Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 15% artıb


Bu il mayın 1-nə Azərbaycan iqtisadiyyatına kredit qoyuluşu 29 milyard 898,8 milyon manat təşkil edib. SİA Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,7 % çox, ilin əvvəli ilə müqayisədə 2,1 % çox, ötən ilin eyni dövrünə nisbətən 15,1 % çoxdur.

Kredit qoyuluşunun 20 milyard 775,3 milyon manatı və yaxud 69,5 %-i özəl bankların payına düşüb. Bu, bir il əvvələ nisbətən 12,6 % çoxdur.

Hesabat tarixinə dövlət banklarının kredit qoyuluşu 7 milyard 321,2 milyon manat təşkil edib. Bu, illik müqayisədə 18,1 % çoxdur. İl ərzində dövlət banklarının ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 23,9 %-dən 24,5 %-ə yüksəlib.

Mayın 1-nə bank olmayan kredit təşkilatlarının (BOKT) kredit qoyuluşu isə 1 milyard 802,3 milyon manat olub. Bu, illik müqayisədə 34,5 % çoxdur. İl ərzində BOKT-ların ümumi kredit qoyuluşundakı xüsusi çəkisi 5,2 %-dən 6 %-ə çatıb.

Azərbaycanda 22 bank fəaliyyət göstərir, onlardan 2-si dövlət payına malikdir. BOKT-ların sayı isə 56-dır.

Əlaqəli Xəbərlər