NTV telekanalı AZAL-a məxsus təyyarənin qəzaya uğraması ilə bağlı reportaj yayımlayıb

Türkiyənin aparıcı xəbər media qurumlarından biri olan NTV telekanalı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mülki təyyarəsinin Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı istintaqın gedişi barədə reportaj hazırlayıb. SİA xəbər verir ki, telekanalın çoxmilyonlu auditoriyası audioyazı ilə bağlı ayrı-ayrı media strukturlarının xəbərləri, habelə 2024-cü il dekabrın 25-də mülki təyyarəni atəşə tutmaq əmri verdiyi iddia edilən rusiyalı zabitlərdən birinə ünvanlanmış izahat yazısı haqqında məlumatlandırılıb. Telekanal xatırladır ki, Azərbaycan təyyarəsinin atəşə tutulması nəticəsində 38 nəfər həlak olub, daha 29 insan yaralanıb. Reportajda Azərbaycan Prezidenti İlham Əliyevin AZAL-ın təyyarəsinin atəşə tutulması ilə bağlı dediyi…

Daha çox

Energetika naziri İsmayıllıda vətəndaşları qəbul edəcək

İyulun 22-də energetika naziri Pərviz Şahbazov İsmayıllı, Şəki, Oğuz, Qəbələ, Ağsu və Şamaxı rayonlarından olan vətəndaşları qəbul edəcək. SİA bu barədə nazirliyə istinadən xəbər verir. Məlumata görə, qəbul saat 11:00-dan başlayaraq İsmayıllı rayon Heydər Əliyev Mərkəzində (İsmayıllı şəhəri, Heydər Əliyev pr. 57) keçiriləcək. Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyatdan keçmək üçün Nazirliyin “974” Çağrı Mərkəzi, 598-16-55 “Qaynar Xətt”i, 598-16-53/54 (daxili 1145, 1146, 1245) telefon nömrələri (əlaqələndirici şəxs: Əzizə Cəfərova), [email protected] elektron poçt ünvanı, eləcə də Enerji Məsələlərini Tənzimləmə Agentliyinin “Kürdəmir” filialı (əlaqələndirici şəxs: Elçin Məmmədov, əlaqə telefonu: (050) 509-80-50, elektron poçt…

Daha çox

Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub

İyulun 2-də Azərbaycana dövlət səfərinə gələn Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin rəsmi qarşılanma mərasimi olub. SİA xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Özbəkistan Prezidentinə raport verdi. Özbəkistan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin qarşısından keçdi. Sonra rəsmi foto çəkdirildi.

Daha çox

“Düşünürəm ki, indiyə qədər olan bir çox xoşagəlməz hadisələrin sayı azalacaq”

Qohum evliliyinin qadağan edilməsindən sonra düşünürəm ki, indiyə qədər olan bir çox xoşagəlməz hadisələrin sayı azalacaq. İlk növbədə məqsəd də bundan ibarətdir. İnsanların bunu necə qarşılaması və əməl etməsi də vacibdir. Burada hər bir fərdin, hər bir ailənin, bu işə cavabdeh qurumların əlaqəli fəaliyyəti, o cümlədən medianın dəstəyi, ictimai rəyi formalaşdıran insanların və qurumların prosesdə ardıcıl iştirakı və töhfəsi olduqca əhəmiyyətlidir. SİA xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova jurnalistlərə müsahibəsində deyib. “Bundan sonra baş verən hər hansı bir qanunazidd hərəkət mütləq…

Daha çox

Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu

Müştərilərə bir-birindən maraqlı mükafatlar qazandıran Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim edilib. 5 iyun 2025-ci il tarixində keçirilən canlı tirajın nəticələrinə əsasən 100 iştirakçı qalib adını qazanıb. Qaliblər ötən həftə keçirilən tədbirdə hədiyyələrini əldə edib, həmçinin öz təəssüratlarını iştirakçılarla bölüşüblər. Lotereyanın superprizi olan Toyota Corolla avtomobilini qazanan Murad bəy hələ də hadisənin çaşqınlığından çıxa bilmədiyini vurğulayıb. “Qalib olmaq üçün xüsusi heç nə etməmişəm. Sadəcə gündəlik alış-verişlərimi Birbank tətbiqi vasitəsilə sifariş etdiyim Birbank Star kartı ilə edirdim, avtomobil qazanacağımı isə heç vaxt düşünməzdim. Əsas hədiyyəni qazandığımı eşitdiyim an mənim üçün sözün əsl…

Daha çox

Rusiyada 5,2 bal gücündə zəlzələ oldu

Rusiyanın Petropavlovsk-Kamçatski şəhəri yaxınlığında 5,2 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb. Seysmoloqlar Avaça körfəzinin sularında yeraltı təkanlar qeydə alıblar. Petropavlovsk-Kamçatskinin müəyyən ərazilərində yer səthində titrəmələr hiss olunub. Episentr Petropavlovsk-Kamçatskidən 51 kilometr uzaqda yerləşib.

Daha çox

Rusiyadan üç ölkə ilə bağlı xəbərdarlıq: İmkan verməyəcəyik

“NATO-nun Baltik dənizindəki hərəkətləri fonunda Rusiya öz təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görür”. SİA xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko deyib. “Bu region kəskin hərbi rəqabət zonasına çevrilib, bu, çox təhlükəli haldır. Hamıya məlumdur ki, biz öz təhlükəsizliyimizi və müdafiəmizi təmin etmək üçün bütün lazımi tədbirləri görürük”, – diplomat bildirib. Qruşko əlavə edib ki, Silahlı Qüvvələrin iki yeni hərbi dairəsi yaradılıb, Rusiya və Belarus üçün təhlükəsizlik zəmanətləri haqqında saziş imzalanıb və qüvvəyə minib: “Bu saziş Belarus ərazisində nüvə silahının yerləşdirilməsini nəzərdə tutur, donanmanın…

Daha çox

Şavkat Mirziyoyev Bakıda “Özbəkistan” parkını açacaq

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda “Özbəkistan” parkını açacaq. SİA xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat katibi Şerzod Asadov sosial şəbəkələrdə məlumat verib. “Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə başlayıb. Səfər çərçivəsində dövlət başçımız Bakı, Xankəndi, Şuşa və Ağdam şəhərlərinə səfər edəcək”, – məlumatda deyilir. Onun sözlərinə görə, bu gün Bakıda Azərbaycan və Özbəkistan liderləri Ali Dövlətlərarası Şuranın ikinci iclasını keçirəcək, həmçinin “Özbəkistan” parkının təməlini qoyacaq və Özbəkistanın Bakıdakı səfirliyinin yeni binasını açacaqlar. “Sabah prezidentlər Şavkat Mirziyoyev və İlham Əliyev Azərbaycanın Qarabağ regionunda ünsiyyətlərini davam…

Daha çox

“Polislərin peşə bayramı əslində bütün Azərbaycan xalqının bayramıdır”

“Hər bir ölkənin polisi, ictimai asayişi qorumaq üçün vacib olan dövlət qurumudur. Azərbaycan dövlətçiliyində polis həm ictimai asayişi qoruyub, həm də ərazi bütövlüyü mübarizəsində, milli ordu ilə yanaşı vuruşubdur”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, Azərbaycan polisi bu gün dövlətçiliyimizin və hər bir vətəndaşın təhlükəsizliyinin keşiyində durur. İnsanlarla qarşılıqlı təmasda nəinki özlərinə düşən vəzifələri, hətta ehtiyac olduqda kimsənin şəxsi probleminin həllinə də anında kömək etməyə həmişə hazırdırlar: “Polisdə qətiyyətli, vətənpərvər, Azərbaycanı, xalqımızı sevən oğul və qızlar qulluq edirlər. Azərbaycan polisi dövlətə sədaqətlə qulluq etməyin…

Daha çox