Türkiyədə meşə yanğınları ilə mübarizə fasiləsiz davam edir. Son vəziyyətlə bağlı açıqlama verən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, iyunun 29-da ölkə üzrə 77 yanğın hadisəsi qeydə alınıb. Onlardan 53-ü meşəlik ərazilərdən kənarda baş verib. Doqquz bölgədə alovlar şiddətlənib, 3 yerdə yanğın davam edir. SİA xəbər verir ki, nazir Manisanın Akhisar, İzmirin isə Kuyucak və Doğanbey rayonlarında yanğınların davam etdiyini, hər üçünün ciddi xarakter daşıdığını bildirib. “Doğanbey və Kuyucak bölgələrində gecə boyunca küləyin sürətinin saatda 40-50 kilometrə çatacağı proqnozlaşdırılır. Bu səbəbdən, əməkdaşlar yüksək hazırlıq vəziyyətindədir. Sözügedən…
Daha çoxDay: June 30, 2025
İspaniyada havanın temperaturu +46ºC-ə yüksəldi
İspaniyada keçən həftə sonu temperatur rekord həddə – +46ºC-ə yüksəlib. SİA xəbər verir ki, bu barədə “El Tiempo” məlumat yayıb. Bildirilib ki, Əndəlüsün Huelva əyalətində yerləşən El Qranadoda şənbə günü, iyunun 28-də termometr +46°C göstərib. “Bu, rekordlar başlayandan bəri iyun ayında İspaniyada qeydə alınan ən yüksək temperaturdur”, – agentlik bildirib. Montoro və Fuentes de Əndəlüs bələdiyyələri +44°C və +43.9°C temperaturla El Qranadodan bir qədər geridə qalıblar. İsti dalğasının pik nöqtəsi daha da böyük istilərin olacağı bazar və bazar ertəsi arasında gözlənilir.
Daha çoxRuslar BƏƏ-nin ilk beş alıcısı sırasındadır və…
…Dubaydakı əməliyyatların 9 faizini təşkil edirlər Rusiyadan olan investorlar Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) daşınmaz əmlak bazarında aktivliklərini artırır, elit əmlaklara üstünlük verirlər. SİA xəbər verir ki, bu barədə abn.agency məlumat yayıb. 2025-ci ilin birinci yarısının məlumatlarına görə, Dubayda ümumi əməliyyat həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 20 faiz artaraq 65 milyard dollara çatıb. Paytaxt Abu Dabidə birinci rübdə ikinci dərəcəli əməliyyatlarda 53 faiz artım qeydə alınıb. Xaricdə daşınmaz əmlak üzrə ixtisaslaşan agentliyin baş direktoru Sofiya Litvinenkonun sözlərinə görə, Rusiya vətəndaşları Dubayda əməliyyatların 9 faizini,…
Daha çox“Rusiya digər xalqlara qarşı köhnəlmiş imperiya düşüncəsi ilə davranır”
SİA-nın əldə etdiyi məlumata görə, Rumıniyalı tanınmış siyasi şərhçi və beynəlxalq münasibətlər üzrə ekspert xanım Teodora Marin AZƏRTAC-ın Rumıniyadakı müxbirinə bildirib ki, Rusiyanın digər xalqlara, xüsusilə də keçmiş sovet məkanında yaşayan millətlərə qarşı davranışları köhnəlmiş imperiya düşüncəsinə əsaslanır. T.Marin qeyd edib ki, beynəlxalq hüququ və insan haqlarını açıq şəkildə pozaraq digər xalqlara qarşı öz hegemon niyyətlərini diktə etməyə çalışan Rusiya XXI əsrin reallıqlarını görməzlikdən gəlir: “Rusiya bu gün də ötən əsrin Leninqrad doktrinası ilə hərəkət edir. Onların davranışı hüquqa yox, zor tətbiqinə, qarşı tərəfi susdurmağa və etnik qruplara qarşı təzyiqə…
Daha çoxRusiyalı yeniyetmələr ayda orta hesabla 30 min rubldan çox qazanırlar…
…HeadHunter xidmətinin araşdırmasına görə, 14-18 yaşlı rusların orta əmək haqqı ayda 31,4 min rubl təşkil edib. …İlin əvvəlindən yeniyetmələr 682 mindən çox CV yerləşdiriblər, işəgötürənlər isə 3 milyona yaxın dəvət göndəriblər. Bu, gənclər arasında part-time işə marağın artmasını, eləcə də biznes qurumlarının gənc mütəxəssislərə olan yüksək tələbini əks etdirir. Yeniyetmələr daha çox xidmət, logistika və satış sektorlarında part-time işləməyi seçirlər. SİA-nın məlumatına görə, bunu RİA Novosti yazır. Ən çox CV-lər ofisiant, barmen və barista (9 faiz), qablaşdırıcı və montajçı (7 faiz) və satış və müştəri xidmətləri menecerləri (5 faiz) peşələri…
Daha çoxKann şəhəri böyük kruiz gəmilərin qəbulunu məhdudlaşdırır
Gündə bir gəmiyə qədər. Fransanın məşhur kurort şəhəri Kann qonşu Nitsadan nümunə götürmək və 2026-cı ildən öz körfəzində nəhəng kruiz gəmilərinin qəbulunu məhdudlaşdırmaq qərarına gəlib. SİA-nın məlumatına görə, bunu Le Figaro xəbər verir. Kann 2026-cı ildən göyərtəsində 3000-dən çox sərnişini olan böyük kruiz gəmilərinin şəhərin buxtasına girişini məhdudlaşdırmaq qərarına gəlib. Yeni qaydalara əsasən, buxtaya gündə yalnız bir belə gəmi buraxılacaq. Kannda belə nəhəng gəmilərin yaxınlaşa biləcəyi estakada yoxdur, ona görə də laynerlər sahilə yaxınlaşır və turistlər kiçik qayıqlarda şəhəri görməyə aparılır. Kann şəhərinin rəhbərliyi kruiz…
Daha çoxÖlənlərin sayı 30-u ötüb və onların yarısı uşaqlardır…
Pakistanın şimalında son 36 saatda daşqınlar nəticəsində ölənlərin sayı 30-u ötüb. Və ölənlərdən hər ikincisi uşaqdır. SİA-nın məlumatına görə, bunu The Guardian yazır. Qeyd olunur ki, qurbanların siyahısını ölümcül tələyə düşmüş turistlər ailəsi genişləndirib. Belə ki, Svat çayının daşması zamanı böyüklər və uşaqlar özlərini kiçik bir ərazidə tapıblar. Qeyd olunur ki, ailə bir saatdan çox xilasediciləri gözləyib, lakin xilasedici-filan gəlməyib və onların hamısını güclü axın aparıb. Qeyd edək ki, 240 milyondan çox insanın yaşadığı Pakistanda daşqınlar nadir hadisə deyil və tez-tez böyük insan itkisinə səbəb olur. Xatırladaq ki, üç il…
Daha çoxAlbaniyada unikal hidrogen yatağı aşkar edilib…
O, birbaşa xrom şaftın altında yerləşir. İqlim dəyişikliyi ilə əlaqədar olaraq alimlər karbon-neytral yanacağın əsası ola biləcək təbii hidrogen mənbələrinin axtarışına böyük diqqət yetirirlər. Fransız geoloqları Albaniyada unikal hidrogen yatağı aşkar ediblər. Ecoportal-ın yazdığı kimi, kəşfin dəyəri ondan ibarətdir ki, hidrogen orada atmosferə sızır və bu, hasilat prosesini asanlaşdıracaq. SİA xəbər verir ki, “Science” jurnalında dərc olunan araşdırmaya görə, Albaniyadakı Bulqiz xrom mədəninin altında dərinlikdə 50 min tona qədər hidrogen olan hidrogen yatağı yerləşir. O, yer qabığının bir vaxtlar okeanın dibi olan və milyonlarla il…
Daha çoxQərbi Nil qızdırmasına 11 yoluxma halı aşkarlanıb…
Rusiya Federasiyasının Samara vilayətində 11 nəfərdə Qərbi Nil qızdırması aşkarlanıb. SİA-nın məlumatına görə, təhlükəli virus bölgəyə turistlər tərəfindən gətirilib. Xəstəliyə yoluxanlar arasında 7 uşaq da var. Regional Rospotrebnadzor xəbər verir ki, Samarada beş, Voljski rayonunda daha iki, Çapayevsk, Novokuybışevsk və Kinelski rayonunda bir nəfər aşkar edilib. İdarə xatırladıb ki, virus ağcaqanad və gənə dişləməsi ilə ötürülür. İlkin məlumata görə, xəstələr xaricdə tətildə olarkən virusa yoluxublar. Xəstəliyin müalicəsinə gəlincə, Qərbi Nil qızdırmasının müalicəsi yoxdur. Həkimlər özlərini müşahidə və simptomatik müalicə ilə məhdudlaşdırırlar. Semptomların özləri yüksək atəş, ağrı, konvulsiyalar və beyin şişməsidir.…
Daha çoxAvtomobillərdən tutmuş kaşmirə qədər…
Avtomobillərdən tutmuş kaşmirə qədər…
Daha çox