“SpaceX” şirkəti “Transporter-14” missiyası çərçivəsində “Falcon 9” raket daşıyıcısından istifadə etməklə onlarla kosmik aparatın Yer orbitinə buraxılmasını həyata keçirib. SİA xarici mediaya istinadla xəbər verir ki, kiçik peyklər və müxtəlif elmi cihazlarla yanaşı, raket həm də “The Exploration Company” şirkətinə məxsus xüsusi bir aparatı orbitə çıxarıb. Bu aparatın bənzərsiz yükü var, belə ki, təxminən 150 nəfərə aid DNT nümunələri və ya kremasiya olunmuş insan qalıqları daşıyır. Bu, bir istiqamətli bir missiya deyil, Yer ətrafında bir növ “orbital ekskursiya”dır. Kapsullar bir neçə dəfə Yer ətrafında dövrə vuracaq, daha sonra isə atmosferə…
Daha çoxDay: June 25, 2025
Qızıl kəskin ucuzlaşdı
Nyu-York əmtəə birjasının bölməsi olan ticarət platformasının məlumatına görə, Comex birjasında qızıl fyuçerslərinin qiyməti 1 troya unsiyası üçün 3330 dollardan aşağı düşüb. SİA xəbər verir ki, qızılın qiyməti 1,1% ucuzlaşaraq 1 troy unsiyası üçün 3329,9 dollar təşkil edib.
Daha çoxİrana PUA-lar hücum etdi
İranın şimalındakı Rəşt şəhərətrafına bir neçə pilotsuz təyyarə hücum edib. SİA ISNA agentliyinə istinadən xəbər verir ki, bu barədə Gilan əyalətinin qubernatorunun müavini bildirib. “Təxminən bir saat əvvəl bir neçə pilotsuz təyyarə İranın şimalında yerləşən Rəşt şəhərinin ətrafına hücum edib”, – o qeyd edib. Qubernatorun sözlərinə görə, hücum hava hücumundan müdafiə qüvvələri sayəsində uğurla dəf olunub, bütün pilotsuz təyyarələr məhv edilib. Lakin dronların haradan göndərildiyi açıqlanmır. Digər məlumata görə, hazırda Tehranın cənubunda Hüseynabad bölgəsində hava hücumundan müdafiə sistemləri dronlarla mübarizə aparır.
Daha çoxUkrayna PUA-larla Tatarıstana hücum etdi
Ukrayna PUA-larla Tatarıstana hücum etdi
Daha çox“Orta Dəhlizin formalaşmasında Azərbaycanın əsas rolu” haqqında məqalə dərc olunub
İsveçdə siyasətçilər və xarici səfirliklərin əməkdaşları üçün nəzərdə tutulan “Diplomatic World Sweden” nəşrində Böyük İpək Yolunun müasir davamı olan – sürətlə inkişaf edən Orta Dəhliz haqqında geniş məqalə dərc edilib. SİA xəbər verir ki, burada tranzit ərazidən Avropa ilə Asiyanı birləşdirən bu strateji marşrutun əsas memarlarından birinə çevrilmiş Azərbaycanın roluna xüsusi diqqət yetirilir. Məqalədə vurğulanır ki, əlverişli coğrafi mövqeyi və infrastruktura böyük sərmayə qoyuluşu sayəsində Azərbaycan yeni Avrasiya nəqliyyat məkanının mərkəzi halqasına çevrilib. Orta Dəhliz və ya Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu bu gün Rusiyadan və ya Süveyş kanalından keçən ənənəvi…
Daha çoxMeşə yanğınları Türkiyənin yeddi vilayətini cənginə aldı
Türkiyənin yeddi vilayətində – Sakarya, Muğla, Çanakkala, Uşak, Hatay, Bursa və İzmirdə meşələr yanır. SİA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb. Yanğınların söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Onlardan bir neçəsi lokallaşdırılıb. Hadisələrə havaların isti olması səbəb göstərilir.
Daha çoxUkraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər
“Ukraynanın müdafiə sənayesi il ərzində 8 milyon PUA istehsal edə bilər, lakin bunun üçün maliyyə vəsaiti çatmır”. SİA “RBK-Ukrayna”ya istinadla xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Haaqada keçirilən Müdafiə Sənayesi Forumunda söyləyib. “Bizim müdafiə istehsalı potensialımız 35 milyard dolları keçir. Bu artilleriyadan tutmuş qabaqcıl PUA-lar, müasir döyüş üsullarına və raket texnologiyalarına qədər təxminən 1000 müxtəlif hərbi vasitəni əhatə edir”, – deyə dövlət başçısı qeyd edib. Zelenskinin sözlərinə görə, bütün bu potensialın təxminən 40%-i lazımi maliyyə ilə təmin olunmur: “Bu isə ciddi problemdir. Məsələn, biz ildə təxminən 8 milyon…
Daha çoxTramp Ərdoğanla görüşdü
Tramp Ərdoğanla görüşdü
Daha çoxİsrail İrana məxsus PUA-ları ələ keçirdi
İsrail hərbçiləri axşam saatlarında ölkə ərazisinə yaxınlaşan iki PUA-nın qarşısını alıblar. SİA xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb. PUA-ların İrana məxsus olduğu ehtimal edilir. Bildirilib ki, müdaxilə İsrail hava məkanından kənarda həyata keçirilib.
Daha çoxİtaliya İsraillə İran arasında atəşkəsi alqışlayır
İtaliya İsrail ilə İran arasında atəşkəs razılaşmasının əldə olunmasını alqışlayır. SIA xəbər verir ki, bunu İtaliyanın Baş naziri Ciorcia Meloni deyib. Ciorcia Meloni İsrail və İran arasındakı atəşkəsdən arxayın olduğunu bildirib: “Yaxın Şərqdə vəziyyət hələ də mürəkkəbdir. Hadisələrin necə inkişaf edəcəyini yaxın vaxtlarda görəcəyik. Bu səhər olan ssenari bizim ümid etdiyimiz istiqamətdə gedirdi. Gərginliyə baxmayaraq, İsrail və İran arasında atəşkəslə irəliləyə biləcəyimizə əminik”.
Daha çox