Prezident İlham Əliyevin mayın 26-da imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” Sərəncam Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin 11 saylı cəzaçəkmə müəssisəsində icra edilib. SİA xəbər verir ki, Sərəncam bu müəssisədə 11 məhkuma şamil olunub. Onlardan 7-si tam azad edilib, 2-nin cəzası yarıya endirilib. 11 saylı cəzaçəkmə müəssisəsində Əfv Sərəncamının şamil olunduğu şəxslər Azərbaycan vərəndaşlarıdır.
Daha çoxDay: May 26, 2025
Əfv sərəncamının icrası bu gün həyata keçiriləcək
Prezident İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamının icrası bu gün həyata keçiriləcək. SİA xəbər verir ki, əfvin icrası Penitensiar Xidmət müəssisələrində, İcra və Probasiya xidmətində təşkil olunacaq. Qeyd edək ki, Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 175 nəfər cəzanın çəkilməmiş hissəsindən azad edilib. Sərəncama əsasən, 25 nəfərin cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb, azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və cəzası şərti tətbiq edilmiş 1 nəfər, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzalarının çəkilməsi təxirə salınmış 2…
Daha çoxZelenski Berlinə gedir: Spiegel detalları açıqlayır…
Ukrayna prezidenti Almaniyada Merz və Ştaynmayerlə görüşəcək… …Ukrayna prezidenti Vladimir Zelenski çərşənbə günü Berlinə səfər edəcək və burada Almaniya kansleri Fridrix Merzlə görüşəcək. SİA-nın məlumatına görə, bunu Spiegel yazır. Nəşrin məlumatına görə, onlar Ukrayna və Rusiya arasında gələcək texniki danışıqlar üçün mümkün addımları, eləcə də Moskvaya təzyiqi artırmaq məqsədi daşıyan Avropa İtrtifaqının Rusiyaya qarşı yeni sanksiyalar paketi planlarını müzakirə edəcəklər. Bundan əlavə, məqalədə deyilir ki, Zelenski Berlində Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə də görüşəcək. Nəşrin yazdığı kimi, pərdə arxasında hər iki ölkənin liderləri, yəqin ki, Ukraynaya…
Daha çoxAzərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib
Azərbaycan Ordusunun Baş Qərargah rəisinin təsdiq etdiyi döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. SİA xəbər verir ki, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən verilən məlumata görə, sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış xüsusi təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər. Altı mərhələdən ibarət olan yarışda hərbi qulluqçular “İxtisas atışı”, “Məqbul atışı”, “Snayper müdafiədə”, “Snayper hücumda” və digər çalışmalar üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekununda…
Daha çox“Bundan sonra çalışıb həyatlarında səhvlərə yol verməsinlər”
“Prezident İlham Əliyev ilk dəfə deyil ki, əfv sərəncamı imzalayır”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, ümumiyyətlə, Azərbaycan dövləti və onun rəhbəri humanizm prinsiplərini həmişə rəhbər tutub: “Mümkün olduqca insanların əfv edilməsi, bağışlanması, ümumiyyətlə, onlara münasibətdə yetərincə insanca davranmaq üçün Prezident İlham Əliyev bütün mümkün vasitələrdən istifadə edir. Bu əfv sərəncamları, bu vaxta qədər olanlar, bundan sonra olacaqlar da, onunla bağlıdır ki, Azərbaycan dövlətinin məqsədi insanları həbsxanalarda uzun müddət tutub həyatlarını qaraltmaq deyil. Əksinə kimsə səhv edəndə, bilərək, bilməyərək hansısa yanlışa yol verəndə onu…
Daha çoxMakron arvadı Bricitdən aldığı sillənin səbəbini açıqlayıb
…Fransa prezidenti Emmanuel Makron arvadı Bricitdən aldığı “usta şilləsi”nin səbəbini açıqlayıb. SİA xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Makron bildirib ki, o və həyat yoldaşı təyyarədə “sadəcə axmaqlıq ediblər”. O, həmçinin əlavə edib ki, o və Bricit tez-tez oxşar bir şey edirlər. Bundan əlavə, Fransa prezidenti şillənin kameraya düşməsindən sonra ictimaiyyətin reaksiyasından təəccübləndiyini bildirib. O, onlarda hansısa məna tapmaq cəhdlərini bu yaxınlarda baş vermiş oxşar vəziyyətlə müqayisə edib – sonra media Makronun masadan salfet çıxardığı videonu müzakirə edib. Bəzi nəşrlərə görə, salfetin tərkibində narkotik ola bilər. …Həyat yoldaşım…
Daha çoxGənc məhbuslarla görüş keçirilib
Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin tərəfdaşlığı və “Rezonans” Gənclərin İctimai Birliyinin təşkilatçılığı ilə “Məhkum gənclərin sosial adaptasiya və peşə hazırlığı prosesində rəqəmsal platformalardan istifadə” adlı yeni layihənin icrasına başlanılıb. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Gənclər Fondu tərəfindən elan edilmiş “Rəqəmsal” mövzulu qrant müsabiqəsi çərçivəsində icra olunan layihə cəzaçəkmə müəssisəsində olan gənc məhkumların müxtəlif istehsalat sahələri üzrə peşə hazırlığının dəstəklənməsini, bu istiqamətdə rəqəmsal platformanın yaradılmasını və onların əməyə cəlb olunması vasitəsilə rifahının gücləndirilməsini nəzərdə tutur. 6 saylı cəzaçəkmə müəssisəsində keçirilən ilk tədbirdə Gənclər Fondunun…
Daha çoxMalayziya Kralı İlham Əliyevi təbrik edib
Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib. SİA xəbər verir ki, məktubda deyilir: “Zati-aliləri. Əlamətdar bayram – ölkənizin müstəqilliyinin 107-ci ildönümü münasibətilə Zati-alinizə, hörmətli ailənizə və Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram. Bu mühüm bayram Cümhuriyyətin yaradılmasının qeyd olunması ilə yanaşı, xalqın zəngin irsi və heyrətamiz tərəqqisi ilə də səciyyələnir. Əminəm ki, Zati-alinizin müdrik və uzaqgörən rəhbərliyi ilə Azərbaycan Respublikası sülh, firavanlıq və sürətli inkişaf yolunda irəliləməkdə davam edəcəkdir. Qoy Malayziya ilə Azərbaycan Respublikası arasında çoxillik dostluq münasibətləri və genişlənən əlaqələr bundan…
Daha çoxYeni Moskvada baş verən atışmanın təfərrüatları məlum olub…
Yeni Moskvadakı “Sportivnıy Kvartal” yaşayış kompleksində atışma külli miqdarda – 127 milyon rubl nağd pul daşıyan kuryeri qarət edən iki cinayətkarın həbsi ilə bağlıdır. SİA xəbər verir ki, bu barədə “112” Telegram kanalı mənbəyə istinadən məlumat yayıb. Bir gün əvvəl Moskva şəhərində İmperator Qülləsi yaxınlığında 34 yaşlı kuryer qarət edilib. Kişi 10 min rubl mükafat müqabilində böyük məbləğdə pul daşımağa razılaşıb. Ona əvvəlcədən məlumat verilib ki, çamadanda 127 milyon rubl var. Mayın 25-də bir kuryer Empire Tower-ə gəlib, içərisində 127 milyon rubl olan nağd pul olan bir çamadan götürüb və…
Daha çoxİlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev mayın 26-da Bakı-Şamaxı-Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolunun Muğanlı-İsmayıllı-Qəbələ hissəsində görülən işlərlə tanış olub. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İdarə Heyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib. Bildirilib ki, layihə üzrə ümumilikdə işlərin 70 faizi icra edilib. İkinci texniki dərəcəyə uyğun qurulan yolun ümumi uzunluğu 85,6 kilometrdir. Yenidənqurma nəticəsində yol 8,8 kilometr qısalacaq. Yolboyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40 faizi yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni…
Daha çox