Köhnə dönəm üçün bu qanun layihəsinin həyata keçirilməsi asan olmayacaq


İctimai mühitdə kifayət qədər aktiv olan müzakirələr aparılır. Bu məsələnin belə bir şəraitdə və qurum rəsmilərinin burada iştirakı ilə aparılması, problemləri nəzərdə saxlamağa kömək edəcək. SİA xəbər verir ki, bunu milli məclisin deputatı Vüqar Rəhimzadə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin ictimai dinləməsi zamanı deyib.

Onun sözlərinə görə, bu qanun barəsində “Azəristilik” təchizatın qarşısında böyük işlər durur. Bunu da qeyd etmək yerinə düşər ki, bizim istilik təchizatı köhnə şəraitdədir və sovet dövründən qalıb.

Köhnə dönəm üçün bu qanun layihəsinin həyata keçirilməsi asan olmayacaq. Yeni tikililərdə isə vahid qanun çərçivəsində reallaşdırmaq asan olacaq. Həmçinin bu qanunun yalnız mərkəzi Bakı şəhərini deyil, regionlarda da sistemli şəkildə həyata keçirilməsinə çalışmalıyıq. İnsanların rifahını nəzərə almaq və insan amilini qiymətləndirmək bizim başlıca vəzifəmizdir.

Əlaqəli Xəbərlər