İdmançı yarış zamanı buzlaqdan yıxılaraq ölüb

Rusiyalı idmançı Mixail Morozenko dağlıq ərazi olan Dombayda keçirilən “Trail Running Energy” yarışı zamanı buzlaqdan yıxılaraq ölüb. SİA xəbər verir ki, bunu sabiq idmançının həyat yoldaşı təsdiqləyib. 38 yaşlı sprinter 100 km məsafəyə qaçış zamanı buzlağın üzərindən sürüşərək həyatını itirib. Şahidlərin sözlərinə görə, qəza idmançının təxminən 10 km məsafəni qət etməsindən sonra baş verib. Təşkilatçılar yarış hava şəraitinin kəskinləşməsi səbəbindən dayandırıldığını açıqlayıb.

Daha çox

Sabah ölkə ərazisində yağış yağacaq, şimşək çaxacaq

Azərbaycanın rayonlarında iyunun 17-də yağış yağacağı, şimşək çaxacağı gözlənilir. SİA xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 16-dan 17-nə keçən gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 70-80%, gündüz 50-55% olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı…

Daha çox

Rusiya İsrail – İran münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır

Moskva Yaxın Şərqdəki böhranın kökündə duran səbəblərin aradan qaldırılmasının tərəfdarıdır, Rusiya İsrail və İran arasındakı münaqişənin həlli üçün hər şeyi etməyə hazırdır. SİA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, Kreml İsrailin həyata keçirdiyi bombardmanlar fonunda İranda cəmiyyətin əhəmiyyətli konsolidasiyasını qeyd edir: “Biz regionda belə təhlükəli gərginliyin artmasına səbəb olan addımları pisləyirik”.

Daha çox

Marneulidə bir qrup kənd sakini etiraz aksiyası keçirir

Gürcüstanın Marneuli bələdiyyəsinin Araflı kəndindən olan bir qrup sakin bu gün meriya binasının qarşısında etiraz aksiyası keçirir. SİA xəbər verir ki, aksiya iştirakçıları kənddə geniş vüsət alan narkotik maddə alverinə etirazlarını bildirirlər. Sakinlərin sözlərinə görə, son dövrlər kənddə narkotik vasitələrin yayılması artıb və bu, xüsusilə, gənclər arasında asılılıq hallarının çoxalmasına səbəb olub. Etirazçılar bildiriblər ki, vəziyyət artıq dözülməz hal alıb və aidiyyəti qurumlar məsələyə yetərincə diqqət yetirmirlər. “Gənclərimiz bu bəlanın qurbanına çevrilir. Valideyn olaraq biz övladlarımızın gələcəyindən narahatıq. Polis görmürmü, nə baş verir kənddə?”, – deyə aksiya iştirakçılarından biri jurnalistlərə…

Daha çox

Azərbaycan və Özbəkistan XİN başçıları bölgədə təhlükəsizlik məsələsini müzakirə ediblər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Özbəkistanın xarici işlər naziri Baxtiyor Saidov arasında telefon danışığı olub. Bu barədə SİA-ya Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı İsrail-İran qarşıdurması nəticəsində bölgədə yaranmış təhlükəli vəziyyət, Azərbaycanla Özbəkistan arasında müttəfiqlik münasibətlərdən irəli gələn məsələlər, o cümlədən iyunun 21-22-də İstanbulda keçirilməsi planlaşdırılan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasına hazırlıq işləri müzakirə olunub.

Daha çox

Bakıda qəza törədərək hərəkət edən avtomobilin sürücüsü məsuliyyətə cəlb edilib

Bakının Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində qəza törədərək əks istiqamətdə hərəkətdə olan avtomobilin sürücüsü saxlanılıb. SİA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib. Bildirilib ki, əvvəlcə yolda olan avtomobili vurdu, sonra isə piyada svetoforunu yararsız vəziyyətə saldı. Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində baş verən yol-nəqliyyat hadisəsi zamanı piyada svetoforu sıradan çıxıb, digər nəqliyyat vasitəsinə zərər dəyib. Daha sonra minik avtomobilinin sürücüsü hadisə yerindən yayınmaqla əks istiqamətdə olan yolla hərəkət etməyə çalışıb. Yol polisi əməkdaşları tərəfindən saxlanılan sürücü məsuliyyətə cəlb edilib.

Daha çox

ABŞ Cənubi Çin dənizindəki təyyarədaşıyanı Yaxın Şərq sularına göndərib

ABŞ artıq dördüncü gündür davam edən İsrail-İran münaqişəsi ilə əlaqədar Cənubi Çin dənizindəki nəhəng təyyarədaşıyan gəmisini Yaxın Şərq sularına göndərib. SİA xəbər verir ki, “Reuters” agentliyinə istinadla xəbər verir ki, “Marine Traffic” gəmi naviqasiyası veb-saytının məlumatına görə, ABŞ-ın təyyarədaşıyan “USS Nimitz” gəmisi mərkəzi Vyetnamda planlaşdırılan liman çağırışı üçün qəbul ləğv edildikdən sonra bazar ertəsi səhər saatlarında Cənubi Çin dənizindən qərbə doğru yola düşüb. Daşıyıcı bu həftənin sonunda Danang şəhərinə səfər etməyi planlaşdırmışdı, lakin biri diplomat da daxil olmaqla iki mənbə iyunun 20-nə planlaşdırılan rəsmi qəbulun ləğv edildiyini bildirib. Mənbələrdən biri…

Daha çox

Bərdədə yol-nəqliyyat hadisəsi baş verib, 4 nəfər xəsarət alıb

Bərdə-Tərtər yolunda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hərəkətdə olan “KİA” markalı avtomobil “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə zərbənin təsirindən hər iki avtomobil yoldan çıxaraq yol kənarındakı ağacları və elektrik xəttini qıraraq ağır qəza baş verib. Nəticədə “Mercedes” də olan 4 nəfər müxtəlif dərəcəli xəsarət alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

Daha çox

Bakıda Azərbaycan-İran biznes forumunun keçirilməsi təxirə salınıb

Bakıda iyunun 18-də keçirilməsi planlaşdırılan Azərbaycan-İran biznes forumu qeyri-müəyyən müddətə təxirə salınıb. Bu barədə SİA-ya Beynəlxalq İstehsalçılar, İxracatçılar və İdxalçılar Klubundan (ICMEI) məlumat verilib. Forumda İranın təxminən 50-i şirkətinin iştirakı planlaşdırılırdı. Görüş çərçivəsində iki ölkənin sahibkarları arasında əməkdaşlıq perspektivlərinin müzakirəsi və yeni işgüzar əlaqələrin qurulmasına yönəlmiş B2B danışıqları planlaşdırılmışdı. Bu forum 2025-ci ildə Azərbaycan və İran arasında bu növ artıq ikinci tədbir olmalı idi. ICMEI-nin məlumatına görə, hazırda Azərbaycanda təxminən 2 980 İran şirkəti qeydiyyatdadır. İranın ölkə iqtisadiyyatına investisiyalarının məbləği 5 milyard ABŞ dollarını keçib. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,…

Daha çox