Ukrayna Prokurorlar Şurasının təqdimatı ilə ölkənin Baş prokuroru əslən azərbaycanlı Amil Ömərovu Xarkov Vilayət Prokurorluğunun rəhbəri vəzifəsinə təyin edib. SİA-xəbər verir ki, bu barədə Ukraynanın Baş Prokurorluğunun mətbuat xidmətindən məlumat verilib. Amil Ömərovun prokurorluq orqanlarında kifayət qədər təcrübəsi var. O, son 9 ildə prokurorluq orqanlarında rəhbər vəzifələrdə, xüsusən 2021-ci ildən – Xarkov şəhərinin Şevçenko rayon prokuroru kimi fəaliyyət göstərib. Namizədlik müstəsna olaraq peşəkar keyfiyyətlər, təcrübə və qanunvericilik meyarlarına uyğunluq nəzərə alınmaqla – Ukrayna Prokurorlar Şurasının müvafiq tövsiyəsindən sonra təyin edilib. İcra müddəti 5 ildir. Qeyd edək ki, Amil Ömərov Azərbaycanın…
Daha çoxDay: July 2, 2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsinin Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Gürcüstanda səfərdə olub. SİA-nın məlumatına görə, Müdafiə Nazirliyinin Mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən bildiriblər ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Tbilisi şəhərində Heydər Əliyev adına parkda Ümummilli Liderin büstünü ziyarət edib. Sonra idarə rəisi Gürcüstan Müdafiə Nazirliyinin Hərbi Polis Departamentinin rəisi general-mayor Şalva Şengelia ilə görüşüb. Görüşdə birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Azərbaycan nümayəndə heyətinə Gürcüstan hərbi polisi və…
Daha çoxBu, Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək…
Avropa ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmasına reaksiya verib ABŞ-ın Ukraynaya silah tədarükünü dayandırmaq qərarı Londonun Kiyevə hərbi yardımına təsir etməyəcək. SİA-xəbər verir ki, bu barədə “The Guardian” Britaniya mənbələrinə istinadən yazır. Ukraynanın Avropadakı müttəfiqləri “boşluqları doldurmağa” çalışıblar, lakin Qərb hərbi rəsmiləri çoxdan etiraf ediblər ki, ABŞ tərəfi Ukraynanı kritik silahlarla təmin edir. Bundan əvvəl ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker Kiyevə silah tədarükünün dayandırıldığını açıqlamışdı. Diplomat vurğulayıb ki, Vaşinqton ilk növbədə ABŞ-ın ehtiyaclarını qarşılayacaq. Əli Babayev
Daha çoxBaş nazir Əli Əsədov Şimali Kiprin Prezidenti Ersin Tatarla görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov iyulun 2-də Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatar ilə görüşüb. SİA-nın məlumatına görə, Nazirlər Kabinetindən bildiriblər ki, görüşdə İqtisadi Əməkdaşlıq Təşkilatında (ECO) müşahidəçi dövlət statusuna malik olan Şimali Kiprin Prezidentinin ECO-nun Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşündə iştirakının önəmi vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son dövrdə müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin həyata keçirildiyi qeyd edilib. Söhbət zamanı bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.
Daha çoxNabiullina çox təlatümlü vaxtlar barədə xəbərdarlıq etdi
Rusiya iqtisadiyyatı bəzi xarici çağırışlara uyğunlaşa bildi, lakin qarşıda “çox təlatümlü dövrlər” gözləyir. SİA-nın əldə etdiyi məlumata görə, TASS xəbər verir ki, bu barədə tənzimləyicinin rəhbəri Elvira Nabiullina Rusiya Bankının Maliyyə Konqresində bildirib. O bildirib ki, bu vəziyyətin üstünlüyü bahalı əmək şəraitində əmək məhsuldarlığının inkişafı və artması üçün yeni imkanların yaranmasıdır. Əli Babayev
Daha çoxECO-nun Qadınlar Forumunda mühüm məsələlərə toxunulub
Bugünkü forum çərçivəsində bir çox mühüm məsələlərə toxunuldu, o cümlədən iqlim dəyişmələri ilə mübarizədə qadınların rolu, qadınların sahibkarlıq fəaliyyəti üçün şəraitin yaxşılaşdırılması, eləcə də onların iqtisadi inkişaf və BMT-nin Davamlı İnkişaf üzrə 2030-cu il Gündəliyi tərəfindən irəli sürülən davamlı inkişafda rolunun artırılması kimi mövzular müzakirə olunub. SİA xəbər verir ki, bu sözləri jurnalistlərə BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNİDO) eksperti Tatyana Çernyavskaya Laçında İqtisadi Əməkdaşlıq Təşkilatının Qadınlar Forumunda deyib. Onun sözlərinə görə, forumda ECO-nun hansı siyasi və iqtisadi alətləri bölüşə biləcəyi və təşkilatının qadınları istehsal proseslərinə cəlb etməklə iqtisadi artımı stimullaşdırmaq…
Daha çoxEstoniyada rus kəşfiyyatçılarına həbs cəzası verilib
Onlar Tallinndə “Slava Ukraine” restoranını yandırıblar. Estoniyada məhkəmə iki Moldova vətəndaşını “Slava Ukrayna” restoranını yandırmaqda təqsirli bilib. SİA-nın məlumatına görə, ERR xəbər verir ki, məlum oldu ki, onlar Rusiya kəşfiyyatı (QRU) üçün işləyiblər. Estoniya hüquq-mühafizə orqanlarının əməkdaşları müəyyən ediblər ki, Moldova vətəndaşı 1992-ci il təvəllüdlü İvan Kixayal bu ilin yanvarında Rusiya xüsusi xidmət orqanlarının göstərişi əsasında Voru qraflığının Osula kəndində COOP mağazasını yandırıb. Demək olar ki, bir həftə sonra ona 2 min dollara yaxın maaş verildi. Tezliklə ruslar ona Tallinndəki “Slava Ukrainiy” restoranını yandırmağı əmr…
Daha çox“ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs tam sülh sazişi deyil”
“Qısamüddətli İran–İsrail müharibəsi dayandıqdan sonra regionda yaranmış mövcud status-kvo həm hərbi, həm diplomatik cəhətdən “müvəqqəti atəşkəs” xarakteri daşıyır. Bir neçə günlük intensiv zərbələr dövründə İsrail Tehran yaxınlığındakı bəzi nüvə-tədqiqat obyektlərini sıradan çıxardığını, İran isə hücumları dəf edərək strateji infrastrukturunu qoruduğunu elan etməklə daxili auditoriyalara “qələbə” narrativi təqdim etdi. Hər iki tərəfin qalib görüntüsü yaratması, əslində, itkilər barədə informasiyanı nəzarətdə saxlamaq və psixoloji üstünlüyü qorumaq cəhdidir; real vəziyyət isə daha mürəkkəbdir”. Bu sözləri SİA-ya aşıqlamasında politoloq politoloq Züriyə Qarayeva deyib. Onun sözlərinə görə, ABŞ-ın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs tam sülh…
Daha çoxQəzzada müharibəyə son qoymağın yolu məlum olub
Qəzza zolağındakı böhran, Fələstinin radikal HƏMAS hərəkatı olmadan bölgədə yeni hökumət formalaşdırmaqla həll edilə bilər. SİA-nın məlumatına görə, Rusiya Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun elmi işçisi Qriqori Lukyanov Lenta.ru ilə söhbətində Qəzzada müharibəyə son qoymağın bu üsulunu adlandırıb. Ekspertin fikrincə, İsrail hazırda bu perspektivdən imtina edir və bu səbəbdən humanitar böhran uzun illər davam edə bilər. …İsrail heç bir mövcud Fələstin siyasi qüvvələrinin nümayəndələri olmadan texniki hökumət istəyir. Lakin belə bir hökumət legitim olmayacaq – xalq bunu qəbul etməyəcək. Legitimlik olmasa, heç nəyi dəyişməyəcək, – şərqşünas izah edib. Bundan əvvəl İsrailin…
Daha çoxQazaxıstan Prezidenti Azərbaycana minnətdarlığını bildirib…
…yüksək təşkilatçılığına görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Qazaxıstanın etibarlı dostu olan Azərbaycana Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) yüksəksəviyyəli sədrliyinə, dialoqun, etimadın və tərəfdaşlığın möhkəmləndirilməsi, eləcə də AQEM-in institusional inkişafına verdiyi töhfəyə görə səmimi minnətdarlığını bildirib. SİA Qazaxıstan Prezidentinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə dövlət başçısı Astanada AQEM-in qərargahının açılışında çıxışı zamanı deyib. Qazaxıstan Prezidenti Asiyada AQEM-in bütün iştirakçılarının hamısına uğurlar arzulayıb. “Biz həmişə əmin olmuşuq ki, yalnız əməkdaşlığın, qarşılıqlı anlaşmanın və dialoqun inkişafı davamlı sülhə, sabitliyə və rifaha nail olmağa…
Daha çox