Hazırda açıq ərazilərdə 100-dən çox yanğın aktivdir

Hazırda Serbiya ərazisində açıq ərazilərdə 100-dən çox meşə yanğını aktivdir. SİA xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilir ki, ən çox təhlükə altında olan bölgələr Niş, Vranye, Kraquyevaç, Priyepolye, Mali Zvornik, Uyiçe və Kruşevaç şəhərləri yaxınlığındadır. Yanğınların söndürülməsinə ölkənin hər yerindən 500-dən çox yanğınsöndürən və xilasedici, müxtəlif təyinatlı 150-yə yaxın texnika cəlb olunub. Hazırda yanğınsöndürənlər və xilasedicilər tərəfindən müxtəlif təyinatlı 230-dan çox tikili mühafizə olunur. Monteneqro ərazisində baş verən yanğının Serbiya ərazisinə keçmə ehtimalı var. Bu məqsədlə Monteneqronun sərhədindəki Kamena Qoraya doğru yayılan yanğınla əlaqədar…

Daha çox

Bu ölkədə matəm elan edildi

İyulun 28-i Monteneqroda matəm günü elan olunub. SİA xəbər verir ki, bu barədə Monteneqronun Baş naziri Miloyko Spayiç deyib. O bildirib ki, Monteneqro hökuməti matəm gününü son günlər ölkədə baş verən silsilə faciələr nəticəsində həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq elan edib. “Həlak olanların ailələrinin və yaxınlarının kədərini bölüşürük və onların yanındayıq”, – deyə Miloyko Spayiç qeyd edib.

Daha çox

Bu gün 39 dərəcə isti olacaq

Bu günə gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 23-26° isti, gündüz 32-36° isti olacaq. Atmosfer təzyiqi [Anchor] 758 mm civə sütunundan 755 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 40-50 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Mülayim şərq…

Daha çox

Makronun məqsədi xalqlara dəstək yox, yeni müstəmləkəçilikdir

Fransa və onun Prezidenti Emmanuel Makronun Yaxın Şərqlə bağlı bəyanatlarında qeyri-səmimidir. Parisin əsl məqsədi nə Fələstin xalqına, nə də digər xalqlara dəstək verməkdir. Fransanın əsas hədəfi yeni müstəmləkəçilik siyasətini həyata keçirmək və dünya miqyasında təsir dairəsini genişləndirməkdir. SİA xəbər verir ki, bu barədə Türkiyənin “Milli Gazete” nəşrində dərc olunan məqalədə qeyd olunub. Nəşr Parisin keçmiş müstəmləkəsi olan Niger ətrafında başverən prosesləri misal gətirib. Fransız hərbçilərinin çıxarıldığı bu Afrika ölkəsinin rəhbərliyinə qarşı Makronun açıq şəkildə işğalla hədələdiyi, “Paris Fransa vətəndaşlarının və ölkənin maraqlarına zərər verilməsinə imkan verməyəcək” deyə bəyan etdiyi qeyd…

Daha çox

Təbriz-Bakı aviareysi açıldı

“Təbriz-Bakı və əksinə reyslər Təbriz Şəhid Mədəni Beynəlxalq Hava Limanının xarici reyslərinə əlavə edilib”. SİA xəbər verir ki, bu barədə Şərqi Azərbaycan əyalətinin Hava Limanlarının rəhbəri məlumat verib. O deyib ki, bu gündən uçuş cədvəlinə əlavə edilən bu yeni reys İran və Azərbaycan Respublikası arasında hava əlaqəsini gücləndirəcək və sərnişinlər üçün regionun bu iki mühüm şəhəri arasında gediş-gəlişi asanlaşdıracaq. “Bu reysin açılması ilə Şərqi Azərbaycan əyaləti ilə Azərbaycan arasında ticarət və turizm əlaqələrinin inkişafı üçün yeni imkanlar yaranacaq. Bu hava yolu iki region arasında iqtisadi və mədəni mübadilənin inkişafında mühüm…

Daha çox

Meşə yanğınları “Akkuyu” AES-ə yaxınlaşır..?

Rusiyanın Türkiyədə inşa etdiyi “Akkuyu” AES-in ətrafı meşə yanğınları ilə əhatə olunub. SİA yerli mənbələrə istinadən xəbər verir ki, Rusiya aviasiyası səhər saatlarından etibarən yanğınları söndürmək üçün Be-200 təyyarələri və Mi-8 helikopterlərindən istifadə edir. Ərazidə 10 mindən çox Rusiya vətəndaşı işləyir və onlar stansiyanın tikintisində iştirak edirlər. Yanğınlar nəticəsində insan tələfatının olub-olmaması ilə bağlı məlumat verilmir.

Daha çox

Güclü meşə yanğını Bursa vilayətini cənginə aldı

Türkiyənin Bursanın Gürsu və Kestel rayonları arasındakı meşəlik ərazidə yanğın baş verib. SİA xəbər verir ki, bu barədə “Haberler” qəzeti məlumat yayıb. Küləkli hava şəraiti səbəbindən magistral yola çatan alov yerli sakinlərin evlərini təhdid etməyə başlayıb və bu səbəbdən Gürsuya aid Karahıdır rayonundan insanların təxliyyə edilməsinə qərar verilib. Onların idman kompleksində yerləşdirilməsi planlaşdırılır. Yanğının yaşayış sahələrini təhdid etdiyi, Karahıdır və İğdır kəndlərinin alov içində olduğu bildirilir. Hadisə yerinə Meşə Təsərrüfatı İdarəsinin qrupları və yanğınsöndürənlər göndərilib. Yanğının söndürülməsinə könüllülər də kömək edir. Yerli hakimiyyət sakinlərdən hökumətin xəbərdarlıqlarına əməl etməyi və lazımi…

Daha çox

Rusiya-Ukrayna liderlərinin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir

“Ötən günlərdə üçüncü raundunu tamamladığımız Rusiya-Ukrayna danışıqlarının əsas gündəm maddələrindən biri də liderlərin bir araya gətirilməsi idi. Bu günə qədər danışıqlar humanitar, atəşkəs və liderlərin görüşü olmaqla 3 əsas istiqamətdə aparılır. Hər görüşdə daha çox əsirin, yaralının və məhkumun dəyişdirilməsi ilə bağlı razılığa gəlinir. Hazırda liderlərin görüşünün vaxtı və formatı ilə bağlı danışıqlar davam edir”. SİA xəbər verir ki, bu fikirləri Türkiyənin xarici işlər naziri Hakan Fidan İstanbulda keçirilən Balkan Sülh Platformunun birinci toplantısından sonra mətbuata açıqlamasında bildirib. Balkan Sülh Platformunun iclası haqqında danışan nazir bildirib ki, toplantıda ölkələrin Avropa…

Daha çox

İçərisində 400 sərnişin olan qatar beş saatadək tuneldə qalıb

“Alman Dəmir Yolları” (“Deutsche Bahn”) şirkətinə məxsus şəhərlərarası sürət qatarı texniki nasazlıqla əlaqədar beş saat Vyana yaxınlığında tuneldə qalıb. SİA yerli mediaya istinadla xəbər verir ki, qatarda olan 400 nəfər bu müddətdə tuneldə gözləməli olub. Sərnişinlər yalnız axşam saatlarında ehtiyat qatara keçə biliblər. Günorta saatlarında Hamburqdan hərəkətə başlayan qatar 17 dəqiqə sonra texniki nasazlıq nəticəsində tuneldə qalıb. Mühəndislər əvvəlcə qatarı tuneldən çəkmək istəsələr də, bu, mümkün olmayıb. Buna görə də sərnişinlərin ehtiyat qatara köçürülməsi qərara alınıb. Hadisə nəticəsində xəsarət alanın olub-olmaması barədə məlumat verilməyib.

Daha çox