Pakistanda 24 saat ərzində 93 nəfər ölüb

Son 24 saatda Pakistana təsir edən musson yağışlarının səbəb olduğu daşqınlarda 63 nəfərin öldüyü, 290 nəfərin yaralandığı bildirilib. SİA xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın Pəncab əyalətində çərşənbə səhərindən bəri davam edən güclü musson yağışları son 24 saatda ən azı 63 nəfərin ölümünə, 290 nəfərin yaralanmasına səbəb olub. Milli Fəlakətlərin İdarə Olunması İdarəsi bildirib ki, ölənlərin çoxu binaların uçması nəticəsində baş verib. Pəncab əyalətinin baş naziri Məryəm Navaz sosial şəbəkədəki paylaşımında vilayətin bir sıra bölgələrində fövqəladə vəziyyət elan edildiyini açıqlayıb. Navaz deyib: “Hökumət qurumları səylə işləyir”. O, vətəndaşları təhlükəsizlik…

Daha çox

Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunan əməliyyat müşavirəsi keçirilib

Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2025-ci ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, istintaq işi, prokuror nəzarəti sahələrində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. SİA xəbər verir ki, müşavirədə çıxış edən Bakı şəhər prokuroru Elşən Abbasov cari ilin aprel ayının 18-də Pirallahı, 25-də Nəsimi rayon prokurorluqlarının yeni inzibati binalarının, may ayının 8-də Bakı şəhər prokurorluğunun yeni inzibati korpusunun istifadəyə verilməsi barədə məlumat verib. Əməliyyat müşavirəsində Baş prokurorun müəyyənləşdirdiyi vəzifələrin icrası üzrə Bakı şəhərinin prokurorluq orqanlarının digər hüquq mühafizə orqanları ilə birlikdə cinayətkarlığa qarşı…

Daha çox

“Sənaye 4.0 Hazırlıq Proqramı”na müraciət üçün portal istifadəyə verilib

Azərbaycanda yerli bizneslərin texnoloji transformasiyasını sürətləndirmək imkanlarını gücləndirmək məqsədilə “Sənaye 4.0 Hazırlıq Proqramı”na qeydiyyat üçün nəzərdə tutulan “industry4.az” portalı istifadəyə verilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzinə (4SİM) istinadən xəbər verir. “Sənaye 4.0 Hazırlıq Proqramı” texnologiyaların tətbiqi və mənimsənilməsi vasitəsilə müəssisələrin səmərəliliyini artırmaq, onların uzunmüddətli davamlı inkişafına dəstək məqsədi daşıyır, ölkədə rəqəmsal iqtisadiyyatın inkişafına töhfə vermək üçün strateji əhəmiyyət kəsb edir. Proqram çərçivəsində aşağıdakı fəaliyyətlər nəzərdə tutulur: Şirkətlərin mövcud texnoloji bacarıqlarının və potensialının qiymətləndirilməsi; Texnoloji transformasiyaya dair yol xəritələrinin hazırlanması; …

Daha çox

İran yenə hədələnir

Tehran avqustun sonuna qədər nüvə danışıqlarını bərpa etməlidir ABŞ və Aİ3 (Böyük Britaniya, Fransa və Almaniya) İranın nüvə proqramı ilə bağlı ABŞ-la danışıqlar masasına qayıtması üçün son tarix kimi avqustun sonunu təyin ediblər. Əks halda, Avropa ölkələri BMT Təhlükəsizlik Şurasının təxminən on il əvvəl nüvə sazişi, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) şərtlərinə əsasən İrandan götürdüyü sanksiyaları bərpa edəcəyinə söz verir. İran prezidenti Məsud Pezeşkian ölkəsinin diplomatik prosesə tam açıq olduğunu bildirib. Amma əsas intriqa İsraillə İran arasında müharibədən və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələrindən sonra Yaxın Şərqdə yaranmış yeni siyasi…

Daha çox

Fransa hərbi kontingentinin Seneqaldan çıxarılmasını başa çatdırıb

Fransa Seneqaldakı son iki hərbi bazanı yerli hakimiyyətə təhvil verərək ölkədən öz hərbi kontingentinin çıxarılmasını tam başa çatdırıb. SİA-nın “Al Arabia”ya istinadən verdiyi məlumata görə, bu, Fransanın Qərbi və Mərkəzi Afrikada hərbi mövcudluğunun dayandırılmasının son mərhələsi olub. Fransanın və Seneqalın yüksək vəzifəli nümayəndələrinin iştirakı ilə keçirilən rəsmi mərasimdə Paris ölkədəki ən böyük hərbi baza olan Kemp-Qeyli və Dakar beynəlxalq hava limanında yerləşən hərbi aerodromu geri qaytarıb. Daha əvvəl Seneqal ordusu ilə birgə əməliyyatlar keçirən təxminən 350 fransız hərbçisi Seneqal ərazisini tərk edir. Bu, bu ilin mart ayında başlayan üç aylıq…

Daha çox

2 mindən çox cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib

Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 2722 cinayət işinin istintaqı tamamlanaraq, 2151 iş məhkəmələrə göndərilib. SİA xəbər verir ki, bu barədə Bakı şəhər prokurorluğunun 2025-ci ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində deyilib. Bildirilib ki, ümumilikdə şəhərin prokurorluq orqanları tərəfindən hesabat dövründə 130 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 86 iş baxılması üçün müvafiq məhkəmələrə göndərilib.

Daha çox

Qurbanqulu Berdiməhəmmədova Cıdır düzündə “Dostluq” adlı Qarabağ atı hədiyyə edilib

İyulun 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə olublar. SİA xəbər verir ki, burada Qarabağ atlarının təqdimatı keçirilib. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə edib.

Daha çox

STM işğaldan azad olunmuş ərazilərdə tədqiqat həyata keçirir

Sosial Tədqiqatlar Mərkəzi Böyük Qayıdış prosesinin təşkilinin, o cümlədən davamlılığının qiymətləndirilməsi, qayıdan vətəndaşların məmnuniyyətinin ölçülməsi məqsədilə ilk dəfə olaraq işğaldan azad olunmuş ərazilərdə tədqiqat həyata keçirir. SİA xəbər verir ki, “Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində azad olunan torpaqlarda məskunlaşdırılan vətəndaşlar arasında dayanıqlılıq və məmnuniyyət” adlı tədqiqat layihəsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda ümumilikdə 1100 nəfərlə ictimai rəy sorğusu aparılır. Hazırda davam edən sorğu qayıdışın reallaşdığı əraziləri, o cümlədən Ağdam rayonu (Sarıcallı və Kəngərli kəndləri), Ağdərə rayonu (Həsənriz və Suqovuşan kəndləri), Füzuli şəhəri, Şuşa şəhəri, Xocalı rayonu (Xocalı…

Daha çox

Azərbaycanda 6 ayda vergi ödəyicilərinə xidmət mərkəzlərində 290 minə yaxın şəxs qəbul edilib

Bu ilin yanvar-iyun aylarında Azərbaycandakı vergi ödəyicilərinə xidmət mərkəzlərində ümumilikdə 289 310 şəxs qəbul edilib. SİA bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. Onlara 456 881 sayda xidmət göstərilib ki, bunun da 158,8 mindən çoxu şifahi (müraciət etmiş şəxslərin vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar suallarının cavablandırılması), 105 mindən çox isə elektron (bəyannamələrin və hesabatların, habelə müxtəlif ərizələrin tərtibatına və elektron formada göndərilməsinə köməklik göstərilməsi) xidmətlər olub. Qeyd olunan 9 xidmət dövr ərzində göstərilmiş ümumi (şifahi və hazır sənədlərin verilməsi ilə bağlı xidmətlər istisna olmaqla) xidmətlərin…

Daha çox