“Təbii ki, forumla bağlı təəssüratlarım çoxdur. Həm bir insan kimi, həm də uzun müddət sonra vətənə dönüb bu cür tədbirdə iştirak edən biri kimi deyə bilərəm ki, bu, mənim ikinci dəfə forumda iştirakım oldu. Əvvəlki dəfə Şuşada olmuşdum, indi isə Xankəndidə keçirilən tədbirdə iştirak etdim. Burada gördüyünüz kimi müxtəlif mövzular müzakirə olunur”. Bu sözləri 3-cü Şuşa Qlobal Media Forumu zamanı SİA-ya açıqlamasında Ramiz Yunus deyib.
Onun sözlərinə görə, bu forumda Amerika və Yaponiyadan tutmuş çoxsaylı ölkələrdən iştirakçılar var. Əlbəttə ki, bu, çox önəmli bir hadisədir. Uzun illər işğal altında olan tarixlərdə böyük bir əhəmiyyət daşıyır. 30 ilə yaxın müddətdə bütün dünya bu torpaqları diqqətlə izləyəcək və qeydə alacaq. Başqa cür baxdıqda, ev sahibi ölkə burada tədbirlər keçirdikcə imkan yaranır ki, biz də öz tərəfimizi göstərək. Bu, həm işlərimiz üçün vacibdir: “Əvvəllər vəziyyət necə idi? İndi baxın, görün, ev sahibi ölkə gəlib öz torpaqlarını geri aldı. Bu, əlbəttə, dünyada gedən prosesləri, informasiya müharibəsini də əhatə edir. Bu gün yeni texnologiyalardan istifadə etmək böyük əhəmiyyət kəsb edir. Biz də bunu daxildən nümayiş etdirməliyik. Bu, Azərbaycanın siyasətləri üçün və informasiya müharibəsində böyük önəm daşıyır. Mən hiss edirəm ki, bu cür tədbirlər nə qədər çox Qarabağda keçirilsə, Azərbaycan üçün bir o qədər də hədəflərə çatmaq asanlaşar.
Bu dünənki tədbirdə ən zəhmətkeşcə, ən yaxşı suallardan biri olduğunu düşünürəm. Çünki həqiqətən də Azərbaycan bu günlərdə nümunədir. Həm hərbi müharibədə uğur qazanan ölkə kimi, həm də informasiya məkanında bizə baxın görün, necə imkanlar əldə etmişik və baxın görün, bu iki il ərzində işğal olunmuş əraziləri hansı vəziyyətə gətirib çıxarmışıq. Əlbəttə ki, bütün bu sahələrdə Azərbaycan çoxları üçün, xüsusən də Ukrayna üçün nümunə ola bilər. Buna görə də həmin sualın cavabını görürsünüz. Mən müqayisə üçün sizə iki yanaşma göstərmək istəyirəm. Amerikaların yanaşması belədir, mən Amerikadan gəlmişəm onlar bir vaxt Ukraynalılara təklif etdilər ki, barışın. Qərb onlara deyir: barışın, bunu qəbul edin, torpaqlarınızı itirdiyinizi qəbul edin. Bizə də 30 ilə yaxın müddətdə bunu deyirdilər. Amma Canan Prezident dünənlərdə dedi ki, əksinə, bununla barışmayın.
Görürsünüz, iki fərqli yanaşma var. Və barışmadıqda, sonunda uğur əldə etmək mümkündür. Cəmiyyət bu məsələdə, əlbəttə ki, öncül şəxslər bu sözləri dedikdə, onlar yanında millət də dayanır. Ona görə də çoxlu sahələrdə bu, həm millətdən, həm də öncül şəxslərdən asılıdır. Dünən Canan Prezidentin Ukraynalı jurnalist, mənim dostum Dmitri Qardona verdiyi məsləhət yerinə düşdü. İndi Ukraynalılar baxsınlar və Azərbaycandan nümunə götürsünlər”.