Moskvada Qələbənin 80 illiyinə həsr olunmuş təntənəli tədbirlərdə 29 xarici ölkə lideri iştirak edəcək.
SİA-nın məlumatına görə, TASS xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib. …Biz çoxlu sayda xarici qonaqlar dəvət etmişik və gözləyirik ki, Qələbə Paradında dəvət etdiyimiz ölkələrdən 29 lider iştirak edəcək.
Bunu Kreml sözçüsü bildirib.
Uşakov qeyd edib ki, Rusiya Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Özbəkistan, Abxaziya, həmçinin Bosniya və Herseqovina liderlərinin səfərini gözləyir.
Bundan əlavə, Braziliya, Burkina-Faso, Venesuela, Vyetnam, Qvineya-Bisau, Misir, Zimbabve, Çin, Konqo, Kuba, Laos, Monqolustan, Myanma, Fələstin, Serbiya, Slovakiya, Ekvatorial Qvineya, Efiopiya və Cənubi Osetiya dövlət başçıları Qələbə paradında iştirak etməyi planlaşdırırlar.
Mayın 4-də Slovakiyanın baş naziri Robert Fiko Ukrayna prezidenti Vladimir Zelenskinin tədbirin qonaqlarına qarşı hədələrinə baxmayaraq, Qələbə Günü üçün Moskvaya səfər edəcəyini bildirib.
Slovakiya Nazirlər Kabinetinin rəhbəri qeyd edib ki, o, Ukrayna liderinin bəyanatlarını qəbuledilməz hesab edir. Mayın 3-də Serbiyanın baş nazirinin birinci müavini və maliyyə naziri Sinişa Mali Serbiya prezidenti Aleksandr Vuçiçin Hərbi Tibb Akademiyasından çıxdığını və yaxın günlər üçün nəzərdə tutulan bütün planları ləğv etdiyini, lakin mayın 9-da Moskvaya səfərini ləğv etmədiyini açıqlayıb.
Əli Babayev