Bu gün yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında iyulun 20-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, yarımadanın bəzi yerlərində 40°-yə yaxın isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.…

Daha çox

İranın şimalında güclü zəlzələ olub

İranın şimalında 5,6 bal gücündə zəlzələ qeydə alınıb. SİA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb. “Zəlzələ UTC vaxtı ilə 21:37-də (bazar günü Bakı vaxtı ilə 01:37) İranın 244 min nəfərdən çox əhalisi olan Qorqan şəhərindən 46 kilometr aralıda baş verib”, – məlumatda deyilir. Mərkəz qeyd edib ki, tələfat və dağıntılar barədə məlumat yoxdur.

Daha çox

Toxuma xərçənginin analizini yaxşılaşdıran alət hazırlanıb

Oreqon Sağlamlıq və Elm Universitetinin (OHSU) tədqiqatçıları insan toxumasında hüceyrə tiplərinin öyrənilməsini asanlaşdıran, xərçəng araşdırmalarında inqilabi rol oynaya biləcək yeni bir alət “OmicsTweezer” hazırlayıblar. SİA “MedicalXpress” portalına istinadla xəbər verir ki, yeni alət biopsiya yolu ilə əldə olunan toxuma nümunələrindəki hüceyrə tərkibini dəqiqliklə analiz etməyə imkan verir. “OmicsTweezer” bu məqsədlə böyükhəcmli bioloji məlumatları təhlil etmək üçün süni intellektin bir qolu olan dərin öyrənmə (deep learning) və optimal daşıma (optimal transport) kimi qabaqcıl maşın tədqiqatı metodlarından istifadə edir. Tədqiqatın nəticələri “Cell Genomics” jurnalında dərc olunub. Layihənin baş müəllifi, OHSU-nun dosenti Zenq…

Daha çox

Əs-Suveyda silahlı toqquşmalar tamamilə dayandırıldı

Suriyada yerli Əs-Suveyda şəhərində silahlı toqquşmalar tamamilə dayandırılıb. SİA SANA agentliyinə istinadla xəbər verir ki, bunu Suriyanın keçid hökumətindəki Daxili İşlər Nazirliyinin nümayəndəsi Nurəddin əl-Baba deyib. “Hazırda Əs-Suveydada qeyri-qanuni silahlı qruplaşmaların yaraqlıları yoxdur və bütün şəhərdə qarşıdurmalar dayanıb”, – deyə əl-Baba bildirib. Qeyd edək ki, bir az əvvəl Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd əl-Şaraa bu şəhərdə atəşkəs elan edib.

Daha çox

Konqo hökuməti ilə M23 qruplaşması sülh sazişi ilə bağlı razılığa gəlib

Konqo Demokratik Respublikası hökuməti ilə M23 silahlı qruplaşması avqustun 18-dək sülh sazişi imzalamaqla bağlı razılığa gəlib. SİA xəbər verir ki, razılıq iyulun 19-da Dohada keçirilən görüşdə əldə edilib. Tərəflər arasında danışıqlara Qətər hökuməti vasitəçilik edib. Qeyd edək ki, M23 qruplaşması Ruandanın dəstəyi ilə Konqo Demokratik Respublikasının Qoma şəhərini, Şimali Kivu və Cənubi Kivu əyalətlərini ələ keçirib. Bu regionlar qızıl və nadir metal yataqları ilə zəngindir. Bütün xəbərlər Facebook səhifəmizdə Your browser does not support the video tag. Sizin reklam yeriniz

Daha çox

“Vifa” qasırğasına görə 500 uçuş təxirə salındı

Çinin Honkonq xüsusi inzibati ərazisində “Vifa” qasırğasına görə ilin ən yüksək həyəcan səviyyəsi – T8 elan edilib, 500-dən çox uçuş təxirə salınıb. SİA Çin mediasına istinadla xəbər verir ki, gecəyarı qüvvəyə minən T8 xəbərdarlığı iyulun 20-də bütün günü qüvvədə olacaq. Proqnozlara görə “Vifa” səhər saatlarında Mirvari çayının deltasına olduqca yaxın, Honkonqdan təxminən 50 kilometr cənubda olacaq. Honkonq beynəlxalq hava limanından bildiriblər ki, iyulun 20-də saat 6:00-dan axşam 12:00-dək heç bir təyyarə havaya qalxmayacaq. Bununla belə, hazırda uzaq məsafələrdən Honkonq istiqamətində uçuş yerinə yetirən az sayda təyyarənin enişinə icazə veriləcək. Ümumilikdə,…

Daha çox

İstanbul hava limanı yenə dünyanın ən yaxşısı seçildi

Türkiyənin İstanbul hava limanı dalbadal iki dəfə dünyanın ən yaxşı aeroportu seçilib. Bu göstərici ABŞ-ın səyahət və istirahət mövzularında ixtisaslaşmış beynəlxalq “Travel and Leisure” jurnalı tərəfindən keçirilən “Dünyanın ən yaxşı on beynəlxalq hava limanı” sorğusuna əsasən müəyyən edilib. SİA xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu açıqlayıb. Nazir qeyd edib ki, bununla yanaşı, iyulun 18-də həyata keçirilən 1695 hava hərəkəti ilə İstanbul hava limanı açıldıqdan bəri ən yüksək gündəlik uçuş sayına çatıb.

Daha çox

Biz indi beynəlxalq səhnədə daha fəalıq

Biz indi beynəlxalq səhnədə daha fəalıq. Bizim digər ölkələr arasında vasitəçilik səylərinə gəldikdə, bunlar tam aydındır. SİA xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə səsləndirib. Dövlətimizin başçısı əlavə edib ki, biz beynəlxalq ictimaiyyətin fəal üzvüyük və fərqli beynəlxalq iştirakçılarla güclü münasibətlərimiz var. Düşünürük ki, onlar daha mühüm, daha əhəmiyyətli rol oynaya bilərlər. Ən azı daha geniş regional məsələlərdə rol oynaya bilərlər.

Daha çox

Bizi tənqid edənlərin xarici borcu ÜDM-in 100 faizi qədərdir və…

Biz güclü ölkəyik, güclü iqtisadiyyatımız var, xarici borcumuz ÜDM-in 6,9 faizini təşkil edir. Əlbəttə ki, kim bizi tənqid edir, onların məhz xarici borcu ÜDM-in 100 faizi qədərdir və ondan da artıqdır. SİA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib. “Biz yoxsulluğu 5 faizə salmışıq və Fransaya gəldikdə, bu, xeyli çoxdur”, – deyən dövlətimizin başçısı vurğulayıb ki, təbii, bu, bizim reallığımızdır. “Bu, bizim torpağımızdır. Bu, bizim həyatımızdır və istərdik ki, Azərbaycan xalqına hörmətlə yanaşsınlar. Səmimi desək, biz artıq öz səylərimizi göstərdik…

Daha çox