Sabah Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin saxladığı azərbaycanlıların məhkəməsi keçiriləcək. SİA xəbər verir ki, proses yerli vaxtla saat 11:00-a təyin olunub. Bildirilib ki, FTX-nin Səfərovlar ailəsinin yaşadıqları müxtəlif ünvanlara keçirdiyi əməliyyat nəticəsində 13 nəfər saxlanılıb, onlardan ikisi 2001-ci ildə 4-5 yaşda olması əsas gətirilərək sərbəst buraxılıb. Qeyd olunub ki, saxlanılan 9 nəfərdən Kamal Səfərovun vəziyyəti ağırdır və hazırda xəstəxanadadır. Xatırladaq ki, Səfərovlar ailəsinə qarşı əməliyyat keçirilməsinə səbəb 2001-ci ildə törədilmiş cinayət işidir. Rusiya Regional İstintaq Komitəsi və Daxili İşlər Nazirliyi Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyat barədə birgə məlumat yayıb.…
Daha çoxDay: June 28, 2025
Pakistanda partlayış nəticəsində azı 13 nəfər həlak olub
Pakistanın şimal-qərbində yerləşən Hayber-Paxtunxva əyalətində terrorçu-kamikadze tərəfindən törədilən partlayış nəticəsində azı 13 nəfər həlak olub, 29 nəfər yaralanıb. SİA xəbər verir ki, bu barədə “Аgence France-Presse” məlumat yayıb. “Terrorçu-kamikadze partlayıcı maddələrlə dolu avtomobillə əsgərlərin kolonasına girib”, – administrasiya nümayəndəsi agentliyə bildirib.
Daha çoxİranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını rədd edirik
İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını qətiyyətlə rədd edirik. SİA xəbər verir ki, bu sözləri Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə İranın Ermənistandakı səfirinin Qərbi Azərbaycan İcması ilə bağlı iddialarını şərh edərkən deyib. O bildirib ki, səfir tərəfindən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qərbi Azərbaycan İcması ilə bağlı İstanbulda qəbul olunmuş qərarların manipulyativ təfsiri, sistematik şəkildə zorakılıq, hədə-qorxu və kobud pozuntularla indiki Ermənistan ərazisindən qovulmuş İcmaya qarşı ədalətin və insan haqlarının qorunması istiqamətində qərarların açıq niyyətini təhrif etdiyi üçün…
Daha çoxAlmaniyada silahların alınmasının sürətləndirilməsi üçün yeni qanun layihəsi hazırlanıb
Almaniya hökuməti silah tədarükünü sürətləndirmək üçün hüquqi prosedurları sadələşdirmək istəyir. SİA “Spiegel” qəzetinə istinadla xəbər verir ki, bununla əlaqədar İqtisadiyyat və Müdafiə nazirlikləri tərəfindən yeni qanun layihəsi hazırlanıb. Əvvəlki hökumət 2022-ci ildə bu sahədə sürətləndirməni nəzərdə tutan qanun qəbul edib. Yeni layihə həmin qanunun müddəalarını davam etdirərək bir sıra məqamları daha da genişləndirir. Yeni qanun layihəsinə əsasən, Avropanın və NATO-nun hərbi hazırlığına töhfə verən hər bir satınalma Almaniyanın mühüm milli təhlükəsizlik marağı kimi tanınacaq və bununla da Avropa İttifaqının satınalma hüququndan istisna edilə biləcək. Həmçinin startaplar və innovativ şirkətlər üçün…
Daha çoxİran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi həyata keçirilib
Bir qrup İran əsilli xarici vətəndaş növbəti humanitar əməliyyat çərçivəsində Azərbaycan ərazisinə təxliyə olunub. SİA xəbər verir ki, təxliyə prosesi “Astara” dövlət sərhədindən buraxılış məntəqəsində beynəlxalq humanitar normalara uyğun şəkildə təşkil edilib. Vətəndaşlar sənədləşmə, sərhəd və tibbi yoxlamalardan keçdikdən sonra Azərbaycan ərazisinə təhlükəsiz şəkildə daxil olublar. Təxliyə iştirakçıları onlara göstərilən diqqət, qayğı və qonaqpərvərlik üçün Azərbaycan dövlətinə və xalqına təşəkkürlərini bildiriblər. Həmin şəxslər üçün ayrılmış nəqliyyat vasitələri ilə Bakı istiqamətində hərəkət təmin olunub. Hazırda digər ölkə vətəndaşlarının da təxliyəsi davam etdirilir. Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət…
Daha çoxAzərbaycanda daha 82 nəqliyyat vasitəsi hərraclara çıxarılacaq
İyulun 8-də və 15-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlətin mülkiyyətində olan avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək. SİA bu barədə quruma istinadən xəbər verir. Məlumata görə, hərraclara 82 nəqliyyat vasitəsi çıxarılacaq. O cümlədən, iyulun 8-də keçiriləcək hərraca 27 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 2000-2014-cü illəri əhatə edir, start qiyməti 2 – 14,5 min manat arasında dəyişir. İyulun 15-də keçiriləcək hərraca isə 6 lot üzrə 55 nəqliyyat vasitəsi çıxarılacaq. Avtomobillərin buraxılış tarixləri 1997-2013-cü illəri əhatə edir, start qiyməti 1,5 – 294,15 min manat arasında dəyişir. Hərraca çıxarılan…
Daha çoxİran XİN başçısı: Tramp Xaməneiyə hörmətlə yanaşmalıdır
ABŞ Prezidenti Donald Tramp səmimi şəkildə sövdələşmə bağlamaq istəyirsə, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneiyə qarşı hörmətsizlikdən, qəbuledilməz tondan imtina etməlidir. SİA “Mehr” agentliyinə istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi bildirib. Nazir qeyd edib ki, iranlılar mürəkkəbliyi, inadkarlığı, saysız-hesabsız səy və səbr saatları ilə toxunmuş möhtəşəm xalçaları ilə tanınır: “Ancaq bir xalq olaraq, bizim əsas fərziyyəmiz çox sadə və aydındır: öz dəyərimizi, birliyimizi, müstəqilliyimizi qiymətləndirir və heç vaxt başqalarına taleyimizi həll etməyə imkan vermirik”.
Daha çox“Rusiyanın SSRİ-nin arxasınca göndərilməsinin vaxtı çatıb”
“Çox təəssüf ki, Rusiya getdikcə daha təhlükəli bir dövlətə çevrilir. Artıq bu ölkədə, hətta öz vətəndaşlarının belə normal və təhlükəsiz yaşaması üçün lazımi şərait yoxdur. Başqa sözlə, Rusiya vətəndaşı olan heç bir insanın həyatı tam güvən altında deyil. İnsanlar öz evlərinin içində belə rahat yaşaya bilmirlər”. Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib. O bildirib ki, xüsusilə də, rus olmayan millətlərin nümayəndələri — məsələn, azərbaycanlılar, özbəklər, qırğızlar, qazaxlar, türkmənlər, taciklər və digərləri daim bir narahatlıq, təhlükə hissi ilə yaşayırlar: “Onların cibində Rusiya Federasiyasının şəxsiyyət vəsiqəsi olsa da, on…
Daha çoxPolşa Prezidenti elan olunmamış səfərlə Kiyevə gedib
Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib. SİA xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb. “Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var”, – məlumatda bildirib. Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirmişdi.
Daha çoxSabah hava yağmursuz keçəcək
Bakıda və Abşeron yarımadasında iyunun 29-da hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, gecə və səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-şərq küləyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-23° isti, gündüz 28-33° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər…
Daha çox