Qazaxıstan Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik mesajı paylaşıb. SİA xəbər verir ki, Qazaxıstan XİN-in təbrik mesajında deyilir: “Bakıdakı həmkarlarımızı ürəkdən təbrik edir və Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına səmimi arzularımızı çatdırırıq. Azərbaycana yeni uğurlar, tərəqqi və əmin-amanlıq arzulayırıq”.