Azərbaycanın enerji müəssisəsinin səhmdarlarının yığıncağı keçiriləcək


İyunun 27-də, saat 10:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Ağa Nemətulla küçəsi, 2 ünvanında olacaq.

Yığıncağın gündəliyinə şirkətin illik hesabatlarının təsdiq edilməsi, nizamnaməsində dəyişiklik olunması və digər məsələlər daxildir.

“Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə dövlət qeydiyyatına alınıb. Onun nizamnamə kapitalı 761 min manatdır. Şirkətin səhmlərinin 98,5%-i Hikmət Xammədova məxsusdur. O, 2022-ci ilə qədər “Expressbank” ASC-də 25 %-lik paya sahib olub, “Azərenerji” ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevin yaxın qohumudur.

Əlaqəli Xəbərlər