Türkiyənin Bursa, Uşak, Karabük və Kahramanmaraş olmaqla, dörd vilayətdə meşə yanğınları ilə mübarizə davam edir. SİA xəbər verir ki, ölkə üzrə baş verən son yanğınlarla bağlı Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.
Bildirilib ki, Bursadakı yanğınının şiddəti qismən azalıb. Orhanelidə yanğınlara müdaxilə edən işçilərdən biri ürək tutması nəticəsində həyatını itirib.
Nazir, dünən ölkə üzrə ümumilikdə 84 yanğınla mübarizə apardıqlarını və 4 şəhərdə 5 alovun nəzarət altına alındığını deyib. Bu yanğınlardan 36-ı meşəlik ərazilərdə baş verib.
Yumaklı, oktyabrın 15-dək bütün vətəndaşların ehtiyatlı olmalarının vacibliyini vurğulayıb.