“Maraqlıdır ki, Azərbaycana 2023-cü ildə 45,5 min ton, 2024-cü ildə isə 64,5 min ton palma yağı və onun fraksiyaları idxal edilib. Amma bu il Statistika Komitəsi elan edir ki, guya yanvar ayının 1-dən indiyə qədər Azərbaycana, bir kiloqram da olsun palma yağı idxal edilməyib. Bununla bağlı Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Ölkəyə palma yağının idxal edilməsinin qadağan olunması barədə yanvarın 1-dən etibarən heç bir qərar qəbul edilməyib”. Bu sözləri SİA-ya açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Elə isə sual olunur: illərlə…
Daha çoxDay: May 21, 2025
“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”.
Daha çox23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
Din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar. Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitə sədri Ramin Məmmədov mayın 21-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb. O, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Sədr din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. R.Məmmədov, eyni zamanda Komitə…
Daha çoxAzərbaycanda “İstehsalat binaları. Layihələndirmə normaları” təsdiqlənib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İstehsalat binaları. Layihələndirmə normaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, binanın həcm-planlaşdırma və konsruktiv həlləri insanların mütəhərrik qurğulardan, texnoloji və mühəndis avadanlığından istifadə prosesində zədələnmə hallarını istisna edilməli, eləcə də inşaat konstruksiyaları mümkün təhlükəli təsirlər nəzərə alınmaqla uzunömürlü və etibarlı olmalıdır. Bundan başqa, yerləşgələrdə döşəmə örtüyündən tavanın çıxıntı konstruksiyasının aşağı hissəsinə kimi hündürlük 2,2 m-dən, insanların müntəzəm olaraq keçdiyi yerlərdə və təxliyə yollarında döşəmədən kommunikasiya və avadanlıqların çıxıntı hissələrinin aşağısına kimi hündürlük 2…
Daha çox“Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk”
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, – deyə dövlətimizin başçısı əlavə edib.
Daha çoxAudiovizual Şurada televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib
Audiovizual Şurada dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçılarının nümayəndələri ilə görüş keçirilib. Şuradan SİA-ya verilən məlumata görə, görüşdə 2025-ci il aprelin 11-də qüvvəyə minən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və həmin dəyişikliklərə əsasən informasiya proqramlarında işarət dilinin tətbiqi məsələsi müzakirə olunub. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna əlavə edilmiş 12-1-ci maddənin tələbləri ilə bağlı yayımçılara geniş məlumat verilib, Qanunun tələblərinin yerinə yetirilməsinin təmin olunması mərhələləri ətrafında fikir mübadiləsi aparılıb. Yayımçıların nümayəndələri qeyd olunan istiqamətdə intensiv işlərin həyata keçirildiyini və…
Daha çoxAzərbaycan və Latviya vergi sahəsində təcrübə mübadiləsi aparıb
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayevanın rəhbərlik etdiyi nümayəndə heyəti vergi sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparmaq üçün Latviyada səfərdə olub. SİA quruma istinadən xəbər verir ki, S.Musayeva Latviyanın Dövlət Gəlirləri Xidmətinin baş direktoru Bayiba Şmite Roçe ilə görüşüb, Xidmətin tətbiq etdiyi vergi nəzarəti prosesinin və risklərin idarə edilməsi, vergi öhdəliklərinə nəzarət, hüquqi prosedurların tətbiqi və s. məsələlərlə bağlı təqdimatlar keçirilib. Öz növbəsində, Azərbaycan nümayəndələri vergi ödəyicilərinə göstərilən xidmətlər və onların təkmilləşdirilməsi, vergi mübahisələri və məhkəmə çəkişmələri, süni intellekt və informasiya texnologiyalarından istifadə, eləcə də digər mövzularda…
Daha çox“Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur”
Azərbaycan ümumilikdə təşkilatın üzv ölkələrinə 20 milyard ABŞ dollarından çox sərmayə qoymuşdur. SİA xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun rəsmi olaraq bu il fəaliyyətə başlaması nəzərdə tutulur.
Daha çoxSükan arxasında əyləşmək böyük məsuliyyət tələb edir
Valideynlər övladlarına sükan arxasında əyləşməyi etibar edərkən ona təkcə nəqliyyat vasitəsi deyil, həm də bir öhdəlik də vermiş olurlar. Çünki avtomobilin idarə olunması yalnız texniki bacarıq deyil, qaydalara hörmət, təhlükəsizliyə yanaşma və cəmiyyət qarşısında məsuliyyət tələb edir. SİA xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumatda bildirilir. Məlumatda daha sonra deyilir: “Əgər həmin dəyərlər öyrədilmirsə, hədiyyə edilən sükan bir gün təəssüf və peşmanlıqla xatırlanacaq bir qərara çevrilə bilər. Unutmaq olmaz ki, avtomobili idarə etmək hər kəsin hüququdur, təhlükəsiz davranmaq isə borcdur”.
Daha çoxKapital Bank ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
Ölkənin birinci bankı Kapital Bank Azərbaycan Texnologiya Universitetində keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub. SİA xəbər verir ki, tədbirlər çərçivəsində baş tutan “Universitet-sənaye əlaqələri” forumunda Kapital Bank-ın Gəncə filialının müdiri Vüqar Paşayev spiker qismində çıxış edib. Vüqar Paşayev Forum iştirakçıları ilə öz karyera yolu, bank sektorunda karyera imkanları, gənclərin bu sahədə inkişafı üçün vacib bacarıqlar və şəxsi keyfiyyətlər barədə fikirlərini bölüşüb, tələbələrin suallarını cavablandırıb. Panel müzakirəsi formatında keçirilən forumun məqsədi universitet-sənaye əməkdaşlığının gücləndirilməsi, tələbələri iş dünyası ilə birbaşa əlaqələndirmək, əmək bazarının real tələbləri ilə tanış etmək və karyera…
Daha çox