Misirdə ağır yol qəzasında 19 nəfər ölüb

Misirin Mənufiyyə vilayətinin Aşmun rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər həlak olub, 3 nəfər yaralanıb. SİA xəbər verir ki, qəza zamanı xəsarət alan şəxslər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. İctimai Həmrəylik Nazirliyinin vilayət üzrə nümayəndəsi Məhəmməd Cümənin sözlərinə görə, hadisə Aşmun rayonunda magistral yolda qeydə alınıb. Belə ki, ağır yük maşını işçiləri daşıyan mikroavtobusla toqquşub.

Daha çox

İstanbulda Qlobal Nəqliyyat Dəhlizləri Forumu keçirilir

Bu gündən İstanbulda Qlobal Nəqliyyat Dəhlizləri Forumu işə başlayıb. Tədbirdə dünyanın təxminən 70 ölkəsindən nümayəndə iştirak edir. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutan açılış mərasimində çıxış edən nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu ölkəsinin dəniz yollarındakı nəqliyyat dəhlizlərində yaranan qeyri-müəyyənliklərə qarşı strateji alternativ təqdim etdiyini vurğulayıb. O, İran və İsrail arasında baş verən son hadisələrin qlobal logistika marşrutlarının şaxələndirilməsinin əhəmiyyətini bir daha gündəmə gətirdiyini ifadə edib. Türkiyənin Şərq-Qərb ticarətindəki logistika mərkəzi rolunu dəyərləndirən nazir, mövcud layihələrin təqdim etdiyi alternativlərdən danışaraq…

Daha çox