Azərbaycan Mərkəzi Bankı (AMB) “İpək Yolu Sığorta” və “PAŞA Sığorta” ASC-lərə icrası məcburi sərəncam verib. SİA bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, hər iki sığorta şirkətində aparılan monitorinq zamanı müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələrin bağlanmaması üzrə çıxıb. Odur ki, “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Daha çoxDay: July 14, 2025
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Konstitusiya Məhkəməsindən SİA-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 77 və 102 maddələrinin şərh edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun iyulun 30-na təyin edilmiş iclasında baxılacaq.
Daha çoxAzərbaycan-Vytenam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək
İyulun 16-17-də Hanoyda İqtisadi, ticarət, elmi və texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının 3-cü iclası keçiriləcək. SİA xəbər verir ki, komissiyanın iclasının keçirilməsi barədə razılıq Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın mayın əvvəlində Azərbaycana səfəri zamanı əldə olunub. Komissiyanın Azərbaycan tərəfdən həmsədri energetika naziri Pərviz Şahbazov, Vyetnam tərəfdən isə sənaye və ticarət naziri Nquyen Honq Diendir. Hökumətlərarası komissiyanın iclası çərçivəsində Vyetnam-Azərbaycan Biznes Forumu, habelə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ilə Vyetnam Milli Sahibkarlıq Assosiasiyası arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Vyetnam-Azərbaycan Birgə Biznes…
Daha çoxPutinin Ermənistan planı – Paşinyanın qarşısına Karapetyanı çıxarır
Putinin Ermənistan planı – Paşinyanın qarşısına Karapetyanı çıxarır
Daha çoxAzercell-dən “Premium” tarifistifadəçilərinə 6 aylıqpulsuz “Wolt+” abunəliyi
Azercell-dən “Premium” tarifistifadəçilərinə 6 aylıqpulsuz “Wolt+” abunəliyi
Daha çox14 iyul 1969-cu il – intibah və inkişafın başlanğıcı
Müstəqil Azərbaycan dövlətinin memarı Ümummilli Lider Heydər Əliyevin çoxəsrlik dövlətçiliyimiz tarixində müstəsna yeri vardır. Ulu Öndər fəaliyyətinin hər bir məqamı ilə xalqın, dövlətin mənafeyinə xidmət etmiş, Azərbaycan dövlətinin və xalqının bütövlüyü uğrunda fədakarlıqla çalışmış, müstəqilliyimizin möhkəmləndirilməsi, dövlətçiliyimizin inkişafı, xalqın rifah halının daha da yaxşılaşdırılması üçün misilsiz xidmətlər göstərmişdir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Dahi şəxsiyyət 56 il əvvəl möhkəm təməlini qoyduğu milli inkişaf platformasını gerçəkləşdirməklə adını Azərbaycanın dövlətçilik salnaməsinə qızıl hərflərlə…
Daha çoxSumqayıtda ”Unudulmaqda olan adət-ənənələr” adlı layihənin növbəti tədbiri keçirilib
Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının akt zalında Azərbaycan Respublikası QHT-lərə dövlət dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qloballaşma və Milli Həmrəylik” İctimai Birliyi (QMHİB) tərəfindən həyata keçirilən ”Unudulmaqda olan adət-ənənələr” adlı layihənin növbəti tədbiri keçirilib. SİA xəbər verir ki, tədbirdə Sumqayıt şəhərinin zyalıları, mədəniyyət işçiləri, gənclər və digər ictimaiyyət nümayəndələri iştirak ediblər. QMHİB-nin sədri Həsən Qarayev tədbir iştirakçılarını və qonaqları salamladıqdan sonra tədbirin Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2025-ci ili ”Konstitusiya və Suverenlik İli” elan etməsi ilə bağlı 28 dekabr 2024-cü il tarixdə imzaladığı Sərəncamın ruhuna uyğun, həmçinin Azərbaycan…
Daha çoxAzərbaycanda taksi istifadəçilərinin sayı azalıb
Cari ilin yanvar-iyun aylarında Azərbaycanda taksi xidmətindən istifadə edən sərnişinlərin sayı 39 822 nəfər olub, bu da illik müqayisədə 0,6% azalma deməkdir. Bu baradə SİA Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Məlumata əsasən, ötən ilin birinci yarısında taksi xidmətindən 40 062,5 müştəri istifadə edib. Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 6,2% artaraq 900 898,5 min təşkil edib.
Daha çoxAzərbaycan-Suriya əlaqələri ölkəmizin Yaxın Şərq siyasətində mühüm istiqamətdir
Azərbaycanın xarici siyasətində ikitərəfli əlaqələrin inkişafı əsasdır. Açıq və çoxşaxəli xarici siyasət kursu həyata keçirən ölkəmiz hər zaman əməkdaşlıq məkanı kimi dünyanın diqqətindədir. Bugünkü reallıqları bir daha ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və roluna işıq salır. Bu baxımdan Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana ilk səfəri mühüm əhəmiyyət kəsb edir. Reallıq budur ki, Azərbaycanın ərəb ölkələri ilə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. Azərbaycanın ərəb dünyası ilə dərin tarixi-mədəni bağlılığı var. Bu mühüm məqamı da xüsusi qeyd edək ki, Əsəd rejiminin avtoritar və qapalı xarici siyasəti…
Daha çoxSosial xidmətlərdə keyfiyyətcə yeni mərhələ: “DOST” mərkəzləri
Prezident İlham Əliyev: “İnnovativ inkişaf bizim siyasətimizin əsas istiqamətlərindən biridir” Azərbaycanda uğurlu sosial siyasət insanların rifah halının yaxşılaşmasına, ölkəmizdə etibarlı sosial müdafiə sisteminin formalaşmasına zəmin yaradıb. Dövlət başçısının göstəriş və tapşırıqları ilə reallaşan islahatlar bir daha təsdiqləyir ki, ölkəmizin gələcəyi, əhalinin həyat səviyyəsinin yüksəldilməsi, güzəranının yaxşılaşdırılması sahəsində atılan addımlar insanların xoşbəxt gələcəyinin təminatına yönəldilib. Azərbaycan vətəndaşlarında məmnunluq yaradan DOST mərkəzləri ölkəmizin dövlət sosial xidmətləri sahəsində “ASAN xidmət”dən sonra Azərbaycanın yeni brendinə çevrilib. Bu, ölkəmizin dövlət sosial xidmətlərinin innovativ yanaşmalar əsasında, tam şəffaf mexanizmlər üzərində qurulub. Ölkə başçısının “Əhalinin məşğulluğu, əmək,…
Daha çox