Avstraliyada qasırğa olub

Avstraliyada tüğyan edən qasırğa Sidney hava limanının işinin pozulmasına səbəb olub. SİA xəbər verir ki, Sidney hava limanında 20-dən çox reys ləğv edilib. Əlverişsiz hava şəraiti Avstraliyanın ən böyük şəhərinin ictimai nəqliyyat sisteminə də təsir edib. Sidneyin bəzi məşhur turizm bölgələri arasında müntəzəm reyslər, o cümlədən bərələrin hərəkəti dayandırılıb. Leysan yağışlar səbəbindən magistral yollar su altında qalıb, dəmir yolu nəqliyyatının fəaliyyəti pozulub. Güclü külək elektrik naqillərini qırıb, 21 min ev işıqsız qalıb. Sahilyanı bölgələrdə yaşayan sakinlərə evlərindən çıxmamaq tövsiyə olunub. Qeyd edək ki, qasırğaya Avstraliya və Yeni Zelandiya arasındakı Tasman…

Daha çox

Qohum evliliyinə fərqli baxışlar

Ailə Məcəlləsinə edilən son dəyişikliklərə əsasən, artıq birbaşa qohumlar arasında bağlanan evliliklər rəsmi şəkildə tanınmayacaq. Bu dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olub. Bəziləri bu qərarı ailə sağlamlığının qorunması baxımından doğru addım kimi qiymətləndirir, digərləri isə bunun şəxsi azadlıqlara müdaxilə olduğunu düşünür. SİA olaraq məsələ ilə bağlı şəhər sakinlərinin fikirlərini öyrənməyə çalışdıq: Şəhər sakini Şamil Şamilov: “Ümumiyyətlə, öz şəxsimdə, ətrafımda bu qohum evliliyinin tam əleyhinə olmuşam – həm tibbi, həm də mənəvi nöqteyi-nəzərdən. Üstəlik, bu, bizim mentalitetimizə də uyğun deyil. Bəli, bizdə də qohum-əqrəba arasında evlilik hallarına rast gəlinib, amma mən…

Daha çox

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş söhbət mərhələsinin nəticələri açıqlanıb

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı müsabiqənin test imtahanından uğur qazanmış namizədlərlə fərdi qaydada keçirilmiş söhbət mərhələsi yekunlaşıb. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu mərhələdə iştirak etmiş 89 namizəddən zəruri keçid balı toplamış 64 nəfərin Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunmaları barədə nazirliyin Müsabiqə Komissiyası tərəfindən qərar qəbul edilib. İyul ayının 10-dan başlayan icbari təlimin yekunları üzrə imtahandan uğurla keçən hüquqşünaslar peşə fəaliyyətinə buraxılma haqqında şəhadətnamə alaraq ədliyyə orqanlarına qulluğa qəbul olunacaqlar. Namizədlər icbari təlimlə bağlı Ədliyyə Akademiyası ilə əlaqə saxlaya bilərlər (ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158,…

Daha çox

Sabahdan rayonlara leysan yağacaq

Azərbaycanın rayonlarında iyulun 2-si günün ikinci yarısından həftə sonunadək fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Əsasən dağlıq və dağətəyi rayonlarda yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimal olunur. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından sel keçəcəyi ehtimalı var.

Daha çox

İşəgötürənlərlə növbəti görüş keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil olunub. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, yaxın vaxtlarda həmin Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib. İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı…

Daha çox

“İran İsrail müharibəsi İsraili dominant gücə çevirdi”

“İsrail-İran savaşının davam etdiyi bir zamanda iyunun 22-də Amerikanın İranın nüvə obyektlərini bombalamasından sonra Tehranın geri çəkilməsi Yaxın Şərqdə baş verən dəyişikliyin ABŞ və İsrailin strateji qazanclarına çevrilməsinə şərait yaratdı. Həmçinin İran haqqında illər boyu yaradılan mif də sona çatdı. Belə ki, Amerikanın İranı vurması Yaxın Şərqdə qarşısıalınmaz böyük müharibəyə səbəb ola biləcəyi, nəticədə isə Tehranın asimmetrik vasitələrlə Amerika personalına və mövqelərinə zərbə endirməsi eskalasiya ilə nəticələnəcəyi proqnozlaşdırılırdı”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Elmir Səftərov deyib. Onun sözlərinə görə, 2023-cü il oktyabrın 7-də başlayan İsrail və HƏMAS müharibəsi İsrailin…

Daha çox

Enerji strategiyamızın banisi

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünyanın ən nüfuzlu dövlət xadimlərindən, ən böyük siyasi şəxsiyyətlərindən biri olub, müstəqil dövlətçiliyimizin qurucusu və memarıdır. Çoxəsrlik tarixi ənənələr əsasında müasir Azərbaycan dövlətinin ideoloji-siyasi inkişaf doktrinasının yaradılması və gerçəkləşdirilməsi Ümummilli Liderin adı ilə sıx bağlıdır. Azərbaycan tarixinin Heydər Əliyev epoxası milli intibah və tərəqqi dövrü kimi xarakterizə olunur. Qürur hissi ilə deyə bilərik ki, Azərbaycan dövlət müstəqilliyini yeni bərpa etməsinə baxmayaraq, ötən müddətdə düzgün iqtisadi siyasət nəticəsində dünyaya tamamilə effektiv bir iqtisadi model təklif etmişdir. Ölkəmizin zəngin təbii sərvətlərindən, qədim neft diyarı kimi…

Daha çox

Dünya Bankı Azərbaycana 173,5 milyon dollar kredit ayırır

Bu gün “Azərenerji” ASC ilə Dünya Bankı Qrupuna daxil olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə kredit müqaviləsi və Azərbaycan ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı arasında “Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi layihəsi” üzrə zəmanət sazişi imzalanıb. SİA xəbər verir ki, 173,5 milyon dollar məbləğində olan kredit sazişini “Azərenerji” ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev və Dünya Bankının Azərbaycan üzrə ölkə meneceri Ştefani Ştallmayster, kredit müqavinə dair zəmanət sazişini isə Azərbaycan hökuməti adından maliyyə naziri Sahil Babayev və Ş.Ştallmayster imzalayıb. Cəlb…

Daha çox