Çilidə 7,5 ballıq zəlzələ olub


Çilinin cənub sahil sularında 7,5 bal gücündə güclü zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Çili Universitetinin Milli Seysmologiya Mərkəzi məlumat yayıb.

Məlumata görə, hadisə ilə əlaqədar Maqalyanes bölgəsi üçün sunami təhlükəsi barədə xəbərdarlıq edilib. Rəsmilərin bildirdiyinə görə, yeraltı təkanlar 10 kilometr dərinlikdə baş verib və ətraf yaşayış məntəqələrində hiss olunub.

Əlaqəli Xəbərlər