Azərbaycanda indiyə qədər 25 minə yaxın vətəndaş “Coursera” platformasından istifadə edib. SİA xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən “Sənaye 4.0 Forumu – Gələcəyin sənayesi: Texnologiya və insan gücü” adlı tədbirdə bildirib. Onun sözlərinə görə, İqtisadiyyat Nazirliyi ilə Elm və Təhsil Nazirliyinin birgə dəstəyi, ABŞ-ın “Coursera” şirkətinin iştirakı ilə dövlət-özəl tərəfdaşlığı çərçivəsində reallaşan “4Sİ Akademiyası” layihəsi bu sahədə mühüm rol oynayır. “Proqram çərçivəsində azərbaycanlı istifadəçilərin sertifikat alma faizi ötən illə müqayisədə iki dəfə artıb”, – deyə nazir qeyd edib.
Daha çoxDay: July 11, 2025
“Sülh gündəliyinin irəli aparılmasında Azərbaycanın liderliyini təsdiqlədi”
“Əbu-Dabi görüşü Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində həlledici görüş oldu. Öncə ev sahibi kimi Əbu-Dabinin seçilməsinə diqqət yetirsək, qeyd etməliyik, bu, təsadüfi seçim deyil. BƏƏ ilk növbədə dost ölkədir, ən əsası isə maraqlı və qərəzli tərəf deyil. Məkan seçimi Azərbaycan tərəfdən olub. Bu, sülh gündəliyinin irəli aparılmasında Azərbaycanın liderliyini təsdiqlədi”. Bu sözləri SİA-ya açıqlamasında deputat Nigar Məmmədova deyib. Nigar Məmmədova sözlərinə belə davam edib: “Prosesin ikitərəfli xarakter daşıması isə bir daha göstərdi ki, Azərbaycan-Ermənistan danışıqlar prosesində hər hansı 3-cü tərəfə ehtiyac yoxdur. Azərbaycan hər zaman Bakı ilə İrəvan…
Daha çoxSosial şəbəkələrdə sonsuzluğa çarə reklamları: ümid, yoxsa aldatma?
“Son zamanlar sosial şəbəkələrdə “sonsuzluğa çarə” tapdığını iddia edən həkimlərin və ya özünü bu sahənin mütəxəssisi kimi təqdim edən şəxslərin çıxışları geniş yayılmağa başlayıb. Bu cür paylaşımlar, xüsusilə də uzun müddət övlad həsrəti çəkən ailələr üçün ümidverici görünə bilər, lakin əslində çox zaman elmi əsaslardan uzaq, kommersiya məqsədli reklamlar olur”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, sosioloji baxımdan bu məsələ bir neçə mühüm problemə işarə edir. İlk növbədə, səhiyyə və sosial media münasibətlərində etik qaydalara əməl olunması vacibdir: “İnsan sağlamlığı ilə bağlı bu qədər…
Daha çoxAMB iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib
Azərbaycan Mərkəzi Bankı (AMB) “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Daha çoxPrezident ötən ilin dövlət büdcəsinin icrasını təsdiqləyib
Prezident İlham Əliyev Milli Məclisin iyulun 4-də qəbul etdiyi “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanunu təsdiqləyib. SİA xatırladır ki, ötən il büdcənin gəlirləri 37 milyard 161,8 milyon manat təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,5 %, proqnozdan isə 2,1 % çoxdur. Büdcənin xərcləri isə 37 milyard 713,6 milyon manat olub ki, bu da illik müqayisədə 3,4 % çox, proqnozdan isə 5,1 % azdır. İl ərzində büdcənin kəsiri 551,8 milyon manat və yaxud ÜDM-in 0,4 %-ni təşkil edib.
Daha çoxTaliban İrana xəbərdarlıq etdi
Taliban hökumətinin Baş nazirinin müavini Mövləvi Əbdülsəlam Hənəfi əfqanıstanlı qaçqınların kütləvi şəkildə deportasiyasına görə İrana xəbərdarlıq edib. SİA xəbər verir ki, bu haqda Əfqanistan televizyası məlumat yayıb. “Əfqan qaçqınlara qarşı kobud və ədalətsiz davranış iki ölkənin xalqları arasında nifrətin yaranmasına səbəb olur. Qaçqınların deportasiyası tədrici şəkildə edilməli, ləyaqət və qonşuluq prinsiplərinə əməl edilməli və əfqan qaçqınlara qarşı alçaldıcı rəftar olmamalıdır”,- Hənəfi tələb edib. Qeyd edək ki, 12 günlük İran-İsrail qarşıdurmasından sonra 300 mindən çox əfqanıstanlı qaçqın İrandan qovulub. Bununla da cari ildə ölkədən çıxarılan əfqanıstanlıların sayı 800 mini keçib.
Daha çoxQulluğa qəbul olan namizədlər üçün icbari təlimlərə start verilib
Ədliyyə Nazirliyinin kadr potensialının gücləndirilməsi sahəsində həyata keçirilən tədbirlər çərçivəsində ədliyyə orqanlarına qulluğa qəbulla bağlı keçirilmiş imtahanlardan uğur qazanaraq icbari təlimdə iştirak edəcək namizədlərlə Ədliyyə Akademiyasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə iştirak edən ədliyyə nazirinin müavini, nazirliyin Müsabiqə Komissiyasının sədri Abiddin Hüseynov çıxış edərək ədliyyə sistemində aparılan islahatlar, tətbiq olunan yeniliklər, nazirliyin kadr korpusunun gənc mütəxəssislər hesabına gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib və təlimə cəlb edilən namizədləri təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev icbari təlim prosesi…
Daha çoxUnikal gediş, uğurlu nəticə
Ermənistan və Azərbaycan liderlərinin Əbu-Dabi görüşü regionda sülhün təməlini qoydu Ermənistan və Azərbaycan hakimiyyəti arasında ən yüksək səviyyədə ilk birbaşa danışıqlar Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) baş tutub. Əvvəllər dövlət başçıları yalnız müxtəlif beynəlxalq sammitlərdə görüşürdü. Tərəflər 5 saat ərzində sülh müqaviləsinin imzalanmasını müzakirə ediblər, mətni hələ mart ayında razılaşdırılıb. Ciddi praktiki nəticə əldə olunmasa da, görüş faydalı oldu. Qarşıdan gələn hadisə bir gün əvvəl məlum oldu. Üstəlik, nə Bakı, nə də İrəvan əvvəllər belə bir şeyə eyham vurmayıblar. Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Baqdasaryan Nikol Paşinyanın planlarından danışıb, sanki…
Daha çoxAzərbaycanda orta aylıq əmək haqqı 9 % artıb
Bu ilin yanvar-may aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 9,1 % artaraq 1 095 manat təşkil edib. SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub. İyulun 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 milyon 769,2 min nəfər olub, onlardan 873 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 896,2 min nəfəri isə qeyri-dövlət…
Daha çoxKürdlər simvolik olaraq silahlarla ayrılırlar
Kürdüstan Fəhlə Partiyası tərksilah prosesinə başlayır Mayın 12-də özünü ləğv etdiyini elan edən Kürdüstan Fəhlə Partiyası (PKK) rəsmən tərksilah prosesinə başlayır. Silahların təhvil verilməsi mərasimi iyulun 11-də İraqın şimal-şərqində, PKK-nın əsas qüvvələrinin yerləşdiyi dağlarda yerləşən Süleymaniyyə şəhərində keçiriləcək. Bildirilir ki, silahların bir qismi ictimaiyyət üçün məhv ediləcək. Bu, 1980-ci illərdən Türkiyəyə qarşı partizan müharibəsi aparan kürd qruplaşmasının özünü dağıtmasına nail olmuş Ankaranın tələblərindən biridir. Bununla belə, Süleymaniyyədəki mərasim yalnız sülh prosesinin başlanğıcını qeyd edən simvolik bir aksiyadır və bu müddət ərzində hələ də bir çox problemlərin həlli tələb olunur. PKK-nın…
Daha çox