İlham Əliyevlə Nikol Paşinyan arasında görüş bitib – YENİLƏNİB 5
Daha çoxDay: July 10, 2025
Azərbaycanın namizədi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş katibi seçilib
Beynəlxalq Mülki Müdafiə Təşkilatının (BMMT) Baş Assambleyasının Bakıda keçirilən 3-cü növbədənkənar sessiyasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq əlaqələr idarəsinin rəisi polkovnik Ərgüc Kələntərli yekdilliklə Təşkilatın Baş katibi seçilib. Bu barədə SİA-ya FHN-dən məlumat verilib. Baş katib vəzifəsinə seçkilərdə təşkilata üzv 4 ölkə – Azərbaycan, Serbiya, Burkina Faso və Tunisdən olan namizədlər mübarizə aparıb. BMMT-nin yeni Baş katibi Ərgüc Kələntərli çıxış edərək, ona göstərilən etimada görə təşəkkür edib, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün səylə çalışacağını bildirib.
Daha çoxQəzzada sığınacaq axtarışı
HƏMAS ilə danışıqlar və ÇAXAL-ın yerləşdirilməsi İsrailin baş naziri Benyamin Netanyahu iyulun 8-də axşam Ağ Evdə ABŞ prezidenti Donald Trampla 24 saat ərzində ikinci görüşü keçirib. Görüş tamamilə Qəzza zolağındakı vəziyyətə və atəşkəs perspektivlərinə həsr olunub. Vaşinqton İsrail və radikal HƏMAS qrupunun bu həftə 60 günlük “atəşkəs”in şərtləri ilə bağlı razılığa gəlməsini gözləyir. Hazırda yeganə mübahisəli məsələ İsrail Müdafiə Qüvvələrinin (IDF) Qəzzada fəaliyyət göstərən bölmələrinin fasilə zamanı harada yenidən yerləşdiriləcəyidir. Yaraqlılar İsrail hərbçilərinin anklavın mərkəzi hissəsində qalmasının və ona nəzarət edə bilmələrinin əleyhinədirlər. Benyamin Netanyahu iyulun 8-də ABŞ-a səfəri zamanı…
Daha çoxDünya səyyahları Ağdamda
Dünyaşöhrətli MTP (Most Traveled People) beynəlxalq səyyahlar klubunun 30 nəfərlik heyəti Qarabağa və Şərqi Zəngəzura səfər çərçivəsində Ağdam şəhərinə gəlib. On beş ölkədən səyyahların yer aldığı heyətə MTP klubunun təsisçisi, amerikalı Charles Veley rəhbərlik edir. SİA xəbər verir ki, xarici səyyahlar Ermənistan silahlı qüvvələrinin Ağdamda törətdiyi vəhşiliklər, eləcə də şəhər işğaldan azad olunandan sonra Azərbaycan dövlətinin həyata keçirdiyi tikinti-quruculuq işləri ilə tanış olacaqlar. Qeyd edək ki, beynəlxalq səyyahların 3 gün ərzində Füzuli-Xocavənd-Şuşa-Xankəndi-Xocalı-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl marşrutu üzrə hərəkət etməsi planlaşdırılır. Bu səfər işğaldan azad edilmiş ərazilərin “dark tourism” çərçivəsində tanıdılması, nəhəng bərpa-quruculuq işlərinin…
Daha çoxGəncə şəhərində qazın verilişi bərpa olunub
Gəncə şəhərində ikigünlük fasilədən sonra təbii qazın verilişi tam bərpa edilib. SİA-nın məlumatına görə, şəhərin bəzi ərazilərinin “mavi yanacaq”la təchizatı ötən gün axşamdan mümkün olub. Xatırladaq ki, Gəncə şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə qaztənzimləyici və bağlayıcı qurğular quraşdırılmaqla yüksək təzyiqli kollektorun yenidən qurulması ilə bağlı iyulun 8-i və 9-da “Gəncə-1″, “Gəncə-2” ölçü qovşağından və “Bağmanlar” əhali orta təzyiqli qaz xəttindən qaz təchizatı dayandırılıb.
Daha çoxBP Azərbaycanın mədəni irs layihəsinə dəstək verib
BP şirkəti Azərbaycanda həyata keçirdiyi sosial sərmayə fəaliyyətləri çərçivəsində daha bir mühüm mədəni irs layihəsinə dəstək verib. SİA xəbər verir ki, layihə çərçivəsində BP XX əsrin əvvəllərində Azərbaycanın intellektual və ədəbi həyatının formalaşmasında mühüm rol oynamış nüfuzlu nəşr olan “Dirilik” jurnalının bütün saylarının transliterasiya olunmuş variantının çapını maliyyələşdirib. Bütövlükdə layihə “Dirilik” jurnalının orijinal mətnlərinin əski əlifbadan (ərəb) Azərbaycan dilinin müasir əlifbasına transliterasiya etməklə həmin dəyərli yazıların bu günün oxucularına, tədqiqatçılarına və gələcək nəsillərə əlçatan olmasını təmin etmək məqsədi daşıyır. Bu təşəbbüs BP-nin Azərbaycanın zəngin mədəni irsini və tarixini təbliğ etmək…
Daha çoxİlham Əliyevlə Nikol Paşinyan arasında keçirilən görüşün nəticələri açıqlanıb
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş konstruktiv atmosferdə keçib. SİA xəbər verir ki, sülh gündəliyinin mühüm istiqamətləri – sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizinin açılması və inkişafı, sülh sazişinin paraflanması ilə bağlı çox ciddi və məzmunlu müzakirələr aparılıb. Bu danışıqların müxtəlif işçi qrupları formatında və daha yüksək səviyyələrdə davam etdirilməsi üçün ümumi razılıqlar əldə olunub.
Daha çoxDünya səyyahları Xankəndi şəhərinə səfər ediblər
Dünyanın 30 ölkəsindən Qarabağa səfər edən səyyahlar iyulun 10-da Füzuli və Şuşadan sonra Xankəndi şəhərinə gəliblər. SİA xəbər verir ki, səyyahlar Xankəndi şəhərinin mərkəzi meydanında həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq işləri ilə tanış olublar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qonaqlara Xankəndi azad edildikdən sonra görülən işlər barədə məlumat veriblər. Bildirilib ki, infrastrukturun qurulması ilə yanaşı, şəhərin əsl tarixi siması özünə qayıdır və bu gün Xankəndi Azərbaycanın ən gözəl şəhərlərindən birinə çevrilir. Şuşa şəhərində olduğu kimi, Xankəndi şəhər poçtundan da İrlandiya və Kanadaya məktub göndərilib.
Daha çoxPirallahıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirildi
10 iyul 2025-ci il tarixində Pirallahı rayonunda “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair” hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib. SİA xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Günay Əfəndiyeva, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Mirfaiq Mirheydərli, Qərbi Azərbaycan İcmasının Pirallahı rayonu üzrə nümayəndəsi Şakir Mikayılov, RİH başçısı Aparatının məsul əməkdaşları, şəhid ailələri, müharibə iştirakçıları, eləcə də yerli idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər. Tədbirdən əvvəl RİH başçısı və…
Daha çox“Yaxın gələcəkdə münaqişəyə tam son qoyulacağı ehtimalı zəif görünür”
“İran-İsrail münaqişəsinə nə vaxt son veriləcəyini proqnozlaşdırmaq olduqca çətindir, çünki bu qarşıdurma təkcə hərbi deyil, həm də ideoloji, siyasi və regional maraqlara əsaslanır”. Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib. Onun sözlərinə görə, hazırda elan olunan atəşkəs qısamüddətli sülhə ümid versə də, bu münaqişənin kökündə duran problemlər hələ də həll olunmayıb: “Tərəflər arasında dərin etimadsızlıq, strateji rəqabət və regionda nüfuz uğrunda mübarizə davam edir. İran, xüsusilə İsrailin Fələstin ərazilərindəki fəaliyyətlərini və Qüds məsələsini öz milli təhlükəsizlik strategiyasının əsas elementi kimi görür. Eyni zamanda, İsrail də İranın Yaxın Şərqdəki silahlı…
Daha çox