Kuba Prezidenti Migel Dias Azərbaycanın milli bayramı münasibətilə Prezident İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Azərbaycan Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza səmimi-qəlbdən təbriklərimi çatdırıram. Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrini gücləndirmək niyyətimizi bir daha bildirmək istəyirəm. Sizə dərin hörmət və ehtiramımı ifadə edirəm”.
Daha çoxDay: May 21, 2025
Şəmkirdə kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib
Şəmkir rayonunda kəndlərarası avtomobil yolu layihəsinin icrasına start verilib. SİA bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) istinadən xəbər verir. Məlumata əsasən, layihə 20 min nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən, ümumi uzunluğu 17 km olan Dəllər Cəyir-Dəllər Daşbulaq və Qədimqala-Miskinli-Keçili-Xuluf marşrutu üzrə yolları əhatə edir. İlkin olaraq layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində yenidənqurma işlərinə başlanılıb. Qeyd olunan hissənin uzunluğu 7 km təşkil edir. IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolların eni 8-10 metrə qədər genişləndirilir. Aparılan işlər çərçivəsində layihənin Dəllər Cəyir-Dəllər Daşbulaq hissəsində texnoloji ardıcıllığa uyğun…
Daha çox“Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır”
Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib. “Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır”, – deyən dövlətimizin başçısı əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edib.
Daha çoxNovruz bayramının TDT çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilib
Novruz bayramının Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilib. SİA xəbər verir ki, bu barədə mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə qeyd olunub. “Mədəniyyətlərarası körpü və ümumbəşəri dəyərlərin rəmzi kimi çıxış edən Novruzun transmədəni mahiyyəti ifadə edilərək, Türk mədəniyyətinin dərin zənginliyini və Türk xalqlarının ortaq dəyərlərini gələcək nəsillərə ötürmək əzmi bir daha vurğulanır, Azərbaycanın və TDT-yə üzv dövlətlərin, həmçinin Türkiyə Prezidentinin təşəbbüsü ilə Novruz bayramının Təşkilat çərçivəsində qeyd olunması barədə Katibliyə tapşırıq verilir”, – bəyanatda…
Daha çoxNiyə taksi sürücüləri kartla olan gedişlərdən imtina edirlər?
“Bugünkü gündə Azərbaycanda nəqliyyat vasitələrinin, xüsusən də taksilərin fəaliyyətində əsas meyar onların ödəniş sistemi ilə bağlıdır. Belə ki, taksilərdən istifadə zamanı, xüsusilə kartla ödəniş ediləndə, sürücülər bəzi hallarda pullarını ala bilmirlər, qalığı əldə edə bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, bu isə onların məyusluğuna səbəb olur. Nəticədə onlar nağd ödənişə və ya digər sifariş sistemlərinə üstünlük verməyə çalışırlar: “Başqa cür desək, nəqliyyat vasitələri üçün bugünkü gün əsas problemlərdən biri odur ki, bu və ya digər formada nəqliyyat vasitələrini idarə edən şəxslər mütləqdir…
Daha çoxAzərbaycana palma yağının idxalı dayandırılıb?
“Maraqlıdır ki, Azərbaycana 2023-cü ildə 45,5 min ton, 2024-cü ildə isə 64,5 min ton palma yağı və onun fraksiyaları idxal edilib. Amma bu il Statistika Komitəsi elan edir ki, guya yanvar ayının 1-dən indiyə qədər Azərbaycana, bir kiloqram da olsun palma yağı idxal edilməyib. Bununla bağlı Nazirlər Kabinetinin heç bir qərarı yoxdur. Ölkəyə palma yağının idxal edilməsinin qadağan olunması barədə yanvarın 1-dən etibarən heç bir qərar qəbul edilməyib”. Bu sözləri SİA-ya açıqlamasında “Liberal İqtisadçılar Mərkəzi”nin sədri Akif Nəsirli deyib. Akif Nəsirli sözlərinə belə davam edib: “Elə isə sual olunur: illərlə…
Daha çox“Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir”
Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız güclənir. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı söyləyib. Dövlətimizin başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna – avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulmuşdur”.
Daha çox23 din xadimi ayinlərin icraçısı vəzifəsinə təyinat alıb
Din xadimlərindən 5 imam, 14 imam müavini və 4 qadın dini ayinlərin icraçısı vəzifəsinə təyinat alıblar. Bu barədə SİA-ya Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bildirilib ki, Komitə sədri Ramin Məmmədov mayın 21-də İslam dininə aid ibadət yerlərində vakant vəzifələrin tutulması üçün keçirilmiş müsahibələrdə uğur qazanaraq təyinat almış din xadimləri ilə görüşüb. O, din xadimlərinin vəzifəyə təyin olunmasında şəffaf və obyektiv meyarların tətbiqinin bu sahədə peşəkar yanaşmanın, ictimai etimadın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. Sədr din xadimlərini təbrik edərək, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. R.Məmmədov, eyni zamanda Komitə…
Daha çoxAzərbaycanda “İstehsalat binaları. Layihələndirmə normaları” təsdiqlənib
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyası “İstehsalat binaları. Layihələndirmə normaları”nı təsdiq edib. SİA xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri Anar Quliyev yeni qərar imzalayıb. Qərara əsasən, binanın həcm-planlaşdırma və konsruktiv həlləri insanların mütəhərrik qurğulardan, texnoloji və mühəndis avadanlığından istifadə prosesində zədələnmə hallarını istisna edilməli, eləcə də inşaat konstruksiyaları mümkün təhlükəli təsirlər nəzərə alınmaqla uzunömürlü və etibarlı olmalıdır. Bundan başqa, yerləşgələrdə döşəmə örtüyündən tavanın çıxıntı konstruksiyasının aşağı hissəsinə kimi hündürlük 2,2 m-dən, insanların müntəzəm olaraq keçdiyi yerlərdə və təxliyə yollarında döşəmədən kommunikasiya və avadanlıqların çıxıntı hissələrinin aşağısına kimi hündürlük 2…
Daha çox“Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk”
Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk. SİA xəbər verir ki, bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib. “Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, – deyə dövlətimizin başçısı əlavə edib.
Daha çox