya İnstitutunun ukraynalı mütəxəssisləri ilə birlikdə gəliblər. Onların işlərinin nəticələri Journal of Environmental Radioactivity jurnalında dərc olunub. Fərziyyəni təsdiqləmək üçün bir qrup tədqiqatçı qəzanın nəticələrindən ciddi təsirlənən Jitomir vilayətində yerləşən 100 hektarlıq eksperimental sahədə fon radiasiyasının genişmiqyaslı tədqiqini aparıb. Mütəxəssislər torpaqda və atmosferdə radioaktiv maddələrin konsentrasiyasını təhlil etmiş, həmçinin ərazidə becərilən kartof, taxıl və günəbaxan bitkilərinin radionuklidləri toplamaq qabiliyyətini öyrənmişlər. Becərilən məhsulların ət və…
Daha çoxPərviz Şahbazov nazirlər sessiyasında çıxış edib…
Nazir: Biz mövcud olan bütün enerji növlərinin inkişaf etdirilməsini prioritet kimi müəyyənləşdirmişik Energetika naziri Pərviz Şahbazov İstanbul Təbii Sərvətlər Zirvəsi çərçivəsində “Təchizatın təminatında dəyişən dinamikalar: çətinliklər və imkanlar” mövzusunda keçirilən nazirlər sessiyasında çıxış edib. SİA AZƏRTAC-a istinadən xəbər verir ki, energetika naziri Azərbaycanın neft və təbii qaz təchizatçısı kimi strateji rolunun müasir reallıqlarda davam etdirilməsi, bu xüsusda Türkiyə ilə birgə reallaşdırılmış layihələrin töhfələrinin artırılması və bu ölkəyə cari ildə təxminən 10 milyard kubmetr qaz tədarükünün planlaşdırılması kimi məqamlardan bəhs edib. Bildirilib ki, Türkiyə bizim üçün yalnız istehlakçı…
Daha çoxXarkova PUA hücumu: 40-a yaxın yaralı var
Xarkova PUA hücumu: 40-a yaxın yaralı var
Daha çoxAZAL “AZAL Upgrade” proqramını tətbiq edib…
Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin məmnuniyyətini artırmaq məqsədilə yeni “AZAL Upgrade” proqramını tətbiq edib. SİA-nın məlumatına görə, AZAL-dan bildirilib ki, ekonom sinif bileti alan sərnişinlər bu proqram çərçivəsində biletlərini premium ekonom və biznes sinfə yüksəltmək imkanı əldə edirlər. “AZAL Upgrade” proqramından istifadə edərək qalib gələn sərnişinlər premium ekonom və biznes sinfə aid bütün imtiyazlardan yararlana bilərlər. Xidmətdən yararlanmağın bir neçə üsulu var. Belə ki, ekonom sinif bileti alan sərnişinlər AZAL tərəfdən elektron poçt vasitəsilə uçuşlarından öncə “AZAL Upgrade” barədə məlumat alacaqlar. Sərnişinlər e-poçtda yer alan linkə daxil olaraq öz təkliflərini…
Daha çoxYaxın gələcəkdə gözlədiyimiz F-16-lar var
Ukrayna Prezidenti Volodimir Zelenski döyüş aviasiyası ilə bağlı iclas keçirib. Xüsusilə, əlavə F-16 qırıcılarının gələcək tədarükləri müzakirə edilib. SİA xəbər verir ki, bu barədə Zelenski teleqram sosial səhifəsində yazıb. Prezidentin sözlərinə görə, görüş zamanı əsas məsələ Ukraynanın hərbi aviasiya donanmasının inkişafı olub. “Bütün əsas məsələlər – F-16-lar, artıq Ukraynadadır. Yaxın gələcəkdə gözlədiyimiz F-16-lar var. Hərbi aviasiyamızı daha effektiv hazırlamağa və istifadə etməyə kömək edəcək sistemli həllər var”, – deyə dövlət başçısı əlavə edib. Zelenski Ukraynanın səmada fəaliyyətini gücləndirən hər kəsə təşəkkür edib. Xatırladaq ki, Ukrayna öz tərəfdaşlarından ilk F-16 qırıcılarını…
Daha çox“Azərbaycan iqtisadiyyatın dirçəlməsinə və inkişafına şərait yaradır”
“Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən Sumqayıt şəhərində bir sıra əhəmiyyətli təməlqoyma mərasimində və açılışlarda iştirak edib. Bu açılışların hər biri bundan sonra həm qeyri-neft sektornun inkişafına, həm də tikinti materiallarınn istehsalı bazarına böyük ölçüdə yeni imkanlar yaradacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu açılışlar eyni zamanda yeni iş yerlərinin açılması deməkdir: “Yeni əmək şərtlərinin yaxşılaşdırılması və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Xüsusilədə bu gün Azərbaycanda gedən böyük quruculuq işlərində tikinti materallarına, kimyəvi əsaslı tikinti materiallarına ehtiyac var.…
Daha çoxKabab bişirmək rusa iki milyon rubla başa gəlib…
Deyən gərək, sən hara, kabab hara…borşunu qaynad ye də… …Udmurtiya sakini kabab bişirmək istəyərkən iki evi yandırıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin Telegram kanalında verdiyi məlumata görə, uğursuz yemək ona təxminən iki milyon rubla başa gəlib. …Sepıç kəndində 72 yaşlı kişi öz əmlakında kabab bişirirmiş, lakin o, yanğın təhlükəsizliyi məsafəsini nəzərə almayaraq, manqalları binalara yaxın qoyub və… SİA-nın məlumatına görə, bunu Rusiya Fövqəladə Hallar Nazirliyinin Udmurtiya Baş İdarəsinin inzibati təcrübə və təhqiqat şöbəsinin rəis müavini Roman Vatlin deyib. ..Yanğın nəticəsində təqaüdçünün və onun qonşusunun evləri, əlavə…
Daha çox“Yeni Zelandiyadan gətirilən kərə yağının gömrük qiyməti 11 manatdır”
“Kərəyağının bahalaşmasının əsas ənənəvi səbəbi ondan ibarətdir ki, Azərbaycanda kərəyağı istehsalı yerli tələbatın heç 10–15 faizini belə ödəmir. Ölkənin daxili tələbatını əsasən idxal məhsulları qarşılayır. İdxal məhsullarını, o cümlədən kərəyağını ölkəyə gətirən şirkətlər isə əsasən inhisarçı şirkətlərdir”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Bir tərəfdən ölkə daxilində kərəyağı qıtlığı yaşanır, digər tərəfdən isə idxalçılar inhisarçıdır. Buna görə də o idxalçılar, əsaslı səbəb olmadan, yalnız öz mənfəətlərini və gəlirlərini artırmaq məqsədilə kərəyağının qiymətini bahalaşdıra bilirlər. Yəni bu gün Azərbaycanın daxili bazarı kərəyağı…
Daha çox