İtaliya və ABŞ İkinci Dünya müharibəsi zamanı itkin düşmüş amerikalı hərbçilərin axtarışı üzrə əməliyyatların təkmilləşdirilməsinə dair memorandum imzalayıblar. SİA xəbər verir ki, 1943–1945-ci illərdə müttəfiqlərin Siciliya adasına hücumundan sonra İtaliyanın faşist və nasist ordusundan azad edilməsi kampaniyası üzrə gedən hərbi əməliyyatlar zamanı şiddətli döyüşlər baş verib və bu da saysız-hesabsız hərbçinin itkin düşməsi ilə nəticələnib. Yeni saziş çərçivəsində aparılacaq axtarış əməliyyatları zamanı bəzi ərazilərdə mövcud olan arxeoloji abidələrin qorunmasına da xüsusi diqqət yetiriləcək. ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, İkinci Dünya müharibəsində iştirak edən və bu günədək itkin hesab edilən amerikalı…
Daha çoxDay: May 21, 2025
Pentaqon ABŞ-ın Çinlə mümkün münaqişəyə hazırlaşdığını bildirib…
…Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, Trampın Si Cinpinlə əla münasibəti var. Heqset vurğulayıb ki, Amerika potensial təhlükələrə qarşı mübarizə aparmaq üçün müdafiə qabiliyyətini gücləndirməyə davam edir. SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Pentaqon rəhbəri Pete Heqset bildirib ki, Birləşmiş Ştatlar dövlətlər arasında münaqişə baş verəcəyi təqdirdə Çinə qarşı hərbi qüvvə yaratmaq üzərində işləyir. “Fox News” ilə söhbətində o qeyd edib ki, Vaşinqton kommunist Pekinin motivlərini və imkanlarını başa düşür. Bu baxımdan, Birləşmiş Ştatlar gələcək üçün münaqişəni cilovlaya biləcək hərbi qüvvənin yaradılmasını təmin edir. Bunu deyən Müdafiə Nazirliyinin rəhbəri,…
Daha çox“Bu, müharibələrin yeni dövrünün başlanğıcıdır…”
Ukrayna dronları gələcəyin silahına çevirib… …2022-ci ildə genişmiqyaslı müharibənin başlaması ilə Ukrayna ənənəvi silahlar, xüsusilə artilleriya çatışmazlığı ilə üzləşdi. SİA-nın məlumatına görə, “The National Interest” yazır ki, bununla belə, bu kəsir ucuz, kütləvi istehsal olunan dronların geniş və effektiv istifadəsi hesabına qismən doldurulub. Rusiya bu praktikanı tez mənimsədi və indi münaqişədə olan hər iki tərəf geniş spektrli döyüş tapşırıqlarını yerinə yetirmək üçün pilotsuz təyyarələrdən fəal istifadə edir. İndi, müharibənin dördüncü ilində pilotsuz təyyarələr kəşfiyyat və logistikadan tutmuş minalardan təmizləmə və düşmənin şəxsi heyətinə hücumlara qədər hər…
Daha çoxBakının bu ərazisində işıq olmayacaq
Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində həyata keçirilən yenidənqurma işləri ilə əlaqədar olaraq 21 may tarixində Şüvəlan qəsəbəsinin bir sıra hissəsində elektrik xətləri sifarişə əsasən açılacaq. Bu barədə SİA-ya “Azəriqaz” İB-dən bildirilib. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək qəsəbənin Mayak adlanan yaşayış ərazisində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Daha çoxKeşiş Moskva metrosunda Stalin barelyefinin bərpasını tənqid edir…
…Əvvəla qeyd edək ki, SİA bununla bağlı bir neçə müddət əvvəl yazmışdı. …Deməli, Rus Pravoslav Kilsəsinin Sinodal Missionerlik İdarəsinin rəhbəri, arxiyepiskop Savva (Tutunov) metronun “Taqanskaya Moskva” stansiyasında quraşdırılmış İosif Stalinin təsviri olan barelyefin bərpasını kəskin tənqid edib. SİA-nın məlumatına görə, arxiyepiskopun bəyanatı özünün Telegram kanalında dərc olunub. Savvanın fikrincə, Stalinə abidənin qoyulması təkcə onun 1924-cü ildən xeyli əvvəl başlamış kütləvi terrorun təşkilində oynadığı rola görə deyil, həm kilsənin təqiblərinə məruz qalması, həm də İkinci Dünya Müharibəsi zamanı ölkəyə rəhbərlik etməsi nəzərə alınmaqla onun ölkə tarixindəki mübahisəli şəxsiyyətinə görə qəbuledilməzdir. Arxiyepiskop…
Daha çoxTramp 175 milyard dollarlıq raketdən müdafiə sistemi qurmaq planını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ağ evdə müdafiə naziri Pit Heqsetlə birlikdə nəhəng raketdən müdafiə sistemi qurmaq planlarını açıqlayıb. SİA-nın məlumatına görə, Tramp “Qızıl Qübbə” adlı layihənin ümumi dəyərinin 175 milyard dollar təşkil edəcəyini bildirib. O qeyd edib ki, sistem ölkənin mövcud müdafiə imkanlarına inteqrasiya edəcək və səlahiyyət müddətinin sonuna qədər tam işlək olacaq. “Beləliklə, biz bunu təxminən üç il ərzində yerinə yetirəcəyik. Tamamilə tikildikdən sonra “Qızıl Qübbə” dünyanın başqa yerlərindən, hətta kosmosdan buraxıla biləcək raketləri ələ keçirmək gücünə malik olacaq. Biz Prezident Reyqanın 40 il əvvəl başladığı işi başa vuracağıq…
Daha çoxBƏƏ ilə əlaqəli tanker İranda saxlanıldı
BƏƏ ilə əlaqəli, Panama bayrağı ilə üzən tanker İran sahillərində ələ keçirilə bilər. SİA xəbər verir ki, bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış “Ambrey” şirkəti məlumat yayıb. Qeyd olunur ki, insident İranın Oman körfəzi sahilindəki Cask limanından 51 dəniz mili (94,5 km) şimal-qərbdə baş verib. Bildirilib ki, gəminin ekipajı təcili radio mesajında onun qaçırıldığı barədə məlumat verib.
Daha çoxİstanbulda yenə güclü zəlzələ oldu
Türkiyədə zəlzələ baş verib. SİA xəbər verir ki, yeraltı təkanlar saat 23:36 radələrində İstanbulun qərbində hiss olunub. Yerli sakinlər telefonlarına zəlzələ xəbərdarlığı gəlsə də, təşviş yaranmayıb. Fövqəladə Hallar İdarəsi (AFAD) zəlzələnin episentrinin Böyükçekmece rayonu ilə üzbəüz Mərmərə dənizində olduğunu bildirib. Onun maqnitudası 4, ocağı isə 8 kilometr dərinlikdə yerləşib.
Daha çoxAvropa İttifaqı Suriyaya qarşı iqtisadi sanksiyaları tamamilə ləğv edib
Avropa İttifaqı (Aİ) Suriyaya qarşı bütün iqtisadi sanksiyaları tamamilə ləğv edib. SİA xəbər verir ki, ittifaqa üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının Brüsseldə keçirilən iclasından sonra çıxış edən Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bu qərarla Suriyanın yeni keçid hökumətinə bir şans verildiyini bildirib. Almaniyanın xarici işlər naziri Yohan David Vadephul deyib ki, bu qərarın əvəzində bütün etnik və dini qrupları əhatə edən siyasətin həyata keçirilməsi gözlənilir. Bununla belə, Bəşar Əsəd rejimi ilə əlaqəsi olan şəxslərə və təşkilatlara, habelə insan hüquqları pozuntularında…
Daha çoxQızıl qiymətlərində sürətli yüksəliş
Comex birjasında (Nyu-York əmtəə birjasının bölməsi) iyun fyuçersləri üzrə qızıl fyuçerslərinin qiyməti mayın 9-dan bəri ilk dəfə bir troy unsiyası üçün 3300 dolları ötüb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Agentlik qeyd edib ki, Bakı vaxtı ilə saat 2:13-ə qızılın qiyməti bir unsiya üçün 3307 dollar (+2,91%) təşkil edib. Aprelin 22-də qızılın qiyməti yeni tarixi rekorda çatıb: Çikaqo əmtəə birjasında (CME) iyun qızıl fyuçersləri 2,3% bahalaşaraq bir unsiya üçün 3504,2 dollara çatıb. “Bloomberg” yazır ki, qızıl qiymətlərinin qalxması dolların zəifləməsi və prezident Donald Trampın ABŞ Federal Ehtiyat…
Daha çox