Türkiyənin Ermənistanla həmsərhəd olan Qars vilayətində dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması üzrə təlimlər keçirilib. SİA xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) təşkilatçılığı ilə keçirilən təlimlərin ssenarisi könüllü dəstələrin iştirakı ilə fövqəladə qərargahın yaradılması və yerlərdə əməliyyat tədbirlərini nəzərdə tutub.
Fövqəladə mərkəzə rəhbərlik edən Qars valisi Ziya Polat Şərqi Anadoluda yüksək seysmik aktivliyə diqqət çəkib, bu da dağıdıcı yeraltı təkanlar zamanı daimi sayıqlıq tələb edir.
“Fövqəladə vəziyyətin nəticələri ilə mübarizə planı hazırdır və daim yenilənir, lakin hərəkətləri yerlərdə təcrübədən keçirmək vacibdir”, – deyə şərq əyalətinin valisi vurğulayıb.