Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçu bu ölkənin milli bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə…
Daha çoxDay: July 13, 2025
Türkiyədə zəlzələ olub
Bu gün səhər tezdən, Bakı vaxtı ilə saat 06:34-də olan məlumata görə, Türkiyənin Manisa bölgəsində 3,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumatı təsdiqləyib.
Daha çoxLavrov Çinə gedib
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Çinə gəlib. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, ŞƏT-in XİNŞ iclası 14–15 iyul tarixlərində Tyançzin şəhərində keçiriləcək. Nazirlik səviyyəsində keçirilən bu iclas təşkilatın 30 avqust – 1 sentyabr tarixlərində həmin şəhərdə baş tutacaq sammitinə hazırlıq baxımından əsas mərhələlərdən biri olacaq. Diplomatın sözlərinə görə, Lavrovun tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Daha çoxTürkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb
Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb. Bu barədə SİA “Hürriyet”ə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib. Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Daha çoxTramp ticarət gərginliyini artırıb
ABŞ Prezidenti Donald Tramp şənbə günü Avropa İttifaqı və Meksikadan idxal olunan mallara qarşı 1 avqustdan etibarən 30% gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. SİA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, bu bəyanat, ABŞ-ın əsas ticarət tərəfdaşları ilə aparılan bir neçə həftəlik danışıqların genişmiqyaslı ticarət sazişi ilə nəticələnməməsindən sonra verilib. ABŞ-ın müttəfiqlərini qəzəbləndirən və investorları narahat edən ticarət müharibəsinin növbəti mərhələsində Tramp bu tarifləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə və Meksika Prezidenti Klaudiya Şeinbauma ünvanladığı məktublarla elan edib. Həmin məktublar Trampın “Truth Social”…
Daha çoxÇin və ASEAN arasında ticarət sazişi Xaynanın ticarət dövriyyəsini artırır
Pekin və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında azad ticarət sazişi Çinin cənubundakı Haynan əyalətinin ticarət dövriyyəsini artırır. SİA xəbər verir ki, bu barədə yerli gömrüyə istinadən “Çjonqo Sinvyenvan” informasiya portalı məlumat yayıb. Məlumata görə, yanvar-iyun aylarında Haykou şəhərinin (Haynanın inzibati mərkəzi) səlahiyyətli orqanları Çin-ASEAN azad ticarət zonasından olan mallar üçün 1 400-dən çox mənşə sertifikatı verib. Bu məhsulların dəyəri 1,22 milyard yuan (cari məzənnə ilə 170 milyon dollar) olaraq qiymətləndirilir ki, bu da 2024-cü ilin eyni dövrü üçün qeydə alınan rəqəmdən 29,6 % çoxdur. Qeyd edilir ki, bu, Haynan…
Daha çoxTramp sui-qəsd cəhdinin təhqiqatından məmnun olduğunu bildirib
ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada keçirilən mitinqdə bir il əvvəl ona qarşı sui-qəsd cəhdinin araşdırılmasının nəticələrindən ümumilikdə razı olduğunu bildirib. SİA xəbər verir ki, bu barədə Tramp “Fox News” telekanalına müsahibəsində məsələ ilə bağlı sualı cavablandırarkən deyib: “Mən dəfələrlə həm FTB, həm də Məxfi Xidmət tərəfindən məlumatlandırılmışam. Onlar mənə məlumat veriblər və mən bundan razıyam”. Amerika lideri sui-qəsdin onun müdafiəsinə cavabdeh olan şəxslərin bir neçə səhvinin nəticəsi olduğuna diqqət çəkib. Tramp cinayətkarı tez aradan qaldırmağı bacaran snayperi də qeyd edib. “Bizim snayperimiz onu beş saniyədən az bir müddətdə bir atışla…
Daha çoxCənubi Koreyada tələbələrin boykotu başa çatdı
Cənubi Koreyada hökumətin tibb fakültələrinə qəbul kvotasını artırmaq planına qarşı keçirilən kütləvi boykot aksiyası sona çatır. Cənubi Koreya Tibb Tələbələri Assosiasiyası iyulun 12-də parlamentin təhsil və rifah komitəsinin iclasında boykotun dayandırıldığını və tələbələrin dərslərə qayıdacaqlarını açıqlayıb. SİA xəbər verir ki, dərslərin bərpa ediləcəyi dəqiq tarix hələlik açıqlanmayıb. “Biz Milli Assambleya və hökumətə etimad göstərərək təhsilimizi davam etdirəcəyik, səhiyyə sisteminin normallaşmasına töhfə verəcəyik”, – deyə assosiasiyanın bəyanatında bildirilir. Xatırladaq ki, boykot 2024-cü ilin fevralında başlamışdı və ölkə üzrə intern və rezident həkimlərin 93 faizindən çoxu bu aksiyaya qoşulmuşdu. Etirazçılar hökumətin 2025-ci…
Daha çoxBu gün 41 dərəcə isti olacaq
Azərbaycanda iyulun 13-də havanın əsasən yağmursuz keçəcəyi, bəzi yerlərdə 41 dərəcə isti olacağı gözlənilir. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın günəşli keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 40-45 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.…
Daha çoxTürkiyədə kütləvi zəhərlənmə oldu
Türkiyədə kütləvi zəhərlənmə oldu
Daha çox