Bakıda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir

İyunun 18-də Bakıda “Qanunun aliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqları institutlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Simpoziumu keçirilir. SİA xəbər verir ki, Simpoziumda əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciəti səsləndirilib. Müraciəti Azərbaycanın ədliyyə naziri Fərid Əhmədov oxuyub. Simpoziumda “Ombudsmanlar və milli insan hüquqları institutları vasitəsilə konstitusion hüquqların təmin edilməsi”, “Hər kəs üçün bərabər hüquqların təmin edilməsi: müsbət təcrübələr və çətinliklər” və “Qaçqınların hüquqlarının müdafiəsi sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və müsbət təcrübələr” mövzusunda yerli və xarici ekspertlərin, ombudsman və milli insan hüquqları təsisatlarının rəhbər şəxslərinin iştirakı ilə panel müzakirələr…

Daha çox

ABŞ-da işsizlik müraciətləri gözləntilərdən aşağıdır

ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyunun 14-də bitən həftədə bazar gözləntilərindən bir qədər aşağı olmaqla 245 min nəfərə düşüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-da ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı iyunun 14-də bitən həftədə bazar gözləntilərindən bir qədər aşağı olmaqla 245 min nəfərə düşüb. ABŞ Əmək Departamenti işsizlik müavinəti müraciətləri ilə bağlı həftəlik məlumatları açıqlayıb. Buna görə ölkədə ilk dəfə işsizlik müavinəti üçün müraciət edənlərin sayı 14 İyun ilə bitən həftədə bir əvvəlki həftəyə görə 5 min adam azalaraq 245 minə…

Daha çox

“Kazinoların fəaliyyəti turizm sənayesinə əlavə dinamika qazandıra bilər”

“Dünya praktikasına nəzər yetirdikdə görmək olur ki, Avropa, Amerika, Asiya və digər inkişaf etmiş regionların iri şəhərlərində kazinolar qanuni şəkildə fəaliyyət göstərir. Bu kazinoların fəaliyyət prinsipi və ümumi konsepsiyası ölkələrin daxili qanunvericiliyinə və mədəni-sosial dəyərlərinə uyğun olaraq dəyişə bilir. Lakin ümumi tendensiya ondan ibarətdir ki, kazinolar turizmin inkişafında mühüm rol oynayan vasitələrdən biri hesab olunur. Bu obyektlər həm turistlərin ölkəyə marağını artırır, həm də əhəmiyyətli dərəcədə valyuta vəsaitinin daxil olmasına səbəb olur”. Bu sözləri SİA-ya açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib. Onun sözlərinə görə, bu baxımdan kazinoların fəaliyyəti turizm…

Daha çox

“Prezidentin fərmanı yalnız maddi deyil, həm də mənəvi məna daşıyır”

“Azərbaycan Prezidenti İlham Əliyev imzaladığı fərmanla bir daha ölkədə təqaüdlərin, mükafatların və sosial mühafizə tədbirlərinin artırılması istiqamətində mühüm bir addım atdı. Bu fərman, şübhəsiz ki, cəmiyyətin müxtəlif təbəqələrindən olan minlərlə insanı əhatə edir və onların rifah halının yaxşılaşdırılmasına yönəlmiş əhəmiyyətli bir təşəbbüsdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Jalə Əliyeva deyib. Onun sözlərinə görə, bu addım Prezident İlham Əliyevin sosialyönümlü siyasətinin davamıdır və bu istiqamətdə verilən ilk qərar deyil. Son illər ərzində sosial sahədə aparılan islahatlar və həyata keçirilən ardıcıl tədbirlər ölkəmizdə sosial ədalətin təmin olunmasına, əhalinin yaşayış səviyyəsinin yüksəldilməsinə…

Daha çox

Azərbaycanda 94 dövlət təşkilatı 238 ərzaq məhsulu üzrə tələbatını elan edib

Dövlət satınalmalarının vahid elektron platforması olan tedaruk.az portalında ərzaq məhsullarına dair tələbatların yerləşdirilməsi prosesinə başlanılıb. SİA bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, artıq 94 dövlət təşkilatı 238 ərzaq məhsulu üzrə növbəti il üçün tələbatlarını portala əlavə edib. Tələbatların yerləşdirilməsi prosesi iyunun 30-na qədər davam edəcək. Qeyd olunan müddətdə ərzaq məhsullarına olan tələbatların vaxtında yerləşdirilməsi həm sifarişçi təşkilatlar, həm də satıcıların növbəti il ərzaq tədarükü planlamasına köməklik göstərəcək. Tedaruk.az portalı Azərbaycanda dövlət qurumlarının və müəssisələrinin ərzaq məhsullarına dair tələbatlarını vahid elektron sistem üzərindən bəyan etməsinə, eləcə də…

Daha çox

Bakıda “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfrans keçirilir

İyunun 18-də Bakıda Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimi keçirilir. SİA xəbər verir ki, açılış mərasimində əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra məhkəmə-hüquq islahatlarının tarixi inkişaf yolunu əks etdirən videoçarx nümayiş etdiriləcək.

Daha çox

İyunun 18-i Azərbaycanda İnsan Hüquqları Günüdür

İnsan hüquqlarına hörmət cəmiyyətin demokratikliyini sübut edən əsas atributlardan biridir. Azərbaycan Respublikasının 1995-ci il 12 noyabrda qəbul edilən Konstitusiyası insan hüquqlarının və azadlıqlarının təminatını dövlətin ali məqsədi kimi ön plana çəkib. Azərbaycan Konstitusiyasının təxminən üçdə biri birbaşa insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunub. Müstəqil Azərbaycanda insan hüquq və azadlıqlarının təmini istiqamətində baş verən bütün köklü müsbət dəyişikliklər Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi genişmiqyaslı islahatlar nəticəsində mümkün olub. Bu sahədə bir çox sənədlər qəbul edilib. Həmin siyasəti uğurla davam etdirən Prezident İlham Əliyevin 2007-ci il 18 iyun…

Daha çox

Azərbaycanla Maldiv arasında viza rejimi qismən ləğv edilib

Azərbaycan və Maldiv hökumətləri arasında diplomatik, xidməti və rəsmi pasport sahiblərinin qarşılıqlı viza tələbindən azad edilməsi haqqında Saziş” iyunun 18-dən qüvvəyə minir. SİA-nın məlumatına görə, Saziş 2024-cü il noyabrın 15-də Bakıda COP29 çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və maldivli həmkarı Abdulla Xəlil arasında keçirilmiş görüşdə imzalanıb. Müvafiq Qanun layihəsi Azərbaycan Milli Məclisinin 2024-cü il dekabrın 27-də keçirilən iclasında müzakirə edilərək qəbul olunub, daha sonra isə Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib. Saziş Azərbaycan və Maldivin diplomatik, xidməti və rəsmi pasportlara malik olan vətəndaşlarının hərəkətini asanlaşdırmaq vasitəsilə iki ölkə arasında…

Daha çox

Ataları ilə yaxşı münasibətdə olan dişi babunlar daha uzun yaşayırlar

ABŞ və Keniyadan olan tədqiqatçılar, ataları ilə yaxşı münasibətdə olan dişi babunların yaxşı münasibətləri olmayanlardan 2-4 il daha çox yaşadıqlarını aşkar ediblər. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın İndiana ştatındakı Notr-Dam Universiteti və Keniyadan olan tədqiqatçılar Keniyada 102 erkək babun və 216 dişi babun arasında əlaqəni araşdırıblar. Tədqiqatçılar diqqəti dişi balalar üzərində cəmlədiklərini, çünki kişi balaların yetkinləşdikcə tez-tez sosial qrupları dəyişdirdiklərini və araşdırmanı çətinləşdirdiyini qeyd ediblər. Tədqiqatçılar dişi babunların ataları ilə bir-birlərinə baxma tezliyini və həyatlarının ilk dörd ilində eyni sosial qrupda keçirdikləri vaxtı izləyiblər və dişi babunların…

Daha çox

Sabah Azərbaycanın 3 yaşayış məntəqəsində qaz olmayacaq

Sabah Hacıqabul, Ağsu və Neftçala rayonlarının bəzi yaşayış məntəqələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Bu barədə SİA Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə xəbər istinadən verir. Bildirilib ki, diametri 250 mm PE “Qarasu-Padar” orta təzyiqli yeraltı qaz kəmərində kipliyin sınağı məqsədilə əlaqədar mayın 19-da saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Hacıqabul rayonunun Padar kəndində, eyni zamanda Ağsu rayonunun Padar Qışlaq kəndində (ümumi 483 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır. Bundan başqa, “Payız-Qış” mövsümünə hazırlıqla bağlı tədbirlər planında nəzərdə tutulmuş işlərin icrası olaraq istehlakçıların təbii qaz təchizatının fasiləsiz,…

Daha çox