Türk Rivierasında heyranedici mənzərələrlə dolu unudulmaz səyahət

Türkiyənin sitrus ətirli cənub sahilləri – məşhur Türk Rivierası – Aralıq dənizi hövzəsinin ən gözəl və füsunkar bölgələrindən biri hesab olunur. Təbiətin bütün gözəlliklərini özündə birləşdirən bu möhtəşəm sahil zolağı, həm istirahət, həm də macəra dolu avtomobil səyahətləri üçün ideal şərait yaradır. Dumanlı dağların ətəklərində uzanan mənzərələr, mavi dənizlə birləşərək hər addımda sizi valeh edəcək. Kaşdan Alanyaya doğru uzanan marşrut boyunca yolçuları bir-birindən maraqlı, fərqli və yaddaqalan dayanacaqlar qarşılayır. Səfər boyunca qədim şəhərlər, sahil boyu yerləşən sakit koylar, şəffaf sulara sahib çimərliklər və hər kəsin zövqünə uyğun kiçik, səmimi sahil…

Daha çox

Ədliyyə orqanlarına qulluğa qəbul olan namizədlərlə icbari təlimlərə start verilib

Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib. SİA xəbər verir ki, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov açılış nitqi ilə çıxış edərək ədliyyə sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, nazirliyin kadr korpusunun gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və təlimə cəlb edilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Daha sonra Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev çıxış…

Daha çox

Milli Onkologiya Mərkəzinə 650 min manat ayrılıb

Prezident İlham Əliyev Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb. SİA xəbər verir ki, Sərəncamla Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinə 650,0 (altı yüz əlli) min manat ayrılıb. Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb. Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll edəcək. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Daha çox

Azərbaycanda “Radioelektron vasitələrə verilən icazələr” sistemi yenilənib

Azərbaycanda yenilənmiş “Radioelektron vasitələrə verilən icazələr” sisteminin təqdimatı keçirilib. SİA xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi məlumat yayıb. Təqdimat zamanı iştirakçılara sistemin əsas funksionallığı, tətbiq edilən yeni texnoloji imkanlar, istifadəçi interfeysinin təkmilləşdirilməsi, həmçinin təqdim olunan xidmətlərin optimallaşdırılması barədə ətraflı məlumat verilib, sistemdən istifadə qaydaları ilə bağlı praktiki nümunələr təqdim olunub, real vaxt rejimində müraciətlər üzrə icra mexanizmi nümayiş etdirilib. Həmçinin gələcəkdə funksionallığın daha da genişləndirilməsi, yeni xidmətlərin əlavə olunması və texniki dəstək imkanlarının təkmilləşdirilməsi istiqamətində görüləcək işlər barədə məlumat verilib. Müvafiq sahədə “Radioelektron vasitələrə verilən icazələr”…

Daha çox

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi

Üç dövlət qəzetinin təşkilati hüquqi forması dəyişdirildi. SİA-nın məlumatına görə, bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb. Dövlət başçısının imzaladığı sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Bakinski raboçi” qəzetinin redaksiyası əsasında Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Bakinski raboçi” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılır. Bundan başqa sənədə əsasən, Prezidentin İşlər İdarəsinin tabeliyində olan “Respublika” qəzeti və “Xalq qəzeti” redaksiyalarının birləşmə formasında yenidən təşkili yolu ilə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin tabeliyində “Xalq” qəzetinin redaksiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılacaq.

Daha çox

Kəlbəcərdə beynəlxalq səyyahlar İstisuda çimiblər

Qarabağ və Şərqi Zəngəzura səfər çərçivəsində MTP (“Most Traveled People”) beynəlxalq səyyahlar klubunun üzvləri Kəlbəcər rayonunda İstisunu ziyarət ediblər. SİA-nın məlumatına görə, səfər zamanı iştirakçılar bölgənin təbii sərvətləri, xüsusilə də şəfalı xüsusiyyətləri ilə tanınan İstisu mineral bulaqları ilə tanış olublar. İştirakçıların xüsusi təsir bağışlayan bulaqların şəfalı sularında şəxsən çimmək imkanı olub.

Daha çox

DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib

Bu ilin birinci yarımilində DOST mərkəzlərində 436 min vətəndaşa xidmət göstərilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən məlumata görə, 2019-cu ilin may ayından indiyədək ölkəmizdə 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Qarabağ Regional DOST Mərkəzinin Şuşada filialı açılıb. Beynəlxalq səviyyədə də yüksək qiymətləndirilən DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən müasir, çevik, şəffaf mexanizmlərlə vətəndaş məmnunluğuna uyğun təqdim edilir. DOST xidmətlərindən vətəndaş məmnunluğu 98,5 faizdir.

Daha çox

20 şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 20 şəhərlərarası və şəhərətrafı müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır. Bu barədə SİA-ya AYNA-dan məlumat verilib. Məlumata əsasən, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması ilə bağlı tədbirlər çərçivəsində Bakı-Sınıq Körpü, Bakı-Zaqatala, Bakı-Ağcabədi, Bakı-Naftalan, Sumqayıt-Quba, Şəki-Oğuz, Lənkəran-Sumqayıt, Gəncə-Qazax, Qazax-Gəncə, Bakı-Xankəndi-Laçın, Qurbanzadə kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qaramusalı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Qapanlı kəndi (Şəmkir)-Gəncə (Avtovağzal), Yalqışlaq kəndi (Göygöl)-Gəncə (Bağbanlar küçəsi), Qırıqlı kəndi (Göygöl)-Gəncə (Avtovağzal), Ağlavaşlı kəndi (Şəmkir)-Gəncə (Dəmiryol vağzalı), Ziyadlı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Qaradağlı kəndi (Goranboy)-Gəncə (Avtovağzal), Hacıalı kəndi (Samux)-Gəncə (Dəmiryol vağzalı), Bakı şəhəri 157…

Daha çox

Azərbaycanda sosial müəssisələrdəki şəxslərin qida normaları yenidən müəyyən ediləcək

Prezident İlham Əliyev “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə 21 iyun 2025-ci il tarixli qanunun tətbiqi və “Yaşayış minimumu haqqında” qanunun tətbiq edilməsi barədə 29 dekabr 2004-cü il tarixli fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb. SİA xəbər verir ki, fərmana əsasən, qanunda nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini dövlət başçısı həyata keçirir, səlahiyyətli orqanlar dedikdə isə Nazirlər Kabineti və Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi qismində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur. Nazirlər Kabineti “Yaşayış minimumu haqqında” qanunun 3.3-cü maddəsinə uyğun olaraq, tibb müəssisələrində, təhsil müəssisələrində…

Daha çox

Bu, açıq-aşkar ikiüzlülükdür!

Bir sıra Qərb ölkəsinin Tayvan məsələsində status-kvonun saxlanması ilə bağlı bəyanatları ikiüzlülükdür. SİA xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Kuala-Lumpurda ASEAN tədbirlərində iştirakından sonra keçirilən mətbuat konfransında deyib. “Çinin xarici işlər naziri Van Yi də Tayvan ətrafındakı vəziyyəti bir qədər təfərrüatı ilə xatırladıb, Tayvan məsələsinin Vahid Çin dövləti konsepsiyası əsasında yekun həllinin qaçılmazlığını qətiyyətlə vurğulayıb. Bəzi qərbli həmkarlarımızın Vahid Çin prinsipinə hörmət etdikləri, lakin status-kvonun dəyişdirilə bilməyəcəyi barədə dediyi sözlər bizi heyrətə gətirdi. Bu, məsələdən və hazırda Qərbin Tayvanla necə davranmasından ən kiçik məlumatı olan hər…

Daha çox