Vikipediya redaktorları süni intellektə qarşı üsyan edir…


…“Wikimedia Foundation” (Vikipediya ensiklopediyasını saxlayan və inkişaf etdirən qeyri-kommersiya təşkilatı…) yalnız iki gün sonra – iyunun 4-də – Vikipediya məqalələrinin qısa xülasəsini yaratmaq üçün süni intellektdən istifadə etməyə başlayandan sonra eksperimentin dayandırıldığını elan edib.

SİA-nın əldə etdiyi xəbərə görə, bu barədə 404 Media nəşri məlumat yayıb.

Təcrübə iyunun 2-də başlayıb və Vikipediyadakı mürəkkəb məqalələri bütün bacarıq səviyyələrindən olan oxucular üçün daha əlçatan etmək məqsədi daşıyırdı.

Bunu Wikimedia Fondunun sözçüsü bildirib.

Bunun üçün Cohere şirkətinin Aya modelindən istifadə edilib. Məqsəd belə bir xüsusiyyətə marağı ölçmək və insanların məzmun qərarlarının qəbulu prosesində əsas rol oynamasını təmin edəcək moderasiya sistemlərini inkişaf etdirmək idi. Lakin məqalə redaktorlarının şikayətlərinə görə dayandırılmalı olub.

…Biz tez-tez könüllülərdən müxtəlif rəylər alırıq və bunu qərarlarımızda nəzərə alırıq, bəzən kursumuzu dəyişirik.

Bunu da Wikimedia Fondunun sözçüsü deyib.

…Biz bu cür düşünülmüş rəyi alqışlayırıq – bu, Vikipediyanı bəşəriyyətin kollektiv bilikləri üçün platformaya çevirməyə davam edir.

O, həmçinin etiraf edib ki, təşkilatçılar bir neçə ay əvvəl VPT (Village Pump Technical – Wikipedia texniki forumu, – Gazeta.Ru) icması ilə “bu ideyanı daha yaxşı təqdim etməli və müzakirəyə başlamalı idilər”.

Wikimedia Fondunun sözçüsü həmçinin qeyd etdi ki, insanların internetdən istifadə tərzi dəyişdikcə, onlar gələcək nəsilləri maarifləndirmək üçün yeni yanaşmalar axtarırlar və “oxucular və cəmiyyət üçün uyğun olan təhlükəsiz yollarla” sınaqdan keçirməyə çalışırlar.

Əli Babayev

Əlaqəli Xəbərlər