Hindistan terrorizmə qarşı barışmaz mövqe nümayiş etdirir.
SİA-nın məlumatına görə, Hindistanın xarici işlər naziri Subrahmanyam Caishankar X sosial şəbəkəsində Pakistanla barışıq haqqında belə danışıb.
…Hindistan terrorizmin bütün forma və təzahürlərinə qarşı ardıcıl olaraq qəti və barışmaz mövqe nümayiş etdirib. O, bunu davam etdirəcək.
Bunu Hindistanın xarici işlər naziri deyib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Hindistan və Pakistanı atəşkəslə razılaşmağa inandırdığını bildirib.
Ağ Ev rəhbəri aydınlıq gətirib ki, tərəflər ABŞ-la mayın 10-a keçən gecə baş tutan danışıqlardan sonra silahı yerə qoymağa razılaşıblar.
ABŞ dövlət katibi Marko Rubio qeyd edib ki, Hindistan və Pakistan da neytral ərazi üzrə danışıqlara başlamaq barədə razılığa gəliblər.
Əli Babayev