“Britaniya Rusiya ilə silahlı qarşıdurmaya hazırdır…”





Con Xili deyir ki, Böyük Britaniya Rusiya ilə mümkün münaqişə üçün ordunu gücləndirir



…Böyük Britaniyanın müdafiə naziri Con Xili bildirib ki, ölkə Rusiya ilə mümkün silahlı münaqişəyə fəal şəkildə hazırlaşır.

SİA xəbər verir ki, Daily Express-in məlumatına görə, britaniyalı nazir vurğulayıb ki, London müdafiə qabiliyyətini artırmaq strategiyasının bir hissəsi kimi silahlı qüvvələrini və sənaye sektorunu gücləndirir.

Müdafiə naziri vurğulayıb ki, hərbi potensialın gücləndirilməsi mümkün hərbi əməliyyatlara hazırlığın tərkib hissəsidir.

…Bu, Moskvaya bir mesajdır. Britaniya hərbi və sənaye bazasını gücləndirir. Bu, lazım gələrsə, döyüşməyə hazır olduğumuzun bir hissəsidir.

Bunu Xili deyib.

…Daha əvvəl ingilis nazir bildirmişdi ki, Böyük Britaniya 2034-cü ilə qədər müdafiə xərclərini ÜDM-in üç faizinə çatdırmağı planlaşdırır.

…Baltik dənizində Rusiya ilə NATO arasında hərbi manevrlərin zamanla üst-üstə düşəcəyi də əvvəllər bildirilirdi. Bundan əlavə, alman mətbuatı sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə Ukrayna rəhbərliyinin dağılacağını proqnozlaşdırır..?

Əli Babayev

Əlaqəli Xəbərlər