İyulun 14-də Bakı vaxtı ilə saat 00:05-də “bitcoin”in məzənnəsi əvvəlki maksimum qiymətdən yuxarı qalxaraq 119 min dollar həddini keçib. SİA xəbər verir ki, bunu “Binance” platformasının məlumatları sübut edir. Ticarət həcminə görə ən böyük kriptovalyuta birjası olan “Binance”də “Bitcoin”in qiyməti 119.025 min dollardır. Əvvəlki tarixi maksimuma iyulun 11-i səhər saatlarında nail olunub – 118 min dollar.