“Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dünən Sumqayıt şəhərində bir sıra əhəmiyyətli təməlqoyma mərasimində və açılışlarda iştirak edib. Bu açılışların hər biri bundan sonra həm qeyri-neft sektornun inkişafına, həm də tikinti materiallarınn istehsalı bazarına böyük ölçüdə yeni imkanlar yaradacaqdır”. Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva deyib.
Onun sözlərinə görə, bu açılışlar eyni zamanda yeni iş yerlərinin açılması deməkdir: “Yeni əmək şərtlərinin yaxşılaşdırılması və vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması deməkdir. Xüsusilədə bu gün Azərbaycanda gedən böyük quruculuq işlərində tikinti materallarına, kimyəvi əsaslı tikinti materiallarına ehtiyac var. Bu materialların öz istehsalımız olaraq bazara daxil olması rəqabəti artırır, həmçinin xarici istehsalın rəqabətinidə artırır”.
Millət vəkili qeyd edir ki, Azərbaycan öz istehsalına daha çox imkan yaradaraq, iqtisadiyyatın daha dirçəlməsinə və inkişafına şərait yaratmış olur: “Həmçinin bazar qiymətlərinin yaxşıya doğru dəyişməsinidə şərait yaratmış olacaq və bu istehsaldan əldə edilən gəlirlərdə yenidən digər sahələrin inkişafına yönləndirilmiş olacaq ki, bu da çox əhəmiyyətli bir məqamdır.
Ümumiyyətlə ölkəmizdə texnoloji parkların artıq salınması və fəaliyyət göstərməsi bir ənənə halına alıb və cənab Prezident tərəfindən imzalanan proqramlar çərçivəsində həyata keçirilir. Açılışlarda həmin texnoparkların nəzdində fəaliyyət göstərəcək olan böyük layihələrdir. Düşünürəm ki, bu bir daha Azərbaycanın iqtisadiyyatına, eyni zamanda sosial sahədə fəaliyyətinə böyük dəstək verən və böyük imkanlar yaradan layihələrdir”.