Gürcüstanın paytaxtı Tbilisidə minlərlə insan etiraz etmək üçün küçələrə çıxıb. SİA xəbər verir ki, hökumət əleyhinə keçirilən yürüşdə bir neçə min insanın iştirak etdiyi bildirilir. Tədbir Avropa Gününə (9 may) təsadüf edib. İştirakçılar yeni parlament seçkilərinin keçirilməsini və aksiyalar zamanı saxlanılan vətəndaşların azadlığa buraxılmasını tələb ediblər.
Jurnalistlər Avropa Meydanındakı mitinqin dinc şəraitdə keçdiyini qeyd ediblər. Ətrafda patrul polisi növbətçilik edib. Gürcüstanda etirazlar 2024-cü ilin oktyabr ayından davam edir. Müxalifət partiyaları və ölkənin keçmiş prezidenti Salome Zurabişvili hakim Gürcü Arzusu Partiyasının qələbəsi ilə nəticələnən parlament seçkilərinin nəticələri ilə razılaşmır. 2025-ci ilin aprelində Zurabişvili ölkədə yeni etirazlar elan edib.