Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bəhreynin xarici işlər naziri Raşid Alzayani ilə genişləndirilmiş formatda görüş keçirib. SİA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin “X” hesabında məlumat paylaşılıb. Məlumatda bildirilib ki, nazirlər görüşdə ikitərəfli münasibətlərin cari vəziyyətini müzakirə edib, iki ölkə arasında gələcək əməkdaşlıq imkanlarını araşdırıblar. Müzakirələr siyasi dialoq, ticarət və iqtisadi əməkdaşlıq, humanitar təşəbbüslər daxil olmaqla geniş sahələri əhatə edib. Hər iki tərəf yüksək səviyyəli qarşılıqlı səfərlər, müntəzəm siyasi məsləhətləşmələr və strukturlaşdırılmış iqtisadi əməkdaşlıq mexanizminin yaradılması vasitəsilə qarşılıqlı əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıb. Nazirlər BMT, İƏT, QH və…
Daha çoxDay: May 12, 2025
“Sağlam qidalanmaq heç vaxt dadlı yeməklərdən imtina demək deyil”
“Yay mövsümündə dondurma həm böyüklər, həm də uşaqlar üçün ən sevilən təbii sərinlədici qidadır”. Bu sözləri SİA-ya açıqlamasında dietoloq və sağlam qidalanma mütəxəssisi Ceyhunə Yusifova deyib. Onun sözlərinə görə, düzgün seçilmədikdə və həddindən artıq istehlak olunduqda sağlamlığa mənfi təsirləri ola bilər: “Xüsusilə, bazarda satılan rəngarəng və ucuz dondurmaların tərkibində sağlamlıq üçün təhlükəli maddələr ola bilər. Aşağıdakı məqamlara diqqət etməklə daha sağlam seçim etmək mümkündür: 1. Tərkibi oxuyun – Etiket şərti deyil, zəmanətdir. Dondurma alarkən ilk növbədə qablaşdırma üzərindəki tərkib siyahısını oxumaq vacibdir. Aşağıdakı maddələr varsa, həmin dondurmanı almamaq daha yaxşıdır:…
Daha çoxKəngərli kəndi – Qarabağın mədəniyyətinin və tarixinin əhəmiyyətli bir parçası
44 günlük müharibədə möhtəşəm qələbə qazanaraq öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edən qüdrətli Azərbaycan yeni mərhələdə də strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir. Azərbaycan postmüharibə mərhələsində strateji fəaliyyətini uğurla davam etdirir. Qeyd edək ki “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş “İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış” Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı”nın əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, bölgənin…
Daha çoxMilli Məclisdə dinləmələr keçiriləcək
Milli Məclisdə “Qlobal Cənubun yüksəlişi və Qərb: Azərbaycanın rolu, əməkdaşlıq və inkişaf üçün yeni imkanlar” mövzusunda dinləmələr təşkil olunacaq. SİA xəbər verir ki, bununla bağlı məsələ parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.
Daha çox“Adel sindromu” – sevgi xəstəliyidirmi?
“Adel sindromu öz adını məşhur fransız yazıçısı Viktor Hüqonun qızı Adelin adından götürüb. O, qeyri-adi sevgisi ilə tarixə düşmüş qadınlardan biri olub. 1861-ci ildə Adel Pinson adında bir zabitlə tanış olur və zaman keçdikcə başa düşür ki, Pinson onun həyatının sevgisidir. Lakin Pinson onunla ciddi münasibət düşünmür və getdikcə Adelin hədsiz sevgisi onu bezdirir, buna görə də Adeldən ayrılır. Lakin Adel bunu qəbul edə bilmir, Pinsonun izinə düşür. Evinə yaxın yerdə kirayə tutur, hətta Pinsonun borclarını belə ödəyir. Pinson isə evlənir, ailə-uşaq sahibi olur, lakin Adel hələ də zabitin onu…
Daha çoxAzərbaycan AI əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi təklif edilir
Azərbaycan-Avropa İttifaqı (AI) əməkdaşlığının bir sıra sahələrdə genişləndirilməsi müzakirə edilib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib. Nazir qeyd edib ki, bu barədə müzakirələr Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə baş direktoru Gert Yan Koopman ilə görüşdə aparılıb. “Gert Yan Koopman ilə görüşmək xoş oldu. Azərbaycan-AI əməkdaşlığının “yaşıl enerji”, rəqəmsal iqtisadiyyat və dayanıqlı həllər istiqamətində genişləndirilməsinin əhəmiyyəti vurğulanıb”, – M. Cabbarov bildirib.
Daha çoxAzərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında memorandum parlamentdə müzakirə olunacaq
Milli Məclisdə Azərbaycanla Beynəlxalq Mülki Aviasiya Təşkilatı arasında aviasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində universal yoxlamalar proqramı çərçivəsində davamlı monitorinq mexanizminə dair Anlaşma Memorandumu müzakirə olunacaq. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.
Daha çoxMilli Məclis Azərbaycanla Pakistan arasında sazişi təsdiq edəcək
Milli Məclis Azərbaycanla Pakistan arasında bitki karantini və bitki mühafizəsi sahəsində əməkdaşlıq sazişini təsdiq edəcək. SİA xəbər verir ki, bununla bağlı müvafiq qanun layihəsi parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin mayın 14-ü keçiriləcək genişləndirilmiş iclasının gündəliyinə daxil edilib.
Daha çoxQızmar günəş və kitab – Şəmil Sadiq II Naxçıvan Kitab Sərgisindən yazır
Ümummilli Lider Heydər Əliyevin 102-ci doğum gününə həsr olunmuş kitab sərgisi keçirilib. 9, 10, 11 may günləri… Üç gün üç gecə Naxçıvanda kitab sərgisində olduq. 23 nəşriyyat, 30-dan çox yazıçı, şair, naşir… Məncə, hərə özünü, öz xislətini, xarakterini yaxşı bilir. Hətta bir addım atanda da içindəki “mən” onu nəyin gözlədiyini pıçıldayır. Bunu duymaq çətin deyil. Mən də qonaqları Naxçıvana dəvət edəndə bizi nəyin gözlədiyini yaxşı bilir və heç tərəddüd etmədən gəlmələrini istəyirdim. Artıq ikinci dəfə idi… Həm torpağımızın, həm havamızın, həm suyumuzun, həm duzumuzun, həm də bunlardan yoğurulan camaatımızın qonaqları…
Daha çoxHərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmə keçirilir
Hərbi cinayətlər törətməkdə təqsirləndirilən erməniəsilli şəxslərin cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilir. SİA xəbər verir ki, proses Bakı Məhkəmə Kompleksində Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə baş tutur. Xatırladaq ki, ötən prosesdə Kəlbəcərin işğalı zamanı əsir və girovlara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib. Qeyd edək ki, onlar Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ respublikası və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar…
Daha çox