Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC Bakıda mayın 9-11-də “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, yarmarkada 20-dən artıq rayondan 40-dan çox fermerin iştirakı gözlənilir: “Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının yanı) ünvanında keçirilən yarmarkada müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər 100-dan artıq çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər. Satışa çıxarılacaq məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək, yarmarkanın yanında Səyyar Qida Laboratoriyası fəaliyyət göstərəcək”. Qeyd edilib ki, yarmarkalarda iştirak etmək…

Daha çox

Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Vyetnamın baş nazirinin müavini, xarici işlər naziri Bui Tan Son ilə görüşüb. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüşdə Azərbaycan və Vyetnam arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, ikitərəfli və çoxtərəfli əməkdaşlığın gələcəyi, habelə regional və beynəlxalq təhlükəsizlik məsələləri müzakirə olunub. İki ölkə arasında qarşılıqlı səfər və təmasların, xüsusilə Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana dövlət səfərinin, habelə sözügedən səfər çərçivəsində Azərbaycan ilə Vyetnam arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyanatın qəbul edilməsinin əməkdaşlıq…

Daha çox

“Bu cür ikili yanaşma düzgün deyil”

“Siğə bu gün yalnız müəyyən çevrələrin qəbul etdiyi bir yanaşmadır. Bu praktika zamanı iki nəfər arasında şahidsiz, müəyyən maddi qarşılıq müqabilində razılaşma əldə olunur və onlar bir müddət ər-arvad münasibətləri yaşayırlar. Lakin bu münasibətlər nəticəsində nə miras hüququ, nə aliment, nə də hüquqi nəticələr ortaya çıxır. Belə bir yanaşma nə dini, nə hüquqi baxımdan sağlam və qəbulolunan deyil”. Bunu SİA-ya açıqlamasında dinşünas, ilahiyyatçı Elşad Miri deyib. Onun sözlərinə görə, tarixdə “dini nikah” deyilən anlayış olmayıb — sadəcə “nikah” olub: “Müasir dövrdə dövlət qeydiyyatı ilə yanaşı aparılan dini nikahlar müəyyən yanlış…

Daha çox

Azərbaycan qeyri-neft-qaz ixracını 18% artırıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 18 % artaraq 1,1 milyard ABŞ dolları təşkil edib. SİA bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir. Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 12,1 % artaraq 300,1 milyon ABŞ dolları olub. Bundan başqa, hesabat dövründə kimya sənayesi məhsullarının ixrac dəyəri 35 milyon ABŞ dolları və yaxud 42,5 %, şəkərin ixrac dəyəri 1,9 milyon ABŞ dolları və yaxud 25,8 %, qara metallar və onlardan hazırlanan…

Daha çox

Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır

Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri çərçivəsində “Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyası (VINEN) arasında Azərbaycan-Vyetnam Biznes Şurasının yaradılmasına dair Anlaşma Memorandumu imzalanıb. KOBİA-dan SİA-ya bildirilib ki, sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və VINEN-in prezidenti Dinh Viet Hoa imzalayıblar. Azərbaycan-Vyetnam Biznes Şurası hər iki ölkənin sahibkarlarının təşəbbüslərini dəstəkləyəcək, iş adamları arasında əlaqələrin qurulmasına, qarşılıqlı səfərlərin, birgə tədbirlərin təşkilinə, tərəflər arasında ticarət əlaqələrinin inkişafında faydalı ola biləcək məlumat mübadiləsinə köməklik göstərəcək. İlkin mərhələdə…

Daha çox

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib

Azərbaycanda dövlət səfərində olan Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam mayın 8-də Şəhidlər xiyabanını ziyarət edib. SİA xəbər verir ki, Baş katib Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Daha çox

Bakı, Sumqayıt və Abşeron üzrə may ayının pensiyaları ödənilib

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə may ayının pensiyaları ödənilib. SİA xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Respublikanın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin may ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Daha çox

Ümummilli Liderin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Xətai rayonunda Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. SİA xəbər verir ki, tədbir Xətai Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı, SƏS Media Qrupu və “SSAL-2” şirkətinin birgə təşkilatçılığı ilə baş tutub. Aksiyada millət vəkilləri, ictimai-siyasi xadimlər, media nümayəndələri, rayon ictimaiyyəti və digər qonaqlar iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin əziz xatirəsini ehtiramla yad edərək, onun Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərini xüsusi vurğulayıblar. Tədbirin təşkilatçılarından SƏS Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının…

Daha çox

“Azərbaycan hazırda Avrasiyanın önəmli energetika mərkəzinə çevrilib”

Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, əzmkarlıq və vətənə sədaqət rəmzidir. SİA xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən”Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusundakı xüsusi iclasında deyib. O bildirib ki, Ulu Öndərin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri müstəqil Azərbaycanın ilk konstitusiyasının hazırlanmasıdır: “1995-ci ildə qəbul edilən ali sənəd dünyanın ən demokratik konstitusiyaları ilə müqayisə oluna bilər. Ulu Öndərin başlatdığı işləri layiqincə davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurları misilsiz tarixi qələbələri ilə davam etdirilib. Azərbaycan…

Daha çox