Güclü küləklə bağlı növbəti dəfə xəbərdarlıq edilib

Azərbaycanda iyulun 3-dən 6-dək Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Naxçıvan MR, Qusar, Xaçmaz, Xızı, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Siyəzən, Şabran, Şirvan, Lənkəran, Lerik, Yardımlı, Cəlilabad, Masallı, Astara, Balakən, Qax, Biləsuvar, Şəki, Zaqatala, Gəncə, Samux, Naftalan, Goranboy, Gədəbəy, Daşkəsən, Göygöl, Kəlbəcər, Laçın, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Saatlı, Sabirabad, İmişli, Zərdab, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Mingəçevir, Yevlax, Bərdə, Tərtərdə fasilələrlə şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bakıda…

Daha çox

“Vergi yığımları bəzi ölkələrdə dövlət büdcəsinin maliyyə mənbəyi kimi çıxış edir”

“Vergilər gəlir əldə edən hər bir şəxsin dövlət büdcəsinə ödəməli olduğu əvəzsiz və icbari xarakter daşıyan ödənişdir. Dövlət büdcəsinin formalaşmasının əsas maliyyə mənbələrindən biri məhz vergilərdir. Dünya təcrübəsində vergi yığımları bir çox ölkələrin büdcəsinin əsas hissəsini təşkil edir və bəzi ölkələrdə dövlət büdcəsinin yeganə maliyyə mənbəyi kimi çıxış edir”. Bu sözləri SİA-ya açıqlamasında auditor Anar Bayramov deyib. Onun sözlərinə görə, Azərbaycan Respublikası neft ixracatçısı olan ölkə kimi dövlət büdcəsinin formalaşmasında uzun müddət neft gəlirlərinə əsaslanmışdır: “Lakin dövlətin həyata keçirdiyi iqtisadi siyasətin əsas istiqamətlərindən biri dövlət büdcəsinin neft gəlirlərindən asılılığını minimuma…

Daha çox

Şavkat Mirziyoyev Füzuli rayonuna səfərə gəlib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə iştirak etmək üçün iyulun 3-də Füzuli rayonuna gəlib. SİA xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevi mədəniyyət naziri Adil Kərimli, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və digər rəsmi şəxslər qarşıladılar.

Daha çox

Strateji tərəfdaşlıq və qardaşlıq münasibətlərinin yeni mərhələsi

Müasir müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün gələcəyə hesablanmış uğurlu daxili və xarici siyasət həyata keçirir. Vətən müharibəsində tarixi qələbə qazanaraq yeni geostrateji reallıqlar yaradan Azərbaycan yeni mərhələdə həm Zəfəri siyasi-diplomatik müstəvidə möhkəmləndirmək, həm də qarşıda duran milli-strateji hədəfləri reallaşdırmaq üçün mühüm addımlar atır. Bunlardan biri də dost və tərəfdaş ölkələrlə əməkdaşlığın dərinləşdirilməsi, müxtəlif sahələri əhatə edən münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldilməsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın müxtəlif dövlətlər, eləcə də, Mərkəzi Asiya ölkələri ilə ikitərəfli əlaqələrin sürətli inkişafına təkan verir. Bu…

Daha çox

Biz yeni Masallını gördük…

Füsunkar təbiətə malik Cənub bölgəsinin ən abad və yaşıl rayonlarından biri də Masallıdır. Son 3 ildə Masallının yaşıllğın tikinti işlərinin daha bir ünvanına çevrilməsini desək, yanılmarıq. Bu da möhtərəm Prezidentin uğurlu kadr siyasətinin nəticəsidir. Bir çox məsul vəzifələrdə çalışan Araz Əhmədovun Prezidentin sərəncam ilə Masallı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi rayona yeni ab-hava gətirdi. Başçının özünəməxsus iş üslubu, məqsədyönlü fəaliyyəti qısa müddətdə öz bəhrəsini verdi. Araz müəllim ilk öncə fəaliyyətinə yollardan başladı. İndi Masalının belinə kəmər kimi dolanan yollar yenidən quruldu, onlara asfalt örtüyü çəkildi. Yolların yenidən qurulması təkcə…

Daha çox

MMU-da NATO proqramı çərçivəsində treninqlər keçirilib

NATO-nun “Müdafiə təhsilinin genişlənməsi proqramı” (DEEP) çərçivəsində Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetində (MMU) treninqlər təşkil olunub. SİA xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb. Bildirilib ki, görüş zamanı hərbi təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparılıb. NATO ilə əməkdaşlıq çərçivəsində təşkil olunan görüşlərin hər iki tərəf üçün səmərəli olduğu bildirilib. Daha sonra hərbi təhsil üzrə mütəxəssislərin iştirakı ilə “Təhsildə keyfiyyətə nəzarət mexanizminin yaradılması və icra olunması” mövzusunda treninqlər keçirilib.

Daha çox

İlham Əliyev “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də “Xankəndi” Mehmanxana Kompleksinə aid olan “Xankəndi” Biznes Mərkəzinin açılışında iştirak edib. SİA xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri Ramin Quluzadə dövlətimizin başçısına Mərkəzdə yaradılan şərait barədə məlumat verdi. Diqqətə çatdırıldı ki, dörd mərtəbədən ibarət “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4500 kvadratmetrdən artıq sahəni əhatə edir. Burada 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, həmçinin dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək. Bildirildi ki,…

Daha çox

İlham Əliyev Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə Zəfər parkında görülən tikinti işləri ilə tanış olub. SİA xəbər verir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlət başçısına görülən işlər barədə məlumat verib. Qeyd edək ki, təməli Prezident İlham Əliyev tərəfindən bu ilin fevralında qoyulan Zəfər parkının salınması istiqamətində işlər sürətlə davam etdirilir. Sahəsi 8,3 hektar olacaq parkın ərazisində işğal dövründə tikinti normaları pozulmaqla inşa edilmiş, eləcə də istismara yararsız bir sıra tikililər sökülüb. Parkın mərkəzində Qələbənin rəmzi olan Zəfər Tağının tikintisi də davam edir. Onun…

Daha çox

​Sür qazan – Yeni poz qazan oyunu ilə tanış ol!

“Sür qazan” 3 fərqli oyun və Bonus oyunundan ibarət “Poz qazan” oyunudur. Yeni “Poz qazan” oyunu oyna şansına yaşıl işıq tut! OBA-da “Poz-Qazan” oyunlarında son 2 gündə 3 yüksək məbləğli uduş qeydə alınıb. * Binə qəsəbəsində bir şanslı “Sür-Qazan” bileti alıb və 10 MİN manat qazanıb; * Binəqədi qəsəbəsində eyni gündə başqa bir qalib də aldığı “Sür-Qazan” bileti ilə 10 MİN manat qazanıb; * Buzovnada “Uğurlu 7” bileti isə növbəti şanslıya 10 MİN manat qazandırıb.

Daha çox

“Hər iki ölkənin bir-birilərinə qarşı iddiaları mövcuddur”

“İranla-İsrail arasında gedən münasibətlərin olduqca dərin kökləri var. Hər iki ölkənin bir-birilərinə qarşı iddiaları mövcuddur”. Bu sözləri SİA-ya açıqlamasında siyasətçi, Azad Vətən Partiyasının sədri Akif Nağı deyib. Siyasətçi bildirib ki, İran islam inqilabından sonra dünyada islam ölkələrinin lider dövlətinə çevrilmək istəyir: “Bir sözlə İran şiə ölkələrinin liderinə çevrilmək istəyir. Bununla yanaşı İran süni məzhəbinə xidmət edən şəxslərində hüquqlarını müdafiə edir. Bunun nəticəsində isə İran Fələstinin müdafiəsini məsələsini seçib. 1970-ci illərdə islam inqilabı başlayanda ən vacib məsələlərdən biri də Fələstin idi. Bəzi dövlətlər İsraili, bəziləri isə Fələstin dövlətinin tərəfini müdafiəsini seçdi.…

Daha çox