Rusiya və Ukrayna arasında növbəti danışıqlar Cenevrədə baş tuta bilər…

Cenevrədə Rusiya-Ukrayna danışıqlarının yeni mərhələsi baş tuta bilər. SİA-nın məlumatına görə, bu barədə ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq Fox News telekanalına müsahibəsində bildirib. O bildirib ki, Ağ Ev Kiyevdən münaqişənin həlli üçün şərtlərin siyahısını alıb. İndi Amerika tərəfi Moskvadan müvafiq sənəd gözləyir. ABŞ təklifləri bir araya gətirəcək, ondan sonra danışıqlar aparılmalıdır. …Növbəti görüş, düşünürük ki, ola bilsin, Cenevrədə baş tutacaq. Mayın 16-da İstanbulda Rusiya ilə Ukrayna arasında son üç ildə ilk birbaşa danışıqlar baş tutub. Görüş zamanı tərəflər atəşkəs planlarının mübadiləsi, əsir götürülmüş hərbi qulluqçuların “1000-ə 1000” formatında mübadiləsi…

Daha çox

“Bu cür yolların çəkilməsi bölgələrarası nəqliyyat əlaqələrinin güclənməsinə şərait yaradır”

“Bildiyiniz kimi, cənab İlham Əliyev Bakı-Qəbələ avtomobil yolunun Muğanlı–İsmayıllı–Qəbələ hissəsində görülən işlərlə tanış olub. Bu cür irimiqyaslı infrastruktur layihələri ölkəmizin nəqliyyat sektoruna əhəmiyyətli dərəcədə müsbət təsir göstərir”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Aslan Əsədov deyib. Onun sözlərinə görə, ilk növbədə, yolun yenidən qurulması nəqliyyatın təhlükəsizliyini və sürətini artırır. Müasir standartlara uyğun şəkildə tikilən yollar nəqliyyat axınının daha səmərəli təşkilinə, qəza riskinin azalmasına və sürücülər üçün komfortlu hərəkət imkanlarının yaranmasına səbəb olur: “Bundan əlavə, bu cür yolların çəkilməsi bölgələrarası nəqliyyat əlaqələrinin güclənməsinə şərait yaradır. Bakı ilə Qəbələ arasında daha…

Daha çox

“Bu cür oyunların etibarlılığı və qanuniliyi ilə bağlı ciddi suallar yaranır”

“Son zamanlar onlayn pul oyunları — o cümlədən “Aviator”, “Plinko”, “Crash” və bu kimi digər oyunlar bir çox insanın maraq dairəsinə daxil olub. Lakin bu cür oyunların etibarlılığı və qanuniliyi ilə bağlı ciddi suallar yaranır”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib. Onun sözlərinə görə, ilk növbədə qeyd etmək lazımdır ki, bu oyunlar yüksək risk daşıyır. Onların nəticəsi təsadüfi alqoritmlərə əsaslanır və oyunçuların uduzma ehtimalı çox yüksəkdir: “Bəzi platformalar “ədalətli sistem” təqdim etdiklərini bildirsələr də, bu sistemlərin nə dərəcədə şəffaf olması həmişə sual altındadır. Üstəlik, bu platformaların əksəriyyəti…

Daha çox

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib

BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və bütün Azərbaycan xalqını 28 May – Müstəqillik Günü münasibətilə BP şirkəti adından səmimi-qəlbdən təbrik edirəm. Otuz ildən artıqdır ki, davam edən uğurlu və məhsuldar əməkdaşlığımızı yüksək dəyərləndirir və ölkənizin dünya səviyyəli layihələrini təhlükəsiz, səmərəli və etibarlı şəkildə həyata keçirməkdən qürur duyuruq. Bu illər ərzində birgə əldə etdiyimiz nailiyyətlər və qarşılıqlı etimad bizim üçün çox böyük əhəmiyyət kəsb edir. BP şirkəti olaraq, bu səmərəli…

Daha çox

“Əfv olunan şəxslər bu humanist addımı layiqincə qiymətləndirəcək”

Məlumdur ki, dünən məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı icra olundu. SİA mövzu ilə bağlı gənclər təşkilatları arasında sorğu edərək onların fikirlərini öyrənib. “İnnovasiya Könüllüləri” İctimai Birliyinin baş katibi Təhmasib İmaməliyev: “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 may 2025-ci il tarixli əfv sərəncamı ölkəmizdə hüquqi dövlət quruculuğu, humanizm və ədalət prinsiplərinin təmin olunması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Sərəncamda əhatə olunan şəxslər müxtəlif yaş qruplarını və sosial təbəqələri təmsil etməklə yanaşı, həm yerli, həm də xarici ölkə vətəndaşlarını əhatə edir.…

Daha çox

Azərbaycan və Gürcüstan nəqliyyat sahəsində əməkdaşlığı müzakirə edib

Gürcüstanda səfərdə olan “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov “Gürcüstan Dəmir Yolları” SC-nin yeni təyin edilmiş baş direktoru Laşa Abaşidze ilə nəqliyyat və logistika sahələrində əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib. Bu barədə SİA-ya ADY-dən bildirilib. Məlumata əsasən, görüşdə Azərbaycan və Gürcüstan ərazisindən keçən beynəlxalq dəhlizlərin səmərəli fəaliyyətinin təmin edilməsi, Şərq-Qərb-Şərq daşımalarının təkmilləşdirilməsi barədə fikir mübadiləsi aparılıb. Tərəflər Orta Dəhlizlə daha çox yükün daşınması üçün səylərin artırılmasını və Bakı–Tbilisi–Qars dəmiryol xəttinin bu baxımdan əhəmiyyətini xüsusilə vurğulayıb.

Daha çox

Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib

Diplomatik korrespondensiyanın daşınması qaydası təsdiqlənib. SİA xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda “Feldyeger rabitəsi haqqında” qanunun 3.2-ci maddəsinə əsasən hazırlanıb və diplomatik korrespondensiyaların Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Azərbaycan ərazisində və onun hüdudlarından kənarda daşınması qaydasını müəyyən edir.

Daha çox

AXC-nin yaranmasının 107-ci illiyi münasibətilə konsert proqramı keçirilib

Bu gün Rəşid Behbudov adına Mahnı Teatrında Müstəqillik gününə həsr olunmuş konsert proqramı keçirilib. SİA xəbər verir ki, konsert Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 107-ci illiyi münasibətilə keçirilib. Tədbir Azərbaycan Dövlət himninin səsləndirilməsi və Azərbaycan Xalq Cumhuriyyəti qurucularının, Ulu Öndər Heydər Əliyevin, Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Azərbaycan Xalq Cümhuriyyətini yaranması ilə əlaqədar video çarx nümayiş edilib. YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ilə bağlı videoçarxda Xalq Cümhuriyyəti dövründə həyata keçirilən mühüm tədbirlər barədə məlumatların nəzərə çatdırıldığını…

Daha çox

Altı dispanser Milli İdman Tibb və Reabilitasiya İnstitutunun tabeliyinə verilib

Azərbaycanda altı dispanser Milli İdman Tibb və Reabilitasiya İnstitutunun tabeliyinə verilib. SİA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, Gənclər və İdman Nazirliyinin Bakı şəhəri Tibb bədən tərbiyəsi dispanseri, Sumqayıt şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Gəncə şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Lənkəran şəhər Tibbi-bədən tərbiyəsi dispanseri, Şirvan şəhər Tibbi-bədən tərbiyəsi dispanseri və Şəki şəhər Tibbi-bədən tərbiyəsi dispanseri bundan sonra “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” publik hüquqi şəxsin tabeliyində fəaliyyət göstərəcək.

Daha çox

“İnsident həmişə piyada məsuliyyətsizliyi və sürücü diqqətsizliyindən baş verir”

“Piyadaların iştirakı ilə baş verən qəzalarda həmişə sürücü günahkar deyil”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti Yasin Mustafayev deyib. O bildirib ki, piyadalar üçün nəzərdə tutulmuş yerdən keçməyəndə sürücü də həmin piyadaya diqqət etmədikdə qəza baş verir: “Ümumiyyətlə, piyadalarla sürücülərin insidenti həmişə piyada məsuliyyətsizliyindən və sürücü diqqətsizliyindən baş verir. Əsasən bu iki halda yaranır. Piyada müəyyən olunmuş yerdən keçmir, müəyyən olunmuş yerdən keçərkən də düzgün keçmir. Ya da çox yavaş və qaçaraq keçir. Bunlar hamısı insident yaradan məsələlərdir. Amma əgər göz görəcək məsafədə piyada keçidi yoxdursa, o yolu piyada diqqətlə…

Daha çox