“Rusiyanın SSRİ-nin arxasınca göndərilməsinin vaxtı çatıb”

“Çox təəssüf ki, Rusiya getdikcə daha təhlükəli bir dövlətə çevrilir. Artıq bu ölkədə, hətta öz vətəndaşlarının belə normal və təhlükəsiz yaşaması üçün lazımi şərait yoxdur. Başqa sözlə, Rusiya vətəndaşı olan heç bir insanın həyatı tam güvən altında deyil. İnsanlar öz evlərinin içində belə rahat yaşaya bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, xüsusilə də, rus olmayan millətlərin nümayəndələri — məsələn, azərbaycanlılar, özbəklər, qırğızlar, qazaxlar, türkmənlər, taciklər və digərləri daim bir narahatlıq, təhlükə hissi ilə yaşayırlar: “Onların cibində Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsi olsa da, on…

Daha çox

Polşa Prezidenti elan olunmamış səfərlə Kiyevə gedib

Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb. “Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var”, – məlumatda bildirib. Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi.

Daha çox

Sabah hava yağmursuz keçəcək

Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər…

Daha çox

Azərbaycan düyü idxalını 17 %-ə yaxın azaldıb

Bu ilin yanvar-may aylarında Azərbaycana 27 min 210 ton düyü idxal edilib. SİA Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə düyünün dəyəri 25 milyon 811 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 5 376 ton (16,5 %), dəyər baxımından isə 8 milyon 66 min ABŞ dolları (23,8 %) azdır. Hesabat dövründə düyü idxalına çəkilə xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,3 %-ini təşkil edib.

Daha çox

40 kiloqrama yaxın narkotik vasitə götürülüb

İyunun 27-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 7 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində ötən gün ümumi çəkisi 39,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 17,6 tona yaxın çəkidə 43568 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib. Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir. Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də DİN-in əməkdaşları tərəfindən…

Daha çox

Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,5 ABŞ dolları, yaxud 0,68 % azalaraq 72,85 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin avqust fyuçerslərinin qiyməti 69,17 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,48 ABŞ dolları və ya 0,67 % azalaraq 71,53 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…

Daha çox

“8 Noyabr” Elektrik Stansiyası enerji gücümüzün, Zəfər ruhumuzun və geosiyasi rolumuzun simvoludur

Azərbaycanın enerji siyasəti və iqtisadi inkişaf strategiyası son illərdə mühüm mərhələlərdən keçir. Prezident İlham Əliyevin cari ilin 24 iyun tarixində Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimindəki çıxışı bu baxımdan həm simvolik, həm də strateji əhəmiyyət daşıyır. “8 Noyabr” adı ilə Zəfər Gününü əbədiləşdirən bu layihə həm ölkəmizin enerji infrastrukturunun gücləndirilməsinə, həm də milli qürurun və dövlətçilik iradəsinin iqtisadi platformada təcəssümünə xidmət edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyasının açılışı ölkəmizin müasir enerji strategiyası baxımından mühüm dönüş nöqtəsidir. Stansiyanın yaradılması və qısa…

Daha çox

Odessanın atəşə tutulması nəticəsində 2 nəfər ölüb, təxminən 10 nəfər yaralanıb

Ukraynanın Odessa şəhərinin Rusiya tərəfindən gecə saatlarında atəşə tutulması nəticəsində 2 nəfər həlak olub, daha 9 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “RBK-Ukraina” Ukrayna polisinin məlumatına istinadən məlumat yayıb. Həmçinin qeyd olunub ki, yaralananlar arasında uşaqlar da var. “Yaşayış evləri, digər mülki infrastruktur və avtomobillər zərər görüb. Bütün yanğınlar söndürülüb. Hazırda doqquz nəfərin yaralandığı məlumdur, onların arasında 3 və 7 yaşlı iki uşaq var”, – məlumatda qeyd edilib.

Daha çox