Uşaq əmzikli qabı: Şüşə, plastik, yoxsa silikon?

Valideynlik qərarları arasında ən vaciblərindən biri də uşağın qidalanmasında istifadə ediləcək uşaq əmzikli qabının (uşaq butulkasının) düzgün seçilməsidir. Bu seçim ilk baxışda sadə görünsə də, əslində bir sıra sağlamlıq, təhlükəsizlik və praktik amilləri əhatə edir. SİA mövzu ilə bağlı araşdırma aparıb. Butulkalar əsasən üç növdə təqdim olunur: şüşə, plastik və silikon. Hər birinin özünəməxsus üstünlükləri və çatışmazlıqları vardır və seçim zamanı uşağın yaşı, həyat tərzi və valideynin prioritetləri nəzərə alınmalıdır. Şüşə butulka – Təhlükəsiz və dayanıqlı seçim Üstünlükləri: Kimyəvi sabitlik: Şüşə butulkalar BPA, ftalat, PVC kimi zərərli kimyəvi maddələr ifraz…

Daha çox

“Şirkətlər mümkün qədər daha az vəsait ödəmək üçün müxtəlif üsullara əl atırlar”

“Bəzi sığorta şirkətlərinin dəymiş ziyanın tamamını ödəmək istəməməsinin səbəbləri həm hüquqi, həm maliyyə, həm də idarəetmə amilləri ilə bağlıdır. Sığorta şirkətləri əsasən kommersiya məqsədi ilə fəaliyyət göstərdikləri üçün ilk növbədə öz maliyyə dayanıqlığını qorumağa çalışırlar. Bu səbəbdən, hər bir müraciəti diqqətlə araşdıraraq mümkün qədər daha az vəsait ödəmək üçün müxtəlif üsullara əl atırlar”. Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Fərhad Eyyubov deyib. Onun sözlərinə görə, ən çox rast gəlinən hallardan biri budur ki, hadisə zamanı dəymiş zərərin miqdarı müstəqil ekspertizalar tərəfindən yüksək hesablandıqda belə,…

Daha çox

Azərbaycan və Somali XİN başçıları arasında geniştərkibli görüş keçirilib

Azərbaycan və Somali xarici işlər nazirləri arasında geniştərkibli görüş keçirilib. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “X” hesabında paylaşım edilib. Nazirlər ticarət, enerji, kənd təsərrüfatı, təhsil və humanitar yardım sahələrində əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə ediblər. Həmçinin, BMT, Qoşulmama Hərəkatı və İƏT-də əməkdaşlıq barəsində danışıqlar aparılıb. Qeyd edilib ki, iki ölkə arasındakı son səfərlər və imzalanmış sazişlər Azərbaycan və Somali arasında tərəfdaşlığın yüksələn xətlə inkişaf etdiyini göstərir.

Daha çox

“Süni intellektlə hazırlanan saxta videolar ictimai rəyə mənfi təsir göstərir”

“Müasir dövrdə süni intellekt texnologiyalarının inkişafı həyatımızın demək olar ki, bütün sahələrinə təsir göstərməkdədir. Bu texnologiyalar bir tərəfdən insan əməyini yüngülləşdirir, informasiyanın əldə olunmasını və emalını sürətləndirir, digər tərəfdən isə sosial və etik problemlərə yol açır. Xüsusilə də son illərdə süni intellektlə hazırlanan saxta və yersiz videoların artması ciddi narahatlıq doğurur. Bu cür videolar yalnız fərdi şəxslərin deyil, bütöv cəmiyyətlərin düşüncə tərzinə, münasibətlərinə və qərarvermə proseslərinə mənfi təsir göstərə bilir”. Bu sözləri SİA-ya açıqlamasında sosioloq Aydın Xan Əbilov deyib. Onun sözlərinə görə, bu tendensiya cəmiyyətin informasiya təhlükəsizliyinə, sosial etimada və…

Daha çox

Dövlət su kadastrının yeni redaksiyada tərtib edilməsi məqsədilə müzakirələr aparılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin inzibati binasında Dövlət su kadastrının aparılması sahəsində fəaliyyətin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”ni rəhbər tutaraq “Azərbaycan Respublikası dövlət su kadastrının aparılması qaydaları haqqında Əsasnamə”nin yeni redaksiyada tərtib edilməsi məqsədilə yaradılmış təşkilatlararası işçi qrupunun ilk görüşü keçirilib. Xidmətdən SİA-ya bildirilib ki, görüşdə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kosmik Agentliyin və digər təşkilatların nümayəndələri iştirak ediblər.…

Daha çox

Somali Azərbaycan ərazilərinin işğalı ilə bağlı həmişə mövqe ortaya qoyub

Somali Ermənistanın Azərbaycan ərazilərini işğalı ilə bağlı İƏT çərçivəsində yaradılmış təmas qrupunun üzvü olub və bu məsələdə həmişə mövqe ortaya qoyub. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib. “Dost Somali ilə əlaqələrimizin intensiv şəkildə inkişaf etdirilməsindən çox məmnunuq. Ötən il həmkarımın sələfinin Azərbaycana səfəri, 2025-ci ilin əvvəlində Azərbaycan nümayəndə heyətinin Somaliyə səfəri, Somali Prezidentinin Azərbaycana səfəri və bu səfərlər çərçivəsində bir sıra sahələri əhatə edən sazişlərin imzalanması, onların icrasına başlanması əlaqələrin inkişafına böyük töhfə…

Daha çox

Çimərliyə hansı qidaları aparmaq olmaz?

“Müasir qida təhlükəsizliyi prinsiplərinə əsasən, hər hansı qida məhsulunun keyfiyyətli və təhlükəsiz şəkildə istehlakçıya çatdırılması üçün istehsaldan istehlaka qədər “soyuq zəncir”in qorunması əsas şərtdir. Bu, məhsulun temperatur rejiminin zədələnmədən saxlanması və mikrobioloji çirklənməyə yol verilməməsi baxımından vacibdir. Əgər qidanın saxlanma və daşınma prosesində bu temperatur sabitliyi pozularsa, məhsulun xarab olması, mikroorqanizmlərlə çirklənməsi və nəticə etibarilə insan sağlamlığı üçün təhlükəli hala gəlməsi mümkündür”. Bu sözləri SİA-ya açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Eyyub Hüseynov sözlərinə belə davam edib: “Soyuducularda və sərin şəraitdə saxlanıla bilən bəzi məhsulların daşınması qısamüddətli olduqda…

Daha çox

Bu ilin sonuna qədər Azərbaycanda maaşı istənilən bankdan almaq mümkün ola bilər

Azərbaycan Mərkəzi Bankı (AMB) əmək haqqının istənilən bankdan alınması ilə bağlı iş aparır və bu, ilin sonuna qədər mümkün ola bilər. SİA-nın əldə etdiyi məlumata görə, bu barədə AMB-nin sədri Taleh Kazımovun iqtisadçı-ekspertlərlə görüşündə bildirilib. 3 saatdan artıq davam etmiş görüşdə 13 nəfər iştirak edib, pul siyasəti, tədiyə balansı, rəqəmsal texnologiyalar, maliyyə sektorunda müşahidə olunan cari tendensiyalar və gələcək planlar ətrafında əhatəli və məzmunlu müzakirələr aparılıb, qurumun hazırladığı yeni maliyyə aləti (hedcinq) və onun iqtisadiyyata mümkün töhfələri barədə iştirakçılara ətraflı məlumat təqdim olunub. “İnanıram ki, ekspertlərlə mütəmadi fikir mübadiləsi və…

Daha çox

Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır

Təbii resursların işlənməsi sahəsi Somali-Azərbaycan əməkdaşlığında mühüm rol oynayır. SİA xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Somali xarici işlər naziri Abdisalam Abdi Ali ilə birgə mətbuat konfransında deyib. O qeyd edib ki, Azərbaycanın ASAN Xidmət modelinin Somalidə tətbiqi də nəzərdə tutulan məsələlərdəndir. Nazir təhsil sahəsində əməkdaşlıqdan da söz açaraq bu ildən etibarən Azərbaycanda Somalidən olan tələbələr üçün 20 təqaüd yerinin ayrıldığını vurğulayıb.

Daha çox

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib. Bu barədə SİA-ya Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, iclasda Konstitusiyanın 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 33-cü maddəsinə əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 402-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib. Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun sentyabrın 3-nə təyin olunmuş iclasında baxılacaq.

Daha çox