Qətər Suriyanın Latakiya vilayətində on gündür tüğyan edən meşə yanğınlarının söndürülməsi əməliyyatlarına qoşulub. SİA SANA xəbər agentliyinə istinadla bildirir ki, Qətərin bu məqsədlə göndərdiyi yardımın ilk partiyası artıq Hələb beynəlxalq aeroportuna çatıb. Suriya Mülki Aviasiya Baş İdarəsinin açıqlamasında bildirilir ki, üç təyyarənin göyərtəsində iki yanğınsöndürmə helikopteri, bir neçə yanğınsöndürən və təcili yardım maşını, logistik dəstək avadanlıqları, eləcə də yanğınsöndürən heyətlər göndərililb.
Daha çoxDay: July 13, 2025
Elnur Məmmədov Xorvatiyada beynəlxalq forumda iştirak edib
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Xorvatiyanın Dubrovnik şəhərində “Dubrovnik Forumu – dəyişikliyə yön vermək” adlı beynəlxalq tədbirdə iştirak edib. Bu barədə SİA-ya Xarici İşlər Nazirliyindən bildirilib. Səfər çərçivəsində nazir müavini forumun “Avropa və Asiyanın birləşdirilməsi: Tərəfdaşlıq və rifah yolları” adlı panel müzakirəsinə qatılıb. O, çıxışında Avropa ilə Asiya arasında siyasi və iqtisadi əlaqələrin möhkəmləndirilməsinin beynəlxalq sabitlik və davamlı inkişaf baxımından strateji əhəmiyyət kəsb etdiyini qeyd edib, Azərbaycanın bu iki qitə arasında yerləşən etibarlı tərəfdaş və dayanıqlı nəqliyyat-logistika dəhlizi kimi artan roluna toxunub. E.Məmmədov Azərbaycanın nəqliyyat, enerji və…
Daha çoxİran İsrailə qarşı nüvə silahından istifadə etməyə hazırdır
İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İran guya nüvə bombası yaratmağa və ondan yəhudi dövlətinə qarşı istifadə etməyə hazırdır. SİA-nın məlumatına görə, onun sözlərini “Fox News” telekanalı sitat gətirib. Netanyahu iddia edib ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) “zənginləşdirilmiş uranla silahlanmağa” çalışır. “Biz bunu gördük. Biz dedik ki, bir il sonra onların nüvə bombası olacaq və ondan istifadə edəcəklər. Digər nüvə güclərindən fərqli olaraq, əslində ondan istifadə edib bizi Yer üzündən
Daha çoxSabah Bakıda 40 dərəcə isti olacaq
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq. Bu barədə SİA-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 21-26°…
Daha çoxPrezident İlham Əliyev monteneqrolu həmkarını təbrik edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Monteneqro Prezidenti Yakov Milatoviçu bu ölkənin milli bayramı münasibətilə təbrik edib. SİA xəbər verir ki, təbrikdə deyilir: “Monteneqronun milli bayramı münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram. Azərbaycan Monteneqro ilə münasibətlərinin inkişafına böyük önəm verir. Bu gün xoş ənənələr üzərində qurulmuş və konstruktiv ruhda inkişaf edən dövlətlərarası əlaqələrimiz və əməkdaşlığımız məmnunluq doğurur. Keçən ilin noyabrında COP29-da iştirak etmək üçün Sizin ölkəmizə səfəriniz Azərbaycan-Monteneqro əlaqələrinin inkişafı baxımından əhəmiyyət kəsb edir. Hazırda müxtəlif sahələrdə, xüsusilə də iqtisadiyyat, turizm, sərməyə…
Daha çoxTürkiyədə zəlzələ olub
Bu gün səhər tezdən, Bakı vaxtı ilə saat 06:34-də olan məlumata görə, Türkiyənin Manisa bölgəsində 3,5 bal gücündə zəlzələ baş verib. SİA xəbər verir ki, bu barədə NTV telekanalı məlumat yayıb Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumatı təsdiqləyib.
Daha çoxLavrov Çinə gedib
Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) iclasında iştirak etmək üçün Çinə gəlib. SİA xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın verdiyi məlumata görə, ŞƏT-in XİNŞ iclası 14–15 iyul tarixlərində Tyançzin şəhərində keçiriləcək. Nazirlik səviyyəsində keçirilən bu iclas təşkilatın 30 avqust – 1 sentyabr tarixlərində həmin şəhərdə baş tutacaq sammitinə hazırlıq baxımından əsas mərhələlərdən biri olacaq. Diplomatın sözlərinə görə, Lavrovun tədbir çərçivəsində bir sıra ikitərəfli görüşləri də planlaşdırılıb.
Daha çoxTürkiyədə yaşayış binasında yanğın zamanı 3 nəfər ölüb
Türkiyənin paytaxtı Ankaranın Çankaya rayonunda yaşayış kompleksinin hündürmərtəbəli binanın dördüncü mərtəbəsində baş verən güclü yanğın zamanı biri azyaşlı olmaqla 3 nəfər ölüb. Bu barədə SİA “Hürriyet”ə istinadən xəbər verir. Məlumata görə, hadisə zamanı daha 20 nəfər tüstüdən zəhərlənib. Qeyd edilir ki, hadisənin başvermə səbəbi məlum deyil. Faktla bağlı araşdırmalara başlanılıb.
Daha çoxTramp ticarət gərginliyini artırıb
ABŞ Prezidenti Donald Tramp şənbə günü Avropa İttifaqı və Meksikadan idxal olunan mallara qarşı 1 avqustdan etibarən 30% gömrük rüsumu tətbiq edəcəyi ilə hədələyib. SİA xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb. Məlumata görə, bu bəyanat, ABŞ-ın əsas ticarət tərəfdaşları ilə aparılan bir neçə həftəlik danışıqların genişmiqyaslı ticarət sazişi ilə nəticələnməməsindən sonra verilib. ABŞ-ın müttəfiqlərini qəzəbləndirən və investorları narahat edən ticarət müharibəsinin növbəti mərhələsində Tramp bu tarifləri Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenə və Meksika Prezidenti Klaudiya Şeinbauma ünvanladığı məktublarla elan edib. Həmin məktublar Trampın “Truth Social”…
Daha çoxÇin və ASEAN arasında ticarət sazişi Xaynanın ticarət dövriyyəsini artırır
Pekin və Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) arasında azad ticarət sazişi Çinin cənubundakı Haynan əyalətinin ticarət dövriyyəsini artırır. SİA xəbər verir ki, bu barədə yerli gömrüyə istinadən “Çjonqo Sinvyenvan” informasiya portalı məlumat yayıb. Məlumata görə, yanvar-iyun aylarında Haykou şəhərinin (Haynanın inzibati mərkəzi) səlahiyyətli orqanları Çin-ASEAN azad ticarət zonasından olan mallar üçün 1 400-dən çox mənşə sertifikatı verib. Bu məhsulların dəyəri 1,22 milyard yuan (cari məzənnə ilə 170 milyon dollar) olaraq qiymətləndirilir ki, bu da 2024-cü ilin eyni dövrü üçün qeydə alınan rəqəmdən 29,6 % çoxdur. Qeyd edilir ki, bu, Haynan…
Daha çox