“Azərbaycan polisi cəmiyyətin etimad bəslədiyi, güvəndiyi bir quruma çevrilib”

Azərbaycan cəmiyyətində hüquq və asayişin təmin olunmasında daxili işlər orqanları müstəsna rol oynayır. Polis sisteminin müasir hüquqi bazaya əsaslanan, güclü və çevik struktur kimi formalaşması, inkişafı isə ölkəmizin müstəqillik dövrünə, yəni Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonrakı illərə təsadüf edir. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib. Deputat qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli Sərəncamı ilə 2 iyul tarixi “Azərbaycan Polisi Günü” elan olunub və həmin tarixdən etibarən bu əlamətdar gün hər il…

Daha çox

İjevskdəki dron istehsalı zavodu fəaliyyətini dayandırıb…

Ukraynanın zərbəsindən sonra… …Udmurtiyada İjevsk elektromexaniki zavodu “Kupol” iyulun 1-də səhər saatlarında Ukrayna pilotsuz təyyarələrinin hücumuna məruz qaldıqdan sonra fəaliyyətini dayandırıb. SİA-nın məlumatına görə, iki pilotsuz təyyarə hədəfinə çatıb: biri 106 saylı sexin pəncərəsinə uçub, ikincisi 110 saylı sexin damına çırpılıb və partlayıb. Yanğın baş verib, dam örtüyü 1300 m²-lik ərazini aşıb. Nəticədə 1-ci korpusun metal emalı, mikrosxemlərin lehimləndiyi, hücum pilotsuz təyyarələrinin istehsal olunduğu 4 sexi məhv edib. Hücumdan əvvəl orada üç növbə ilə gecə-gündüz pilotsuz təyyarələr yığılırdı. Bundan əvvəl Udmurtiyanın rəhbəri Aleksandr Breçalov Kupol-a…

Daha çox

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Bakı şəhərində növbəti dəfə vətəndaşların müraciətlərini dinləyib. SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, ombudsman qəbul üçün müraciət etmiş Azərbaycan vətəndaşlarının, həmçinin əcnəbi şəxslərin hər birini fərdi qaydada dinləyib. Bəzi məsələlərin yerində həlli ilə bağlı zəruri tədbirlər görülüb, araşdırma tələb edən digər məsələlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun həll olunması istiqamətində müvafiq dövlət qurumlarına müraciət ediləcəyi bildirilib. Qəbul zamanı vətəndaşlara hüquqi məsləhətlər verilib, həmçinin müraciətlərə daha səmərəli və çevik şəkildə baxılması…

Daha çox

Zaxarova açıqlama verib…

Rusiya həmişə insanlara çeşidlər, rənglər və seqreqasiya ilə bağlı münasibətlə mübarizə aparıb. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azərbaycanın aparıcı dövlət televiziya kanalı AzTV-nin Moskvanın başqa xalqlara ağalıq etməyə öyrəşdiyi barədə sözlərinə cavab olaraq bildirib. …Yalandır ki, bizim ölkədə nə vaxtsa, haradasa, nə bilim, insanlara sinfə görə rəftar siyasəti olub. Bizdə çox fərqli şeylər var idi, amma mənə elə gəlir ki, insanlara sort kimi yanaşmağa qarşı həmişə mübarizə aparan ölkəmiz olub. Bunu rusiyalı diplomat bildirib. Onun sözlərinə görə, bu cür…

Daha çox

“Faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir”

“Çimərlik ərazilərində baş verən faciələrin böyük əksəriyyəti insan faktoru ilə əlaqəlidir. Yəni qarşısı alınması mümkün olan yanlış davranışlar nəticəsində insanlar təhlükəli situasiyalarla üzləşirlər”. Bu sözləri SİA-ya açıqlamasında təhlükəsizlik üzrə ekspert Orxan Musayev deyib. Onun sözlərinə görə, dəniz istirahəti əhalinin diqqətini cəlb edən əsas istirahət növlərindən və məkanlarından biri hesab olunur: “Lakin bu cəlbedicilik çox zaman qəfil və gözlənilməz şəkildə insan həyatı üçün ciddi təhlükələrə səbəb ola bilər. Bəzən insanlar dənizdə istirahət zamanı onun potensial təhlükələrini nəzərə almırlar. Təəssüf ki, spirtli içki qəbul edərək suya girmək, azyaşlı uşaqları nəzarətsiz buraxmaq, qadağan…

Daha çox

ŞKTC prezidentinin fəxri doktor diplomu mərasimi keçirilir

Azərbaycan Texniki Universitetində (AzTU) Şimali Kipr Türk Respublikasının Prezidenti cənab Ersin Tatarın fəxri doktor diplomunun təqdimat mərasimi keçirilir. SİA xəbər verir ki, tədbir Prezident Ersin Tatarın Azərbaycana rəsmi səfəri çərçivəsində təşkil olunub. Mərasimdən öncə Ersin Tatar Ümummilli Lider Heydər Əliyevin büstünü ziyarət edib və universitetin kitabxanası ilə tanış olub. Daha sonra Azərbaycan Texniki Universitetinin akt zalında keçirilən əsas mərasimdə universitetin rektoru prof. Vilayət Vəliyev açılış nitqi ilə çıxış edib. Tədbirdə Ersin Tatarın ictimai-siyasi fəaliyyəti barədə təqdimat nümayiş olunub, ardınca fəxri doktor adının verilməsi mərasimi keçirilib. Hazırda fəxri mantiyanın və diplomun…

Daha çox

…Tramp Nyu Yorkla bağlı söz verdi…

ABŞ prezidenti Donald Tramp Nyu-York şəhərini noyabrda keçiriləcək mer seçkiləri ərəfəsində “xilas edəcək” və onu yenidən “möhtəşəm” edəcəklərinə söz verib. …Mən Nyu Yorku xilas edəcəyəm və onu yenidən isti və möhtəşəm edəcəm, eynilə yaxşı ABŞ-da etdiyim kimi… SİA-nın məlumatına görə, Tramp bunu Truth Social-da yazıb. O, həmçinin merliyə namizədlərdən birini “kommunist dəlisi” adlandırıb və ona şəhəri “dağıtmağa” imkan verməyəcəyinə söz verib. …Əlimdə bütün rıçaqlar və bütün kartlar var. Bunu da ABŞ prezidenti vurğulayıb. İyunun ortalarında Nyu Yorkun mərkəzində Trampın siyasətinə qarşı çoxminlik etiraz aksiyası keçirilib. Əli Babayev

Daha çox

Polis Günü: Asayiş keşikçiləri haqqında düşüncələr

Bu gün– iyulun 2-si – Azərbaycanda Polis Günüdür. Bu gün bir bayramdır, amma təkcə təqvimdəki bir tarixdən ibarət deyil. Bu, gecə-gündüz sərhədi olmayan, bayram-tətil tanımayan, rahat yuxunu, ailə qucağını, şəxsi həyatını təhlükənin, məsuliyyətin və and yerinin arxasına qoyan insanların bayramıdır. Polis – o, yalnız hüquqi qayda-qanunun icraçısı deyil… Polis bir cəmiyyətin təhlükəsizlik zəmanəti, sabahımıza olan inamın görünməyən sipəridir. Kiminsə xoşbəxt yuxusunun qoruyucusu, kimsəsiz küçələrin səssiz müşahidəçisi, həyəcan zənglərinin ilk cavabverəni… Polisin işi, sadəcə cinayətkarı tutmaq deyil. Onun işi, insanları qorumaq, şəhərlərə sakitlik, insanlara güvən gətirməkdir. Bəzən bir uşağın itirdiyi yol,…

Daha çox