Əs-Suveyda silahlı toqquşmalar tamamilə dayandırıldı


Suriyada yerli Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb. SİA SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın keçid hökumətindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba deyib. “Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı qruplaşmaların yaraqlıları yoxdur və bütün şəhərdə qarşıdurmalar dayanıb”, – deyə əl-Baba bildirib.

Qeyd edək ki, bir az əvvəl Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa bu şəhərdə atəşkəs elan edib.

Əlaqəli Xəbərlər