Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Almaniyanın bir neçə ay ərzində nüvə silahı əldə edəcəyini bəyan edib Bugünkü dünya düzəni baş verən dağıdıcı müharibələr və münaqişələrlə çalxalanır. Hər bir qitədə insan ölümləri, şəhər və qəsəbələrin dağıdılması, tarixi bunaların, memarlıq nümunələrinin məhv edilməsi müşahidə olunur. Ağır, böhranlı vəziyyəti aradan qaldırmaq, dünyada sülhü və təhlükəsizliyi təmin etmək üçün dövlətlər və onların başçıları o dərəcədə maraqlı görünmürlər. Çünki aparıcı dövlətlər müharibələrin baş verməsi ilə iri həcmli silahlarını satır, öz dövləti maraqlarını müharibə aparan dövlətlərə diktə edirlər. Rusiya BMT Təhlükəsizlik Şurasının daimi…
Daha çoxDay: July 10, 2025
“Hər cinsin özünəməxsus risk faktorları var”
“Psixi pozuntusu olan şəxslərin əksəriyyəti kişilərdir? Bu sualın cavabı sadə “bəli” və ya “xeyr” ilə verilə bilməz, çünki psixi pozuntuların növünə, diaqnoz meyarlarına, cinsiyyət fərqlərinə və sosial-mədəni təsirlərə görə dəyişir”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib. Psixoloq sözlərinə belə davam edib: “Əvvəlcə qeyd etmək lazımdır ki, psixi pozuntular həm qadınlarda, həm də kişilərdə rast gəlinir, lakin onların yayılma forması və özünü göstərmə tərzi fərqli ola bilər. Məsələn: Depressiya və Anksiyete pozuntulari qadınlarda kişilərə nisbətən daha çox diaqnoz olunur. Bu, həm bioloji faktorlarla (hormonal dəyişikliklər, psixososial yük), həm də…
Daha çoxTaksi sürücülərinin identifikasiyası üçün SİMA texnologiyasının tətbiqinə başlanılıb
SİMA rəqəmsal identifikasiya həlli artıq taksi sifarişi ötürülməsi üçün nəzərdə tutulmuş “Bolt”, “Uber” və “Yango” mobil tətbiqinə inteqrasiya edilib. Bu barədə SİA-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Məlumata əsasən, hazırda taksi sektorunda diqqət mərkəzində olan məsələlərdən biri qeydiyyatdan keçmiş avtomobildən fərqli nəqliyyat vasitəsilə xidmət göstərilməsi və sürücü profilinin başqa şəxslər tərəfindən istifadəsi hallarının mövcudluğudur: “Bolt”, “Uber” və “Yango” tətbiqinə SİMA texnologiyasının inteqrasiyası bu kimi halların qarşısının alınması istiqamətində mühüm bir addımdır və effektiv nəzarət mexanizmi təqdim edir. Həmçinin sərnişinlərin təhlükəsizliyini təmin etmək və…
Daha çoxSabah Bakıda 36 dərəcə isti olacaq
Azərbaycanda iyulun 11-də bəzi yerlərdə 36-38 dərəcə isti olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Belə ki, sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin iyulun 10-dan 11-nə keçən gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-70 %, gündüz 45-50 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi…
Daha çoxŞamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə iyulun 15-16-da Şamaxıda “Müasir informasiya məkanı və dini etiqad azadlığı” mövzusunda konfrans keçiriləcək. Bu barədə SİA-ya Dini Komitə məlumat yayıb. Bildirilib ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Medianın İnkişafı Agentliyi və Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri və dini icma sədrləri iştirak edəcəklər. Konfransda müasir informasiya mühitində dini etiqad azadlığının təmin olunması, bu sahədə mövcud qanunvericiliyin icrası məsələləri müzakirə olunacaq. Rəqəmsal medianın imkanlarından istifadə etməklə dini maarifləndirmə…
Daha çoxRusiyadan Kiyevə raket və dron hücumu olub
Rusiyanın Ukraynanın paytaxtı Kiyevə 18 raket və 400-ə yaxın pilotsuz uçuş aparatı (PUA) ilə hücumu nəticəsində 2 nəfər ölüb, 16 nəfər yaralanıb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ rəsmiləri Ukraynaya silah tədarükünə başladığını açıqlayıb. Rusiyanın Ukraynaya hücumları davam edir. İki gün əvvəl müharibə başlayandan bəri ən ağır hücumunu həyata keçirən Rusiya bu gecə paytaxt Kiyevə növbəti hücumunu həyata keçirib. Kiyev meri Vitali Kliçko hücumda 2 nəfərin öldüyünü, 16 nəfərin yaralandığını bildirərək deyib: “Şəhərdəki evlərə, avtomobillərə, anbarlara, ofislərə və bir çox binaya ziyan dəyib, yanğınlar başlayıb. Bir tibb məntəqəsi…
Daha çoxNeftin qiyməti 76 dolları keçib
Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,53 ABŞ dolları, yaxud 0,7 % artaraq 76,02 ABŞ dolları təşkil edib. Bu barədə SİA-ya neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin sentyabr fyuçerslərinin qiyməti 72,54 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 0,54 ABŞ dolları və ya 0,72 % artaraq 74,83 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı…
Daha çox“Tərəflər arasında davamlı dialoqun qorunması müsbət nəticədir”
“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla mümkün görüşü regional sülh prosesinin növbəti mühüm mərhələsi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib. Onun sözlərinə görə, bu cür görüşlər, xüsusilə neytral məkanda baş tutduqda, tərəflər arasında birbaşa dialoq üçün əlverişli şərait yaradır və vasitəçisiz danışıqlara imkan verir. Politoloq kimi hesab edirəm ki, bu görüşdən bir neçə vacib nəticə çıxa bilər: “Birincisi, sülh sazişinin imzalanması istiqamətində qalan texniki detallarla bağlı razılaşmalar əldə oluna bilər. Bu, prosesin konkret sənəd üzərində irəliləməsinə səbəb…
Daha çoxNyu-Meksikodan dəhşətli görüntülər
Nyu-Meksikodan dəhşətli görüntülər
Daha çoxİyulun 10-u Ümumdünya Hüquq Günüdür
İyulun 10-u Ümumdünya Hüquq Günü kimi qeyd edilir. SİA xəbər verir ki, bu gün 1967-ci ildə İsveçrənin Cenevrə şəhərində keçirilən “Qanun vasitəsilə dünya sülhü” konfransında elan olunub. Ümumdünya Hüquq Günü dövlət və özəl sektor rəsmilərini qanunun əhəmiyyətini göstərməyə, mütəxəssisləri hüququn cəmiyyətdəki rolunu müdafiə etməyə çağırır. Bu gün, həmçinin beynəlxalq mübahisələrin həllində və dünyada sülhün qorunmasında hüququn vacibliyini vurğulayır. Hazırda dünyada insan hüquqlarına dair ən əhəmiyyətli sənəd 1948-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsidir. Bu sənəd dünyadakı bütün kişi və qadınların malik olduqları hüquqları…
Daha çox