Azərbaycan səfirliyinin təşəbbüsü ilə Qətərin paytaxtı Dohada yerləşən üç bina 28 May – Müstəqillik Günü münasibətilə Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb. SİA xəbər verir ki, “Sheraton Grand Doha” və “Century Marina” hotelləri, eləcə də “Hospital Doha” binaları üçrəngli bayrağımızın rənglərinə boyanıb.