Fransada dəmiryolçular tətilə çağırış ediblər


Fransanın Dəmir Yolları Milli Şirkətinin (SNCF) Həmkarlar İttifaqları bütün qatar sürücülərini tətilə çağırıb. İyunun 4 və 5-də qatarların hərəkətində fasilələr olacağı bildirilir. Ölkədə peşələrarası tətil planlaşdırılıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, “SNCF Voyageurs”, TGV, “Intercités”, RER B, RER D qatarları, eləcə də “Transilien” qatarlarının hərəkətində fasilələr olacaq.

Dəmiryol işçiləri pensiya islahatına etirazlarını bildirirlər.

Həmçinin “CGT-Cheminots” Həmkarlar İttifaqı iyunun 11-də tətil planlaşdırıb. Növbəti tətildə bütün qatar sürücüləri səfərbər olacaqlar. Həmkarlar İttifaqı bütün sektorlardan olan peşəkarları güc balansını artırmağa çağırıb. Tətilçilər pensiyanın və maaşların dərhal artırılmasını, həmçinin 2023-cü il pensiya islahatının ləğvini və qanuni pensiya yaşının 60-a qaytarılmasını tələb edirlər.

Əlaqəli Xəbərlər